Mikayıl Müşfiq-"Yenə o bağ olaydı..."
Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi? Yenə o bağ olaydı, yenə sizə
Mikayıl Müşfiq
Rəssam, sevgilimin rəsmini gəl çək Sevgilim gözəldi, sən də gözəl çək! Nazına çatanda fırçadan əl çək! Qoy onun nazını mən özüm çəkim Çək onun qaradan qara telini Çək rəssam,çək onun incə belini Gözüne çatanda saxla əlini Can alan gözünü mən özüm çəkim Çək Tanrı verdiyi gözəl qulunu Çək dörd bir yanını sağı solunu Çə onun keçdiyi həyat yolunu Qoy ayaq izini mən özüm çəkim!!!
Reklam
Mikayıl Müşfiq
RƏSSAM Rəssam, sevgilimin rəsmini gəl çək, Sevgilim gözəldir, sən də gözəl çək. Nazına çatanda fırçadan əl çək, Qoy onun nazını mən özüm çəkim. Çək onun qaradan qara telini, Çək, rəssam çək onun incə belini, Gözünə çatanda saxla əlini Can alan gözünü mən özüm çəkim. Çək Tanrı verdiyi gözəl qulunu, Çək dörd bir yanını, sağı solunu, Çək onun keçdiyi həyat yolunu Qoy ayaq izini mən özüm çəkim.
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Mənim könlüm deyir ki, Hələ bunlar nədir ki... Böyük günlər, şanlı günlər,  şən günlər, Yoluna düşən günlər Hələ qarşımızdadır! Mikayıl Müşfiq
Mikayıl Müşfiq
MƏN Kİ BİLMƏZ İDİM... Mən ki bilməz idim nədir məhəbbət, Bu sirri sən mənə anlatmadınmı? Dünyaya sığmayan şair könlümü Köksümdən çıхarıb oynatmadınmı? Mən ki nəğmə dеyib bənövşələrdən Pеşəm zövq almaqdı bir şuх dilbərdən, Məndən uzaq gəzib, dolanıb hərdən, Qəlbimi sıхmağa can atmadınmı?! Min hicran könlümü alanda ələ, Zərrəcə halıma yanmadın bеlə. Müşfiqin qəlbini tеz alıb ələ Onu röyalardan oyatmadınmı?!
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Mikayıl Müşfiq "Həyat Sevgisi"
Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində, Könül, günəş kimi parla yerində! Göylərin lacivərd ətəklərində
252 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.