həyatın mənası nədir və mən nə üçün yaşayıram? Tutaq ki, sərvətim aşdı-daşdı, ictimaiyyətdə də ən üstün adam oldum, yaxşı, bəs sonra? Əgər hər şey ölməklə bitəcəksə, niyə elə indidən bitməsin? Həyatın sonu heçlik və puçluqdursa, bu qədər əziyyət çəkmək nəyə lazımdır, nə üçün intihar edərək bütün əzablara indidən son verməyim?
O, adamların alçaqlığından, haqqı tapdalayan zülmdən, bir zaman yer üzündə bərpa olacaq gözəl həyatdan, hər dəqiqə ona zalımların kütlüyünü və amansızlığını andıran pəncərə barmaqlıqlardan danışırdı.
Musiqi nədir? Musiqi adama neyləyir? Və nə üçün eləyir bunu? Musiqi insanın qəlbini nə yüksəldir, nə də alçaqlara endirir, adamın ürəyini yerindən qoparıb oynadır. Musiqi özümü unutmağa məcbur edir, tamamilə başqa bir aləmə aparır məni: musiqiyə qula asanda mənə belə gəlir ki, indiyə qədər hiss eləmədiyim, duymadığım şeyləri duyuram, başa düşmədiklərimi başa düşürəm, bacarmadığım işləri bacarıram.