Bəzən bir musiqi, bir kitab və ya oxuduğumuz hərhansı bir cümlə, keçdiyimiz küçə, bir qoxu, bir sima o qədər tanış , hətta doğma gəlir ki, bir yel olur əsir , aparır bizi uşaqlığın bizdən uzaq diyarına.Bu mənada ‘Hababam sınıfı’ istər musiqisi, istərsə də obrazları, o məktəbin həyəti, topla qırılan şüşəsi, cəzaları, birlikləri ilə , bir sözlə hər şeyilə mənim üçün doğmadır.
Kitabdakı əksər obrazın filmdə olmayışı, filmdə izlədiyimiz bir çox hadisənin əslində tam başqa formada amma bənzər təməllər əsasında cərəyan etməsi əzbər bildiyim filmlərindən tam fərqli bir dad buraxdı geridə. Məsələn kitabda Mahmut Hocanın “ Kösem sultan” adında pişiyi var ki, Hababam hər dəfə yazıq pişiyin də başına oyun açır; məsələn bir dəfə pişiyin bütün tüklərini qırxırlar və ya Güdük Necmi obrazı pişiyi oğurlayaraq hocaya qarşı şantaj məqsədli istifadə edir. Bu arada kitabda Mahmut hocanın 6 aylıq bir övladı olmasının da sözü keçir. Amma filmdə bu obraz yalnızlıqdan əziyyət çəkən, özünü sır tələbələrinə həsr edən biridir .
Obrazlara gəlsək, düşünürəm ki kitab və film müqayisəsində obrazlar arasında bəzi fərqlərin olmasının səbəbi, aktyorların digər filmlərilə izləyicilərin könlündə taxt qurduqları başqa obrazların bir çox xarakter xüsusiyyətinin məhz Hababam şagirdlərinin xarakterinə əks olunuşudur. Məsələn , Kemal Sunal ilk rol aldığı film olan “Tatlı Dillim” (1972) filmi ilə başlayan kariyerası boyunca ən saf, mehriban, dürüst obrazları canlandırdı. Bu obrazlardan biri də Hababam seriyasındakı “İnek Şaban”dır. Kitabdakı İnek Şaban obrazına bu təxəyyülün verilməsinin səbəbi, sinifin ən çalışqanlarından biri olması, mətnləri sətri-sətrinə əzbərləməsi və buna görə bu ləqəbə uyğun görülməsidir. Saflığı isə filmlə tarazdır deyə bilərəm. Güdük Necmi obrazı sinifin ən saf və uşaq xasiyyətli