David Eagleman bu kitabda insan beyninin necə işlədiyini, kimliyimizin necə formalaşdığını, qərarlarımızın, hisslərimizin və davranışlarımızın neyrobioloji əsaslarını izah edir. Kitabın dili sadə olduğundan oxumaq olduqca rahatdır. Kitabı bəzi fikirləri istisna olmaqla sevdim. Maraqlı, ən əsası düşündürücü kitabdı. Əla suallar qoyub ortaya, səni araşdırmağa sövq edir. Bu xüsusiyyət bir kitab da ən dəyər verdiyim şeylərdən biridir.
Kitab 6 fəsildən ibarətdir:
1-ci fəsil: Mən kiməm?
Bu fəsildə David Eagleman əsasən kimliyimizin necə formalaşdığını araşdırır. Beynimizdəki neyronlar onlar arasındakı əlaqə, genetik faktorlar və həyat təcrübələrimiz şəxsiyyətimizi necə qurur? Hətta burda çox maraqlı bir hadisəyə toxunur: Charles Whitman adlı bir şəxslə bağlı. Bu hadisə göstərirki kiçik bir fiziki dəyişiklik davranışımızı necə köklü dəyişə bilər. David Eagleman qeyd edir ki, Bizim “mən” dediyimiz şey sabit deyil, beyinin vəziyyətindən asılıdır. Eagleman dən fərqli olaraq mən “mənlik” anlayışını BEYİNLƏ əlaqələndirMİRƏM. Düşünürəm ki, Mənlik daha dərin bir qatdır və sırf fiziki sistemlə( neyronlarla) izah edilə bilməz. Bu, daha çox ruh və şüurun maddi olmayan tərəfi ilə bağlıdır. Yəni, beyin təcrübələri daşıyan alətdir, amma “mənlik” deyil. (Daha çox danışmaq olar... ) Sadəcə onun dəyişikliyə məruz qalması hissəsinə QATILIRAM. Məndə düşünürəm ki, ruh(mənlik) daim inkişaf edir və kamilləşir. Yəni o SABİT DEYİL, daim inkişaf edir.
2-ci fəsil: Reallıq nədir?
Bu fəsil ən çarpıcı olanlarından biri idi. Burda izah olunur ki, reallıq dediyimiz şey beynimizin yaratdığı bir modeldir. Göz, qulaq və digər hisslər sadəcə məlumat toplayır, amma beynimiz bu məlumatları şərh edərək “reallıq” yaradır. Burada nümunə kimi illuziyalardan və zaman hissindən danışılır. Məncə hər birimiz