Yazıçı daxili səsimizə qulaq asmağın əhəmiyyətindən bəhs edir.
Məsələn, məni ən çox təsirləndirən hissələrdən biri Osho ‘nun Vincent Van Gogh haqqında olan fikirlər idi: Vincent Van Gogh rəsm çəkərkən çox xoşbəxt idi. Həyatı boyu bir dənə də olsun əsərini sata bilmədi. Kasıb idi, ac qalırdı. Qardaşı ona yemək üçün pul göndərirdi. Həftənin dörd günü ac qalır, yalnız üç gün yemək yeyirdi. Çünki qalan pulla kətan, boya və fırça almalı olurdu. Amma buna baxmayaraq, yenə də xoşbəxt idi. O, 37 yaşında dünyadan köçdü. Osho’nun fikrincə, “onun intiharı belə bir çox insanın saxta həyatından daha mənalı idi.” Çünki Vincent Van Gogh’un ən böyük arzusu ruhuna tam oturan bir günbatımı tablosu yaratmaq idi. Nəhayət, arzuladığı əsəri tamamladığı gün bir məktub yazır: “İşim tamamlandı, artıq məmnunam.” Və bundan sonra həyatına son verir. Osho onun haqqında belə deyir: “O, həyatı tam mənası ilə yaşadı. Həyat şamını hər iki ucundan böyük bir ehtirasla yandırdı.” (səh. 194) Bəs Vincent Van Gogh belə bir sonluğa layiq idimi? Mənim fikrimcə, əlbəttə ki, belə bir sonluq ona layiq deyildi. Ömrünün ən gözəl çağında həyatdan getmək çox ağrılıdır. Bu, erkən və kədərli bir sonluqdur. Lakin hadisəyə onun gözündən baxsaq, həyat məqsədini tam şəkildə həyata keçirmiş, özünü tamamlanmış hiss etmiş bir insan görürük. Bu baxımdan onun hekayəsini xoşbəxt və məmnun bir son kimi də dəyərləndirmək olar. Buna görə də onun seçiminə deyil, həyatına, sənətinə və məqsədinə hörmətlə yanaşmaq lazımdır. 📖✨
Quşlar qorxmasın deyə yolunu dəyişən insanı dünya əlbəttə incidər.
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Bir gün içində baş qaldıracaq üsyan və qışqırtılar indiki səssizliyin, tabeliyindir. Özünü yox sayaraq basdırdığın hər arzu xortlayacaq. Reallaşmayan xəyalların və bir qəlb dolusu lazımsız xatirələrin əlbəttə diriləcək. Çox təhlükəlidir gecikmək. Bir dəfə məruz qaldınsa bir ömrün ayağı sürüşüb gedir.
- Səncə, mən sevilməyə dəyməyəcək qədər dəyərsiz biriyəm? - Əlbəttə ki, yox, dəli olmusan? - Bəs niyə nə vaxt bir az xoşbəxtlik hiss etsəm burnumdan gəlir? - Yaxşıların qələbəsi uzun çəkmir çünki.
Düşünməyin bizə verilən ən gözəl nemət olduğu amma hər kəsə qismət olmuyan bir cəmiyyətdə düşünən sorğulayıb araşdlran insana şeytan kimi baxıb öz beyninin dar çərçivəsindən çıxa bilməyib empatiya nəzakəti zəiflik kimi insanları yetişdirən dövlət əlbəttə cahil insan istəyər. Cahil idarə olunmaq istəyər.
Qaçdı səhralərə Məcnun, demə Leylayə görə ! Eşqə düşmüş o da bir başqa müəmmayə görə . Hərə bir dərd ilə aludədir, eylər nalə , Mən sənin hüsnüvə, bülbül güli-rə`nayə görə . Bu təmənnadə idim, vəslivə, ey gül, yetərəm , Sındı məndən ürəyin tez bu təmənnayə görə . Yusifin eşqi Züleyxanı şərəfdən saldi , O da zindanə düçar oldu Züleyxayə görə . Başqa məhparələr eşqində gözümdən düşdü , Qətrə gözdən düşər, əlbəttə ki, dəryayə görə . Gül üçün bülbüli-şeyda keçir öz canından , Gül nəyindən keçəcək bülbüli-şeydayə görə ? Ömrümüz indi ki, Vahid, belə sür`ətlə keçir , Mümkün olduqca bu gün gör işi fərdayə görə. Əliağa Vahid
Edebiyat