Mədinə Cəfərova

Mədinə Cəfərova
@madinazz
Public Health
Azerbaijan Medical University | MPH Imperial College London
Bakı | London
4 Nisan 2002
71 okur puanı
Mayıs 2022 tarihinde katıldı
9/10
·159 syf.··
2023 8. kitabı
·
4 günde okudu
·
Okunma: 15 Temmuz 2023 01:35
Zəhra nənəsinin və anasının fikirləri ilə böyümüş,atasından nifrət edən,yaşadığı itkilərdən dolayı daim atasını günahkar bilən müəllimədi.Olduqca işinə bağlı,haqq-ədalətə riayət edən,ancaq, bir o qədər də ən xırda səhvi olan insana sərt davranan biridi.Atasının ölüm xəbəri ilə evinə yola düşən Zəhranın oxuduğu dəftər onda olmayan yeganə duyğunu bərpa elədi.Bunun nə olduğunu və necə yarandığını isə kitabı oxuyaraq bilməyinizi istəyərəm.
AcımakReşat Nuri Güntekin · İnkılâp Kitabevi · 202151,6bin okunma
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
10/10
·1025 syf.··
2023 3. kitabı
·
15 günde okudu
·
Okunma: 11 Şubat 2023 23:58
Bu böyük ədəbiyyat xadiminin əsərinə nə dərəcədə rəy bildirmək haqqım var,bilmirəm. Yenə də, sırf bəzi oxuyucular üçün öncədən fikir yaransın deyə,kitab haqqında ümumi düşüncələrimi bölüşəcəm. İlk onu deyim ki,kitabı bitirdikdən sonra içimdə dərin boşluq yarandı. Çünki,bu 1025 səhifəlik kitaba ,onu oxuduğun günlərdə istər-istəməz dərin bağlılıq yaranır. Dostoyevskinin çox əsərini oxumamışam,sadəcə oxuduğum ikinci əsəridi. Ancaq bunu deyə bilərəmki, yazıçı elə psixoloji analizlər edirki,bu vaxtacan fərqinə varmadığımız,diqqət belə yetirmədiyimiz mövzular barədə bizi düşünməyə vadar edir.Fikirlərimi uzun-uzadı yazıb sizi bezdirmək niyyətində deyiləm. Ümumi əsərdən danışsaq, 1 ata və onun 3 oğlu ətrafında baş verənlərdən danışılır. Hər bir oğulun həyata baxış bucağı bir-birindən fərqlidir. Elə kitabı maraqlı edəndə məhz budur. Çünki oğulların düşüncələrini oxuduqca,bir anlıq onun kimi düşünməyə başlayıb,bu vaxtacan olan fikirlərində bəzi suallarla rastlaşırsan. Çoxu əsas hadisələrin,axıcılığın 600-cü səhifədən sonra başladığını deyir,lakin,mən belə düşünmürəm. Zənnimcə 600-ə qədərki səhifələr mənə daha çox şey öyrətdi,xüsusilə də,Stratez Zosimanın nəsihətləri,İvan və Alyoşanın söhbətləri,Dmitriyin düşüncələri,İvan ilə Şeytanın dialoqu(məsələn bu 600-cü səhifədən sonra idi) və.s. SPOİLER Eyni zamanda Dmitriyin məhkəməsində həm avukatının həm prokurorun iddianamələri sevdiyim hissələrdən oldu. Kitabı oxumasaydım,prokurorun dediklərinə inanıb Dmitriyin qatil olduğunu düşünərdim. NƏTİCƏ: Ümumi nəticəyə gəlsək kitab sizə din, əxlaq,ailə,sevgi mövzularında bir çox şey öyrədəcək.Mən kitabın heç bir yerində sıxılmadım,dil mənə yorucu gəlmədi,hətta bəzi kitablarda uzun cümlələri 2-3dəfə oxumalı oluram,ancaq,burda bir dəfə oxuduqda belə rahatlıqla başa düşə bilirdim. Şərhlərimin
Karamazov KardeşlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202545,4bin okunma
9/10
·544 syf.··
2023 2. kitabı
·
7 günde okudu
·
Okunma: 13 Ocak 2023 02:45
Kitabı çox bəyəndiyimi,yazıçının dilini və insanın qəlbinə bəsit sözlərlə toxunuşunu vurğulayaraq rəyimə başlamaq istəyirəm. Kristin Hannahın qələmində həm axıcılıq,həm duyğusallıq sadə və bir o qədər təsirli dillə birləşib. Hadisələri oxuyarkən,sanki,romanın içindəydim, müharibənin qaranlıq tərəflərini eynən İsabelle və Viann kimi mən də yaşayırdım. Obrazlar o qədər güclü,ailəsinə bağlı,cəsur qadınlar idiki, yadımda qalacaq ən sevdiyim obrazlardan oldular. Viannın dediyi kimi -“Hekayələri kişilər danışır,qadınlar həyatlarına davam edər. Bizim üçün medallar verilmədi,adımız tarix kitablarında keçmədi”. Adı tarix kitabında keçməyən minlərlə cəsur qadınların adından yazılmış roman. Sevmədiyim cəhəti isə sonluğu oldu. Sonluğunu biraz daha uzun və ya daha detallı istəyərdim. Buna baxmayaraq olduqca təsirli bir kitab olduğunu əminliklə deyə bilərəm.
BülbülKristin Hannah · Pegasus Yayınları · 20227,9bin okunma
9/10
·504 syf.··
2023 1. kitabı
·
25 günde okudu
·
Okunma: 03 Ocak 2023 20:36
Spoiler olmasın deyə kitab haqqında detallı rəy yazmayacam ,ancaq olduqca axıcı,maraqlı və çoxlu məlumat öyrənəcəyiniz bir kitab olduğunu vurğulamalıyam. Həm mitologiya,həm nazilər haqqında oxuyub ,4-5 şübhəli qatilin olduğu cinayət romanı axtarırsıza,ən yaxşı seçimlərdən biri bu kitabdır(eyni zamanda sadəcə mitologiya haqqında oxumaq istəyirsizsə,yenə bu kitab sizin üçün mükəmməl seçimlərdən biri olacaq).Normalda cinayət romanları sevmiyən biri olaraq kitabı əlimdən buraxa bilmirdim. Kitabdakı Yıldız Karasu obrazını nə qədər sevdimsə, qatilin obrazını da (haqsız olsa belə) bir o qədər çox sevdim. 504 səhifə olmasından çəkinməyin,olduqca maraqlı gedişata malikdir,sıxılmayacaqsız.
Kayıp Tanrılar ÜlkesiAhmet Ümit · Yapı Kredi Yayınları · 202328,2bin okunma
7/10
•Spoiler️ Kitab Mrs.Catherinenın ölümünə qədər olsaydı,böyük ehtimalla favorit ingilis ədəbiyyatı kitabım olardı,ancaq sonradan hadisələrin təkrarlanması(Heathcliffin intiqam ehtirasının Catherine və Hindleyin uşaqları üzərindən davam etməsi)kitabın axıcılığını bir qədər əngəllədi. Bütün bunlara baxmayaraq,Heathcliff hər nə qədər kinli bir obraz olsa da,Catherine-ə olan sevgisi də bir o qədər güclü idi. Öyrəşilmiş bir sevgi romanı olmaması,qotik üslubda yazılması,eyni zamanda,Emily Brontenin yaşadığı zaman dövrünü də (1818-1848) nəzərə alsaq ,uğurlu klassik əsərlərdən biridir. Kitabın başlarında çətinlik çəkdiyim hissələrdən biri də, obrazların adlarını öyrənmək idi. Ona görə də bura obrazları sıralayacam ,oxuyarkən istifadə edib daha rahat başa düşməyiniz üçün: Kitab iki obrazın; Nelly və Mr.Lockwood dilindən danışılır: Mr.Lockwood-Mr.Heathcliffin kirayəcisi Nelly-Thruscross fermasının və Uğultulu Təpələrin qulluqçusu Evliliklər: Mr.Heathcliff və İsabella (övladları Linton) Mrs.Catherine və Edgar Linton (övladları Ms.Catherine) Hindley və Frances (övladları Hareton) Mrs.Catherine Earnshow və Hindley Earnshow doğma bacı-qardaşdılar,Mr.Heathcliff isə onların evinə ,ataları tərəfindən gətirilmiş kimsəsiz uşaq idi.Earnshowlar Uğultulu Təpələrin sahibləridir. Edgar Linton və İsabella Linton doğma bacı-qardaşdılar.Lintonlar Thruscross fermasının sahibləridir.
Uğultulu TepelerEmily Brontë · Martı Yayınları · 201258bin okunma