Yazıldı saatsaz məzarı üstdə:
“Filan il doğuldu, filan il öldü”.
Mərhumun kimliyi bilinsin deyə
Qəbrin baş daşına saat “hörüldü”.
Yaşarkən - doğumu keçmiş zamandı,
Onun ölümüysə - gələcək zaman.
Ölümün özü də onda gümandı,
Ölüm gerçəyində dayanır zaman.
Dünyadan köçəndə - əslinə baxsan,
Qəbrə yox, keçmişə gömülür insan.
Elə bil saata gülür qəbir də
Nə dönüb dolanır, nə dinir saat.
Vaxtın, hərəkətin donduğu yerdə
Nə qədər qəribə görünür saat.
Üz-üzə dayanır ölüm həyatla,
Zaman üst qatdadır, alt qata sığmır.
Həyatı anbaan ölçdük saatla,
Ölümsə zamana, saata sığmır.
Burda yatanlara ölüm paylayan
Vaxt da onlar kimi ölmüş bu yerdə.
Həmişə öndədir gələcək zaman,
Keçmiş zaman isə yatır qəbirdə.
Vaxt - yerin üstündə keçəridirsə
Əbədiyyət olur yer altında an.
Yerin üst qatında o, dövr edirsə,