Sağ qalmaq, həyatdan zövq alaraq yaşamağı bacarmaq üçün həm keçmişini, həm də indini tamamilə qəbul etmək tələb olunur. Sırf başqaları əhəmiyyətsiz hesab etdiyi üçün problemlərimizi gözardı ediriksə, ağrıları azaltmağa çalışırıqsa, küləklə sovrulmuş, təcrid olunmuş, yaxud da həyatımızdakı çətinliklərdən qorxmuş kimi hiss etdiyimizə görə özümüzü cəzalandırırıqsa, deməli, hələ də qurban olmağı seçirik.