Spoiler
Kafka dəlixanasına xoş gəlmisiniz. Bura Zamzanın otağına bənzəyir, elə K.-nın çatmaq istədiyi qəsrə də oxşatmaq olar. Künc tərəfdə çirkli bir yataq var. Zamza isə yatağın ortasında öz kiçik ayaqlarını nizama gətirməyə çalışır. K. öz kreslosunda oturmuşdu, qara şlyapasını dizinə qoyaraq ensiz barmaqları ilə onu təmizləyirdi. Yozefsə stolda əyləşmiş, əllərini birləşdirərək çənəsinə dayamışdı və nəsə fikirləşirdi. Yaxşı, bəs yatağında eşələnən o eybəcər əslində kimdir?
Ədəbiyyat tarixinin ən çox danışılan əsərlərindən biri - Çevrilmə həcm olaraq kiçik olsa da, başa düşmək bir o qədər çətindir. Absurd - həyatın əksidir, ya tam olaraq özü? Bu suala cavab tapmaq istəyən Kafka bütün əsərlərində bunu araşdırır və ədəbiyyatda absurdizmi yenidən oyadır. Elə Kafka ilə ilk tanışlığım olan Qəsr kitabından başlayaq. Düzdür, bu kitabı bəyənməmişdim, daha doğrusu, anlaya bilməmişdim. Lakin ağlımda dolaşan bir sual var idi: "Nədir bu qəribəlik?" Niyə hamı qəribə hadisələrə belə olmalı imiş kimi baxır, niyə heç kim heç nəyə təəccüblənmir? Kafka qeyri-adiliyi də bununla başlamışdı. Çevrilməyə qayıtsaq, Fransın həşəratı yenə bizi təəccübləndirmir. Zamza bütün əsər boyu özünə niyə böcəyə çevrildiyini, bu vəziyyətdən necə çıxa biləcəyini soruşmur. Sanki, bu belə olmalı idi və belə oldu. Bu suallar haqda isə düşünməyə dəyməz, çünki absurd dünyada məntiqli bir cavab axtarmaq qeyri-mümkündür. Və kitabın məntiqsizliyi sizi buz dağının gördüyünüz hissəsindən görmədiyiniz hissəsinə atır, oxucunu dəliyə çevirir. Kafka dəlixanasına xoş gəlmisiniz. Və burada məntiqli hərəkətlər gözləmiyin, absurd sizə bəsdir.
"Çevrilmə"nin fəlsəfəsi nədir bəs? Təkcə böcəyə çevrilmək, ya cəmiyyətdən bir anda kənara atılmaq? Başdan başlayaq. Zamzanın öz metamarfozu ilə ilk tanışlığı sonrasında düşündüyü