"Əgər siz gerçəkdən mənim kim olduğumu bilsəydiniz", - deyək fikirləşdim, - "məni layiq bildiyiniz salamlarınız, həzin və dostcasına əta etdiyiniz gülüşləriniz dodaqlarınızda donardı!"
O anlayır ki, sonlu həyat ancaq sonsuzluğa qovuşmaq kimi götürüldükdə nəsə məna kəsb edə bilər. Yoxsa bu gün-sabah gələcək ölüm hər şeyin sonudursa, bu həyatda yaşamağın mənası nədir?!
Həyat bir həddə kimi mənalıdır, ondan sonra bezdirici təkrarlardan başqa bir şey olmur. İnsana elə bir həyat tərzi lazımdır ki, daim yeniliklər bəxş etsin və təkrar olmasın.