Puan vermedi·70 syf.··
2026 1. kitabı
"Qorxu" 1925-ci ildə Avstriyalı Stefan Şvayq tərəfindən qələmə alınmış bir novelladır. Bu əsərdə İrene adlı evli bir qadının xəyanətindən və bu xəyanətin üzə çıxacağı qorxusunun onda yaratdığı mənəvi böhrandan danışılır.İrene bunun üzə çıxmasından onsuz da qorxurdu,amma birdən-birə ortaya çıxan şantajçı qadın onun bu qorxularını pik həddə çatdırdı.Bu xəyanəti üzə çıxmasın deyə hər şeyi eləməyə hazır idi.Şvayq kitabın ortalarında İrene-in ruh halını elə ifadə elədi ki,bəzən hətta ona yazığım gəlirdi.Biz əsərdə bu hadisənin yaratdığı qorxudan əlavə İrene-in bəzi şeylərin fərqinə varmasını da görürük. Əsəri oxuduqda,əslində,məndə ən maraq doğuran hadisə İrene-in həyat yoldaşının ifadə etdiyi fikir olmuşdu: İnsanın illər əvvəl elədiyi səhvin cəzasını hazırdakı özü ödəməlidir mi?Axı,ikisi də fərqli insanlardır. Keçmişdəki biz və indiki biz,əlbəttə,müəyyən məqamlarda fərqlənirik.Ancaq həmin səhvi indiki bizin də etməyəcəyini necə qaranti verə bilərik?Ya da indiki bizin dəyişdiyini,səhvindən peşman olduğunu ətrafa necə sübut etmək olar? İrene-in həyat yoldaşı(adı tam yadımda deyil) öz müvəkkilini haqqında belə bir hadisə nəql elədi ki,həmin müvəkkil 3 il əvvəl oğurluq eləmişdi.Ancaq oğurluqdan sonra tutulmanın qorxusundan belə bir hadisədən artıq yayınmağa çalışmışdı.Bu hadisədən 3 il keçəndən sonra isə buna görə cəzalandırılır.Bu düzgündürmü?Bir tərəfdən düşünürəm ki,hamı öz səhvinin cəzasını çəkməlidir,ancaq digər bir tərəfdən də həmin obraz kimi düşünürəm.İnsan sırf illər əvvəl belə bir səhv elədi deyə,bu səhvindən peşman olduğu halda,onun cəzasını niyə indi çəkməlidir?Bilmirəm,bəlkə də,səhv düşünürəm.Əsas məsələyə qayıdaq indi,əsərin özünə.Əsər novella adlanır,novella da bildiyimiz kimi gözlənilməz sonluqla bitən hekayəyə,əsərə deyilir.Amma bunun sonu çox təxmin edilə
KorkuStefan Zweig · Türkiye İş Bankası Yayınları · 2022125,1bin okunma
9/10
·128 syf.··
2026 13. kitabı
Müsyo Jordan əsərini oxumağa onun dövrün reallıqlarını və cəmiyyətin vəziyyətini satirik dillə tənqid etdiyini bilərək başlamışdım. Müəllifin o zamankı mühiti, insanların düşüncə tərzini və dövrün cahilliyini bu şəkildə əks etdirməsi olduqca uğurludur. Əlbəttə, bunun bədii və satirik bir komediya əsəri olduğunu nəzərə alsaq, verilən mesajları müəyyən qədər anlamaq olar. Xüsusilə Müsyo Jordan və Dərviş Məstəli şah vasitəsilə cəmiyyətin o zamankı vəziyyətinin, elmsizliyin və mövhumatın təqdim olunması real görünür. Müəllifin yerli mühiti ifşa etmək üçün etdiyi xüsusi vurğular əsərin ümumi ideyasına xidmət edir. Ümumilikdə, əsər olduqca maraqlı, axıcı və düşündürücüdür. Dövrün sosioloji mənzərəsini görmək istəyən oxucular üçün maraqlı məqamlar var.
1000Kitap
Müsyö Jordan və Dərviş Məstəli ŞahMirza Fetali Ahundov · Xan Nəşriyyatı · 20265 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Puan vermedi·84 syf.··
2026 20. kitabı
Elçin Asifoğlu - ‘Zülfiyyə’ 20 yaşında, həyat eşqi ilə dolub-daşan, ətrafına pozitivlik saçan Zülfiyyə dörd nəfərlik bir ailənin böyük övladıdır. Zahirən hər şeyi qaydasında görünən, maddi sıxıntısı olmayan bu xoşbəxt ailənin, əslində, böyük bir mənəvi boşluğu var. Çünki ailənin başında sevgisini, diqqətini, qayğısını paylaşmağı bacarmayan narsist bir ata dayanır. Övladlarını, həyat yoldaşını dinləməyən bu atanın yalnız öz qərarları, öz doğruları var. Maddi cəhətdən hər şeyi təmin etsə də, mənəvi tərəfdən ailəsini ac saxlayan bu adam, fərqində olmadan Zülfiyyəni uçuruma itələyir. Atası tərəfindən anlaşılmayan, fikirləri önəmsənməyən Zülfiyyə çıxış yolunu özbaşına qərarlar verməkdə tapır. Biz də kitabda məhz o düşünülməmiş qərarların nəticələrini, yəni Zülfiyyənin taleyini oxuyuruq. Gələk kitabın təhlilinə - hərf səhvləri. Düzdür, kimsə buna kiçik bir texniki xəta kimi baxa bilər, amma bəzi yerlərdə bu səhvlər cümlənin mənasını tamamilə dəyişirdi. Əlbəttə, böyük bir qəbahət deyil, amma oxunuşu daha axıcı etmək üçün bu detallara diqqət edilsəydi, çox daha yaxşı olardı. Təkrar fikirlər. Müəllif bəzən eyni düşüncəni fərqli cümlələrlə təkrar-təkrar oxucuya çatdırmağa çalışıb. Bir dəfə, iki dəfə olar, amma üçüncüdə istər-istəməz oxucu - "Bunu onsuz da demişdin, keçək növbəti səhnəyə" - deyə düşünür. Cümlələr fərqli olsa da, fikir eyni qalanda kitab bir az yerində sayırmış kimi təsir bağışlayır. Məncə, kitab bir az daha geniş yazıla bilərdi. Bəzi ağrılı, bəzi şok edici səhnələr çox sürətli keçir. Yazıçı bəzi hissələrdə o dərin hiss-həyəcanı oxucuya tam ötürə bilməyib. Hadisə, səhnə acı olsa da, obrazın reaksiyası sönük qalır. Çox yox, 2-3 cümlə daha artıq ola bilərdi. Xüsusən də sonluq daha təfərrüatlı yazılsaydı, təsir gücü qat-qat artardı deyə düşünürəm. Əlbəttə, yenə
1000Kitap
ZülfiyyəElçin Asifoğlu · Bakı Kitabçı Nəşriyyatı · 20267 okunma
Peşmanlıq bataqlığının kölgəsi
9/10
·190 syf.··
Beğendi
·
2026 1. kitabı
İnsanın etmiş olduğu əməllər onda zaman keçdikcə peşmanlıq hissi yarada bilər. Buna görə də elə davranmağa çalışmaq lazımdır ki, kaş yerinə yaxşı ki deyək. Çünki peşmanlıq sizi dibinə çəkməyə çalışan bir bataqlıqdır. Hər birimiz peşmanlıq yaşayırıq heyif ki. Biz peşmanlıqlarımızı da sevməlimiyik bəs? Bunun üzərinə özüm də düşünməliyəm deyəsən. Bir neçə panelin ekran görüntüsünü aldım. Əslində kiçik Shoyanın sıxılmaqla bağlı dediyi ifadələr çox da səhv deyil, lakin icra edəndə buna zorakılığı qatır deyə zibili çıxır konkret. Bir neçə səhnədə çoxlu söydüm əlbəttə. Üzsüz hələ qıza fiziki şiddət də göstərməyə çalışır. Yenə də olacaqları bilirəm deyə daha çox əsəbləşə bilmirəm. 2-ci volume-u Samir hədiyyə edəndə oxuyacam mhm.
A Silent Voice, Vol. 1Yoshitoki Oima · Kodansha Comics · 2015766 okunma
10/10
·80 syf.··
Beğendi
·
2026 2. kitabı
Bəzən elə sətirlər oxuyarsan ki, müəllif sanki sənin hələ kimsəyə demədiyin, içində gizlicə böyütdüyün o kimsəsiz duyğuların şəklini çəkər. Rəşid Nəsirzadənin bu kitabı mənə elə gəldi ki, sadəcə vərəqlərdən ibarət deyil; o, hər misrasında bir az daha "biz" olan bir xatirə dəftəridir. Kitab boyu ruhumu ən çox titrədən şey o hər kəsə tanış olan, amma hər kəsin fərqli yaşadığı "ayrılıq aurası" oldu. Şair sevgini və onun yoxluğunu elə incə detallarla təsvir edir ki, sən darıxmağın sadəcə kədər olmadığını, həm də bir yaşamaq forması olduğunu anlayırsan. Bir insanın içindəki boşluğu riyazi düsturlarla ölçməyə çalışmaq, məsafələri ekvator xətti qədər uzaq, amma nəfəs qədər yaxın hiss etmək... Bu, poeziyanın məntiqlə ən zərif rəqsidir. Və əlbəttə, o sirli İstanbul bənzətməsi... İnsan həqiqətən də bir şəhər kimi ola bilirmiş: həm izdihamlı, həm tənha; həm hər kəsə açıq, həm də sirlərlə dolu. Bu kitab mənə öyrətdi ki, bəzi insanlar getsə də, bizdə buraxdıqları o "İstanbul havası" heç vaxt dağılmır. Yarımçıq qalmış hər hekayənin bir şeir payı varmış sən demə... "Bir az kiçik qəsəbə, Və İstanbul kimisən..."
Və İstanbul Kimisən...Rəşid Nəsirzadə · Elm və Təhsil Nəşriyyatı · 20269 okunma
Puan vermedi·273 syf.··
2026 1. kitabı
Bahar Bəxtiyarqızı - ‘Əslində mən kiməm?’ Hər kəsə salam. Bu gün sizə 2025-ci ildə, demək olar heç kim oxumamışdan öncə oxuduğum, amma o gündən bəri vaxt tapıb təhlilini paylaşa bilmədiyim bir kitab haqqında danışacam. Niyə bu qədər vaxt apardı? Çünki kitab haqqında o qədər çox fikrim var idi ki, onları yığıb-yığışdırıb, normal bir mətn halına gətirmək həqiqətən çətin idi. Bəlkə də, bu günə qədər yazdığım ən uzun təhlillə qarşınızdayam. Əgər vaxtınız varsa, kitab haqqındakı düşüncələrimi səbirlə oxuyun. Oxumağa başlamazdan öncə onu da nəzərə alın ki, mən indiyə qədər heç bir kitab haqqında bu qədər geniş danışmamışam. Oxuyan və oxumayan hər kəsə təşəkkür edirəm, yazıçıya isə belə bir əsər ortaya qoyduğu üçün minnətdaram. Uğurlarınız bol olsun Bahar Bəxtiyarqızı Kitabın mövzusu haqqında çox qısaca deyim - Rüstəm adlı bir bəyin keçmişdə yaşadığı bir hadisənin necə ağır bir travmaya çevrilməsi və onun bu gününə, gələcəyinə necə təsir etməsindən bəhs olunur. Yazıçının məkanları və obrazları canlandırmaq qabiliyyətinə söz ola bilməz. Məkandakı hər şeyi - əşyalardan tutmuş, havanın temperaturuna qədər hər bir xırdalığı elə təbii təsvir edib ki, oxucu istər-istəməz özünü kitabın içində, həmin məkanda hiss edir. Bu da onun nə qədər güclü söz bazası olduğunu göstərir. Oxuduqca hər şey gözümün qabağında elə canlanırdı ki, sanki kitab oxumurdum, oturub bir filmə baxırdım. Obrazların həyatı və yaşadıqları o qədər təsirlidir ki, onların xoşbəxtliyi üzümdə təbəssüm yaradır, bədbəxtlikləri isə məni həqiqətən məyus edir. Xüsusilə kitabın ortalarından sonra başlayan o gərginlik adamı tam içinə çəkir; yazıçı obrazların keçirdiyi qorxunu və həyəcanı sənə elə ötürür ki, sanki o hissləri sadəcə oxumursan, onlarla bərabər yaşayırsan. Onu da deyim ki, əgər bir yazıçı kitabinda elə kitabların
1000Kitap
Əslində Mən KiməmBahar Bəxtiyarqızı · Kitabçı Nəşriyyat · 202512 okunma