Öz'ünü aşmaq üçün
10/10
·372 syf.·
2026 10. kitabı
Kitab Ağalar Məmmədovun çoxsaylı məqalələrinin ümumi toplusundan ibarətdir və açığı, nə bu kitabdan, nə də Ağalar Məmmədovdan xəbərim var idi. Açığı, kitabın kontentindən çox daşıdığı mənəvi dəyəri nəzərə alaraq, 10/10 verməyim qaçınılmaz idi, çünki maraq dairəmə uyğun olaraq hədiyyə olunmuşdu, yəni ki, mənə uyğun və uğurlu hədiyyə idi deyə 10/10 düşür. Əsasən fəlsəfi mövzular əhatəsində qələmə alınıb, ən çox diqqətimi çəkənlər din/islam, ekzistensializm və siyasət mövzuları oldu. İllər əvvəl qələmə alınmış məqalələrin günümüz problemləri ilə səsləşdiyi məqamların çox olması məyus edici idi. Cəmiyyətimizin (müşahidələrimə əsasən) əvvəlki dövrlərə nisbətən daha tolerant olduğunu düşünürəm və bu bir qədər yeni generasiyanın yeni ailə modeli yaratması ilə bağlıdır. "Köhnə düşüncəli azərbaycan kişisi/qadını" yeni generasiyalarla əvəzlənir, zəncirlər qırılır, insanların fərqindəliyi artır. Kitab və filosof barəsində araşdırarkən qarşıma o qədər bir-birinə zidd örnəklər çıxdı ki. Filosofa qarşı münasibət də bir-biri ilə ziddiyyət təşkil edir, ya fikirləri bəyənilir və sevilir, ya da lənətlənir. Düşünürəm ki, bu sırf səsləndirdiyi fikirlərin özü ilə bağlıdır, çünki onlara qarşı neytral qalmaq mümkün deyil və hər insanın həyatının bir dönəmində düşündüyü və ya düşünməli olduğu fikirlərdir. Məsələn, ölüm məqaləsi – məni dərindən sarsan bir məqalə oldu. Ağalar Qut qeyd edir: "Ölüm individualdır, hər kəs özü təcrübə etməlidir." Bildiyin bir faktı kimsə yenidən xatırladanda gözünün önündəki bir şeyi görə bilirsən, gözün açılır. Ölüm üzərinə düşünməkdən qaçırıq, bəzən ölümü xatırladan dindən də qaçırıq, dinə yalnız çarəsizlik anlarında və ya yenə başqa birinin ölümü vasitəsilə üz tutub yada salırıq. Kim öləcəyini xatırladan bir vasitəni həyatının mərkəzinə qoymaq istəyər ki?
AşmaAğalar Məmmədov · Qanun Nəşriyyatı · 201228 okunma
Gözləmək və ümid etmək diləyiylə...
10/10
·1552 syf.··
Beğendi
·
2026 3. kitabı
·
66 günde okudu
·
Okunma: 23 Şubat 2026 23:18
Sizlərə iki aydı əlimdən düşməyən və ən azı kitab oxumağı mənə sevdirən "Səfillər"in illərdi özümə tək qəhrəman seçdiyim obrazı Jan Valjan qədər qəlbimdə yer tutacaq Edmond Dantes-imdən yazacam. Hər cür xəyanətlərə məruz qalaraq,bunlardan yoğrulmuş Edmonddan. Qısacası illərin dəyişdiyi yeni bir adla doğulan Monte Cristo Kontu'dan! Hansı ki, iki cildlik bu kitabın hər səhifəsində gözləriniz yalnız onu axtaracaq,eyniylə bu yazıq qəlbi qucaqlamaq,başına sığal çəkmək istəyəcəksiniz. Niyə desəniz,çünki ona bunları edəcək heç kim yox idi. Bir adam düşünün. Gəncliyinə yeni addım atmış,19 yaşında,karyerasına yüksəlişin tam astanasında,hə bir də sevdiyi qızla nişanlanır. Ondan xoşbəxti yoxdu hə? Səncə qəribə deyil?Həyat bu qədər yolunda gedə biləcək qədər bəsitmi?Yox əlbəttə. O bu qədər ədalətli deyil ki. Dayan,bunları da düşün,itib,batıb-getmiş on dörd ili,yarım qalmış gəncliyi,geriyə qalan kini,nifrəti və iyirmi dörd ili alan intiqamı... Həm də necə intiqamı,zərif-zərif,ilmək-ilmək toxunulmuş... İntiqam!Sən də olmasan o yazıq ürək necə təsəlli tapardı?! Zirvədəsən hə?Xoşbəxtsən hə? Üstəlik yuxuda da deyilsən. Nə gözəl.Dayan,yerə çırpılmağına az qalıb. Bəs sonra? Ya boyun əyəcək,ya qarşı çıxacaqsan,ya gözləyəcək ya da bütün bunlara son verəcəksən. Sən hansını istəyərdin? Gec olsa da,illər itirsən də,bir gənclik versən də sonda hesablaşmaq istəməzsən?Kim istəməz ki? Ən adi hadisələrin belə kinini qəlbində daşıyan insan beyni əlindən oğurlanan 14 ili necə unuda bilər?Əlindən alınan gəncliyi ya necə? Ya gənclik sevgisini? Edmond Dantes,həyatın sınağından hələ keçməmiş,xoşbəxt,19 yaşlı bir gənc idi. Dost bildiyi,güvəndiyi insanların xəyanətlərinə məruz qalmadan,günahsızkən,illərlə bilməyəcəyi səbəbdən həbsxanada 14 il qalmadan,on ildən sonra ortaya çıxıb Monte Cristo
Monte Cristo Kontu (2 Cilt Takım)Alexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202037,2bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Puan vermedi·352 syf.··
2026 11. kitabı
·
4 günde okudu
·
Okunma: 27 Şubat 2026 00:21
Ays ilə bir günə bir kitab oxuma axımı zamanı 2 cı yarım hissəsini oxuduğum kitabın digər hissələrini oxumaq həvəsinə düşdüm. Və yaxşı ki, düşmüşəm. . Tv kanallarının birində bir serial gedir. Kitabı oxuduqca həmin hissədəki obraz və ssenarinin burdan götürüldüyünü başa düşmüş oldum. Düzünü deyim ki, həmin hissələrə görə serialı izləməyə başlamışdım. . Amma serialdan fərqi odur ki, burdakı qadınların ağlı başqa cür işləyir ... və bu kitabı oxuyarkən fasilə vermək istəmirsən.. . Kitab bir cinayət hadisəsi ilə başlayıb 3 ay əvvələ qayıdır..... İş axtarışında gənc qadın nəhayət özünə iş tapır. Bu iş həm ona özü ilə birgə sevgi də bəxş edir. Ev sahibinə vurulan qadın yavaş yavaş evin xanımına da kin güdməyə başlayır. Lakin bu dəfə sevgi qazanır. . Ikinci hissəni oxuyanda sevgiyə lənət oxuyacaqsız.... Hər şey göründüyü kimi olmur bəzən ... Bəzən gözlərimiz, bəzən isə tanıdıqlarımız bizi aldadır. Bu sadə bir aldanış deyil. Bu dözülməz bir işgəncədir. . Qısaca: Sadə bir qulluqçu, "dəli" bir ev xanımı, qüsursuz bir kişi...... . Əslində olan ; qüsursuz heç kim yoxdur.... . .Xoş mütaliələr. .
1000Kitap
HizmetçiFreida McFadden · Olimpos Yayınları · 202311,5bin okunma
sənət, yoxsa lənət?
Puan vermedi
Fromm insanı bir mexanizm kimi yox, insan kimi ələ alıb analiz edən, araşdıran psixoanalitik və yazıçıdır. Həcmi kiçik olmasına baxmayaraq, məşhur kitabını iki həftəyə yayıb oxudum. Kitabla bağlı çoxlu qeydlər götürmüşəm, onlardan bəziləri (p.s. türk dilində oxumuşam deyə tərcüməsini yazacam): "Birini sevmək sadəcə güclü bir duyğu deyil; bir düşüncə, bir mühakimə, verilmiş bir sözdür. Əgər sevgi sadəcə bir duyğu olsaydı, qarşılıqlı verilən əbədi sevmək sözlərinin heç bir əsası qalmazdı." (səh. 76) Bu alıntı reallıqdır – heç bir bəzək-düzək olmadan yaş əski kimi çırpılır üzümüzə. Bəzən qarşına verdiyi sözü tuta bilməyən biri çıxır və ya əksinə, sən o sözü tuta bilmirsən. Duyğularını fikirləş: nə qədər əsəbi qala bilirsən? Bəs sevinc daimidir? Heç vaxt bunlarla tay tuta bilməzsən sevgini, o əbədi deyil, amma anlıq bir duyğu da ola bilməz. "Eqoistlik özünü sevməkdir, yoxsa özünə olan sevgisizliyin bir nəticəsidir?" (səh. 78) Bunu oxuyanda həm təəccüb elədim, həm də düşündürdü. Necə yəni, eqoist dediyimiz adam özünü sevmir? Sözə bir baxın, eqoist, içində eqo – yəni "mən" sözü var. Məsələn, sosial medianın, bloggerlərin, psixoloqların və s. hamıya aşıladığı bir düşüncə var, hamısı bu cümləni bayraq eliyib: "Özünü sev." Mən elə bu "sev" hissəsinin problemli olduğunu düşünürəm. Fromm'un da qeyd etdiyi kimi, sevmək digər sənət sahələri kimi öyrənilməli bir bacarıqdır, sən sadəcə "özümə baxıram, fitness zaldan çıxmıram, özümə bahalı paltarlar alıram, self-care day xoxo" deyərək özünü sevmiş olmursan. Sevmək yox, qəbul etmək lazımdır, yəni ki "Özünü qəbul et." Bu o demək deyil ki, obezsənsə basıb yeməyə davam eləməlisən, belə də əlasan. Bu arada obezlik iradəsizlik yox, bir xəstəlikdir, o cür yanaşıb sağalmaq üçün addımlar atmaq lazımdır. Necə ki, qrip olanda griphotları,
Sevme SanatıErich Fromm · Say Yayınları · 20207,8bin okunma
8/10
·224 syf.··
2025 34. kitabı
·
29 saatte okudu
·
Okunma: 25 Ağustos 2025 18:38
"Gecələr qapımuz döyənlər, gündüzlər bizi lənətləyənlərdir. Onlar olmasa, biz de olmayacağıq. Amma lənət yenə bizədir". Yazıldığı dövürdə İstanbulda ən çox səs gətirən əsərlərdən biri olub. Çünki mövzusu həm cəsarətli, həm də cəmiyyətin gizlətməyə çalışdığı bir yarasını açıq şəkildə göstərir. Əsərin əsas mövzusu- fahişəlik dünyası , qadınların istismarı və cəmiyyətin mənəvi çürüməsidir. İstanbulda yaşayan zaniyələrin həyatı, onların gündəlik yaşam tərzi, alverçi kişilərlə olan münasibətləri təsvir olunur. Əsərdəki kişi obrazları ehtiyac duyduqda qadınların gözəlliyini məhd edir, istifadə etdikdən sonra isə onları aşağılayır, " zaniye" deyə damğalayır. Bu, patrialxal sistemin ikiüzlülüyünü göstərən əsas nümunədir. Müəllif göstərməyə çalışır ki, fahişəlik yalnız fərdi seçim deyil, həm də cəmiyyətin yaratdığı şəraitdir.Əsər bir tərəfdən "əyləncənin pərdə arxasın" digər tərəfdən isə insanlıq və qadınliq faciəsini açır.
ZaniyelerSalahaddin Enis · Türkiye İş Bankası Kültür Yayınları · 2021800 okunma
Kaş ki istədiyi kimi, eyni ruhda nə isə etməyi bacaraydı!
8/10
·295 syf.··
2025 26. kitabı
·
5 günde okudu
·
Okunma: 16 Ağustos 2025 01:36
Stephen King -in ilk nəşr olunan romanı olan Kerri (1974), həm müəllifin yaradıcılığının başlanğıcı, həm də Amerika qorxu ədəbiyyatında ciddi bir dönüş nöqtəsidir. Maraqlıdır ki, Stephen King bu əsəri əvvəlcə yarımçıq saxlayaraq zibil qutusuna atmış, lakin həyat yoldaşı Tabitha King onu davam etməyə ruhlandırmış və nəticədə bu kitab müəllifi dünya miqyasında tanıtmışdır. Mən bu günə qədər Stephen King -dən 10 roman oxumuşam və açıq deyim ki, Kerri mənə ən çox Stephen King -in “ Medyum ” əsərini xatırlatdı — çünki hər iki romanda psixoloji təcrid, ailədaxili basqı, dini və ruhani qorxu elementləri çox güclü şəkildə birlikdə işlədilir. Hər iki əsərdə də gərginlik bir nöqtədə sakitcə tikilir və sonda partlayıcı şəkildə boşalır. " Kerri " sadəcə fövqəltəbii gücləri olan bir yeniyetmə qız haqqındakı dehşət hekayəsi deyil. Əslində bu roman, cəmiyyətdə fərqli olan bir qızın necə təcrid edildiyinin, bioloji yetkinliyə keçidin utanca çevrildiyinin və zorakılığın necə kollektiv şəkildə həyata keçirildiyinin simvoldur. Əsərdə “telekinez” gücü ikincildir; əsas qorxu insanlardır. Stephen King burada qadın psixologiyasını həm sosial, həm də dini baxımdan dəhşət dərəcəsində dəqiq təsvir edib. Xüsusilə yeniyetmə qızların öz bədənlərindən utanmaq, eyni zamanda diqqət və şöhrət arzusu ilə alışıb-yanmaq kimi çətin emosiyaları romanda açıq göstərilir. Qızların diqqət çəkmək üçün maskalar taxması, kollektiv zorbalığa qatılması, bəzilərinin yalnız xarici görünüşünə əsaslanaraq “qəbul olunmaq” istəyi, Stephen King -in psixoloji təhlil gücünü ortaya qoyur. Bütün roman boyu Kerri tez-tez “donuz” kimi iyrənc heyvanlarla əlaqələndirilir. Donuz qanı ilə bağlı səhnə yalnız şokedici deyil, həm də sanki cəmiyyətin, “heyvana çevrilən” fərdi necə alçaldıb qurban verdiyini göstərən bir rituallaşma aktıdır.
Kadın
KerriStephen King · Qanun Nəşriyyatı · 20248,2bin okunma