Bütün hisslərimizi gözlərimizlə paylaşırdıq. Saxta danışa bilərsən, saxta gülə bilərsən, ancaq saxta baxa bilməzsən. Gözlər aldatmaq bacarığından məhrumdur. Və nə yaxşı ki, bu, belədir...
Zaman Yucinin yarasını sağaltdı - axı dünyada gözəllik çoxdur. Lakin o qızın saçlarının rəngi, boynunun gözəl cizgiləri həmişəlik onun xəyalında qaldı.