Aynur Gül

Aynur Gül
@m0ndlicht
8/10
·94 syf.··
Beğendi
·
2022 8. kitabı
Uşaqlıqdakı yaşantılarımızın bu günümüzə təsiri çox gözəl və əsaslı şəkildə vurğulanıb. Bizlər üçün "təqsirli" gördüyümüz birini qınamaq çox normaldır,əgər ki onun nə yaşadığını bilmiriksə. Düşünürəm ki, hər birimizin yaşamalı olduğumuz şeylər var, hansı ki yaşaya bilmədiyimiz onlar bu gün bizdə daxili narahatlığa səbəb olur. Ryan'ın həyatına,kariyerasına mane olan, bəzən agressiv olmasına, hətta evcil heyvanı belə qısaqanmasına gətirib çıxaran yaşaya bilmədiyi uşaqlığı idi. Sophie'nin (həyat yoldaşının) davranışları məni çox qıcıqlandırdı) anlamazdan gəlirdi, evdə də dominantlıq eləməyə çalışır " hər şeyi mən edirəm vs vs" arada dedim bir sus:D. Ryanın sadəcə qayğı göstərilməyə ehtiyacı var idi. Təəssüf ki, bunu nə indiki, nə də uşaq ikən ailəsi verə bilmişdi. 94 səhifəlik kitabdan o qədər çox şey yazmaq olar ki.. inanırdım ki, oxumağa dəyər kitab olacaq,çünki rəylərə baxıb almışdım, tövsiyə edirəm.
İnsan
En Değerli ÖğretmenimWayne W. Dyer · Epsilon Yayınları · 2017146 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
9/10
·56 syf.··
Beğendi
·
2022 2. kitabı
Heyvanların duyğulara malik olduğunu bilirdim,amma bu qədər dərin duyguya malik olmaları barədə xəbərsiz idim. Kitabdakı ana fikri müxtəlif cür düşünə bilərsiniz. Oxuduqca bir daha anlayırsınız ki,sevgi qədərində verilmədir,balansı qorumaq zəruridir. Bir sevgi bir də sevgisizlik hər şeyi etdirə bilər. Və heyvan belə olsa onun duygusu var,bunun fərqində olmaq lazımdır. Bu fikirlərin hər biri ana fikir ola bilər. Kitab möhtəşəm idi. Zweigin oxuduğum 2-3-cü əsəridir və həmişə vurğulayıram ki, əsərli kiçik həcmli olur (70-80 səh) və insanların hisslərini, duygularını sizə o qədər gözəl ötürə bilir ki.. hər bir obrazı analiz edə bilirsiniz, psixoloji baxımdan yanaşır və sizə yeni bir baxış bucağı qazandırır. Kitabı oxuduqca o mərhələni o qədər aydın,dəqiq görürsünüz ki..
İnsan ve Duygular
O muydu?Stefan Zweig · Can Yayınları · 20236,7bin okunma
7/10
·226 syf.··
2022 1. kitabı
Debbie'den oxuduğum ilk kitab idi. Sadə və çox axıcı dil ilə yazıldığı üçün qısa müddətdə bitirdim. Sizi əlavə bilgi ilə yükləməyəcək, işinizin gərgin olduğu zamanlarda kitab oxumaq istəsəniz tövsiyə edirəm. "Romantik komedi" tərzindədir, oxuyarkən əylənə biləcəyiniz bir kitabdır. Arada bu şəkildə sadə dildə yazılmış kitabları oxumağın faydası olduğunu düşünürəm. Oxusanız əylənə biləcəyiniz,amma oxumasanız da bir şey itirməyəcəyiniz kitabdır.
Aşk
Kar Tanelerinin Bir Bildiği VarDebbie Macomber · Novella Yayınları · 20141,816 okunma
7/10
·317 syf.··
Beğendi
·
2021 5. kitabı
Kitabı YouTube videodan görmüşdüm. Kitab haqqında məndə yaranan fikirlərdən və kitabın cildindən kitabı alıb oxumaq istədim. Kitabı BKM, Kitapyurdunda və.s axtardım, amma tükənmişdi. Kitabın üz qabığına aşiq olduğum üçün sırf Epsilon yayın evindən olanını almaq istəyirdim) Uzun sözün qısası bir səhifə yalnız Türkiyədən ikinci əl tapdı və o şəkildə sifarişlə əldə etdim. Kitabın mövzusuna keçsək..Kitabda məsələn: restoranda necə davranmalı olduğunuzdan, hansı yeməyin necə yeyiləcəyindən, dostluq ,sevgi münasibətlərində hansı vəziyyətdə necə davranmalı olduğunuzdan bəhs edilir. Sizə yol göstərici kitab ola bilər ,amma böyük gözlənti ilə oxumayın) Yəni zövq almaq və faydalanmaq üçün oxuya bilərsiniz. Xoş oxumalar:)
Edebiyat
Bir Pırıltıdır Yaşamakİpek Ongun · Epsilon Yayıncılık · 20052,437 okunma
7/10
·42 syf.··
2021 4. kitabı
Xalid Hüseynidən oxuduğum ilk kitab..Kitab Aralıq dənizində boğulub həlak olan 3 yaşlı Suriya qaçqını Alan Kürdinin faciəsindən bəhs edir. Həcmi az olsa belə oxuduqdan sonra o "qaranlıq" gözünüzün önünə gəlir. Kitabın hər səhifəsində "alıntı" kimi paylaşa biləcəyiniz cümlələr var idi.İllustrasiyalar isə kitabı daha maraqlı və "canlı" edib. Kitab, yaşanan hadisələr ilə bağlı araşdırma etsəm daha çox məlumat əldə edə biləcəyimə inanıram.
Edebiyat
Dəniz DuasıKhaled Hosseini · Qanun Nəşriyyatı · 20185bin okunma