Əgər mən kişi olsaydım, arvadım barədə məhv belə düşünərim. Deyərdim ki, istəyir lap minlərlə kişi baxıb ürəyindən keçirsin, lakin arvadım tək məni sevsin, tək mənə məxsus olsun…
"Bəzən dünyanın xəritəsini, sənin də onun üstündə uzandığını təsəvvürümdə canlandırıram. Onda mənə elə gəlir ki, yalnız sənin altında qalmayan və əlin yetməyən yerlərdə yaşaya bilərəm. Lakin sən o qədər böyüksən ki, orda yer lap az qalır."
Həmin an özümü atılmış, tərk edilmiş biri kimi hesab etdim. Alimlər Plutonun planet yox, bir topa kosmik zir-zibil olduğuna qərar verəndə Pluton özünü necə hiss edirdisə, mən də özümü lap elə hiss edirdim.
Sanırdım ki, ən yaxın rəfiqəm barədə hər şeyi bilirəm. Ancaq anladım ki, bir insanı lap yaxından tanıdığınızı düşünsəniz belə, onun haqqında hər şeyi bilə bilməzsiniz.
Nə qədər insan varsa, o qədər də dünya var. Hər fərdin öz dünyası.
Və bir də maddi dünya var imiş, sözün böyük mənasında Təbiət var imiş... Və insan da Təbiətin bir parçası, bu dünyanın bir zərrəsi imiş. İnsanı da ehtiva edən, amma ondan asılı olmayan, obyektiv, əbədi, sonsuz bir dünya... İnsanın insansız halda fərz etdiyi (deistlər üçün Təbiət), insansızlaşdırdığı, obyektivləşdirdiyi bir dünya.
Və bu dünyada səyahətə çıxmaq üçün Elm deyilən bir gəmi icad etmiş insan. Qaranlıqlardan keçən bir yol. Dünyanı öz əqlinin işığında görmək əzmi... Necə də əzmlidir İnsan!
Və bir də ideyalar dünyası var imiş və insan öz düşüncələri ilə, əqli ilə, yaşadığı dünyanın ayrı-ayrı parçalarından əxz etdiyi mənalarla, ideyalarla yüklənirmiş, zənginləşirmiş və öz içində qurduğu mənalar dəryasına baş vurub bu dəryanın lap o bașınadək üzmək və ideyalar dünyasına qovuşmaq istəyirmiş... Kəșf etdiyi mənalardan mütləq ideyalara, nisbi həqiqətlərdən mütləq Həqiqətə. Nə gözəl yoldur bu yol!
Və bir də iç dünyası var imiş... Və insan bu dünyanın da dərinliklərinə baş vurub özünü bilmək, anlamaq istəyirmiş - özünüdərk yolu.