..amma öləndən sonra hər şey bitir; əlbəttə, bunun özü də şərti bir həqiqət idi, yəni diri insanların fikrinə görə belə idi, əslində, kim bilir, bəlkə, əsl həqiqət öləndən sonra açılacaq? Axı ola bilməzdi ki, hər şey beləcə oyun olsun..
Sayfa 33 - Parlaq İmzalar·Kitabı okuyor
Bir gölməçəni keçdiyinizi və bir uşağın batmaqda olduğunu təsəvvür edin. Heç bir şey mane olmadıqda, kömək üçün suya dalardınızmı? Əlbəttə, dalardınız. Heç kim ciddi işi olsa belə, iki dəfə düşünməz. Bəli, paltarınız islanacaq, bəli, yerinə yetirəcəyimiz iş gecikə bilər. Nə olsun? Yan keçmək vicdansızlıq olardı. Bəs uşaq sizin gözünüz qarşısında deyil, minlərlə kilometr məsafədədir və aclıqdan ölsə və ya qarşısını almaq mümkün olan, boğulmayan bir xəstəlikdən ölsə, nə olacaq? Vəziyyəti kömək etməklə dəyişmək imkanınız var: bunun qarşısını almaq üçün pul göndərə bilərsiniz. Bəs onda bu vəziyyətdə yan keçmək daha məqbul ola bildiyi halda başqa birində niyə mümkün olmasın? Niyə yalnız fiziki məsafə mənəvi əhəmiyyət kəsb etməlidir?
Sayfa 144 - Qanun Nəşriyyat·Kitabı okudu
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
“Beatles” (“Bitlz”) qrupunun musiqisi bizim nəsildən olan insanların çoxu kimi mənim də ruhumu oxşayır, çünki yeniyetməliyimi, gəncliyimi, o dövrdə gördüyüm adamları, olduğum yerləri xatırladır. Bir dəfə televiziyada “Beatles” haqqında silsilə müziklə baxdım. Film qrupun tarixçəsini onun “üzvlərinin” təhkiyəsində təqdim edirdi. Seriallardan birində Pol Makkartninin nəql etdiyi bir hadisə məndə çox güclü təəssürat oyatdı. Bu hadisə “Beatles” qrupunun Nyu-Yorkun Şey stadionuna 50 minlik fanat ordusu toplaması ilə başlayan ikinci Amerika turundan sonra baş vermişdi. Onda “Beatles” üzvləri artıq müntəzəm qastrol səfərlərindən yorulmuşdu. Qrupun sonuncu konserti isə ondan bir il sonra – 1966-cı il avqustun 29-da San-Fransiskonun Kəndlstik-Park stadionunda keçirilmişdi. Qrup üzvləri Pol Makkartni, Corc Harrion və Rinqo Star bir masa arxasında əyləşib söhbət edirdilər. Qastrol səfərlərinə son qoymaq qərarlarının səbəblərini açıqlayırdılar: – Biz bir qrup kimi getdikcə zəifləyirdik, fanatlarımız isə ara vermədən çığırırdı, – Pol dedi. – Əlbəttə, onların bizi sevməyi yaxşı haldır, amma biz öz səsimizi eşidə bilmirdik. Bu cümlələr məni ildırım kimi vurdu. Onlar öz musiqilərini eşitmirmiş. Onda isə musiqi mənasını itirmiş. Ona görə studiyaya qayıdıb o musiqini, itmiş səsləri tapmağa çalışmışdılar.
ROTŞİLDİN SKRİPKASI
– İnsan qəbirdə bir il deyil, yüz illərlə, min illərlə yatıb qalır, bundan gələn xeyri hesablasan, gərək qalaq-qalaq dəftər tutasan. Yaşamaq insana zərər, ölmək isə fayda verir. Bu fikir, əlbəttə, doğrudur, ancaq adamın ürəyinə dağ çəkir. Nə üçün dünyada belə qəribə qayda var: insana bircə dəfə verilən həyat heç bir fayda vermədən keçib-gedir.
Sayfa 53·Kitabı okudu
Alıntı
Əlbəttə, ölüm həmişə çətin və kədərlidir. Amma taleyimizi dəyişmək əlimizdə deyilsə, ona boyun əyməkdən başqa çarəmiz yoxdur.
Sayfa 99·Kitabı okudu
– İnanırsınız, çünki inanmağı seçirsiniz... Sevirsiniz, çünki sevməyi seçirsiniz... Bütün dünya əksini desə də siz onun dediyinə inanırsınız. Çünki inanmağı seçirsiniz, pis biri olmadığına inanırsınız... Bu axmaqlıqdır? Əlbəttə, elədir.
Sayfa 119·Kitabı okudu
Alıntı