Gün 29
Puan vermedi·512 syf.··
2025 250. kitabı
·
11 günde okudu
·
Okunma: 09 Kasım 2025 21:22
80 günə 100 kitab Gün 29. Kitab 41. Kitabda tək siyer yox, bir çox mövzuya toxunulmuşdur. Siyerin mahiyyəti və məqsədi Peyğəmbərin risalət və insan yönü Məkkə və Mədinə dövrlərinin dərsləri İslam cəmiyyətinin quruluşu Peyğəmbərin əxlaqı və müasir dövr üçün nümunələri Bütün bu mövzular o qədər anlaşılan şəkildə, Quran ayələrindən nümunələr gətirilərək izah olunub ki, heç bir anlayışı olmayanlar, siyer öyrənməyə təzə başlayanlar da anlaya bilər
Siyer Bilinci DersleriMuhammed Emin Yıldırım · Siyer Yayınları · 2024396 okunma
10/10
·272 syf.··
Beğendi
·
2023 16. kitabı
·
3 günde okudu
·
Okunma: 27 Kasım 2023 00:00
"Dünya duracaq yer deyil, ey can, səfər eylə! Aldanma anın alına, andan həzər eylə!" İradə xanımın qələmindən oxuduğum ikinci əsərdi Nə yaxşı ki, oxudum Bu kitabda yazıçının Hatay, Qaziantep, Şanlıurfa, Mardin, İstanbul, Bursa, İran, Məşhəd, Pakistan, Özbəkistan, Səmərqənd, Malayziya, İordaniya, Ərəbistan səfərlərini oxuyacaqsınız və eşqi hər səfərdə daha çox hiss edəcəksiniz Hatay səyahətini oxuyanda zəlzələni xatırladım və çox kədərləndim. Ümid edirəm ki, bu gözəl bölgə yenidən çiçəklənər Qaziantep, Şanlıurfa, Mardin, Midyat kimi tarix, mədəniyyət qoxan yerlərin seriallarda layiqi qədər təqdim olunduğunu düşünmürəm. Səhayətnaməni oxumaq çox gözəl oldu və bu yerləri gedib görməyə həvəsim daha da artdı İstanbul, Bursa nə gözəl təqdim olunmuşdu. Mən Konyanı da görmək istəyərdim. Mövlananın yaşadığı eşqi hiss etmək Pakistan səfərini oxuyandan sonra bunları görmək üçün İradə xanımın səhifəsində gəzib çəkdiyi şəkillərlə tanış oldum. Hunza türkləri haqqında burada geniş məlumat aldım İordaniya Yaxın Şərq ölkəsi kimi çox diqqətimi çəkir, çox gözəl təsvir olunmuşdu Məkkə, Mədinə eşqi necə də gözəl hiss etdirdi Yazıçı buraları təsvir etmiş, həm də bu yerlərin insan ruhundakı təsirlərini göstərmişdi. Heyif ki, bu kimi yerdə bəzi yerlərə giriş qadağandı, türbələr sökülmüş vəziyyətdədi Məncə, oxunması gərəkən kitabdı. İnsanın dünyagörüşünü genişləndirir. Mənəvi olaraq gözəl enerji verir, insanı səfərə çıxmağa sövq edir Qəlbimdə Yaxın Şərqə böyük sevgi var. Mədəniyyətin beşiyi olan bu ölkələr insan ruhuna elə təsir edir ki, sözlə ifadə etmək mümkün deyil. İndi bu ölkələrin çoxu elə vəziyyətdədir ki, insanın ürəyi ağrıyır. Ölkənin sərvətləri qarət edilir, insanları zülm çəkir İradə xanıma səfərlərində uğurlar arzulayıram və növbəti kitablarını səbirsizliklə
Seyahat
Eşqin İzi İləİradə Qədirova · Mimta Yayımları · 202325 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
10/10
·144 syf.··
Beğendi
·
2022 44. kitabı
O, Hz. Peyğəmbər'dən sonra ilk dəfə varlıq âləminin səmasına La ilahə illallah, Məhəmmədin Rəsulullah kəlimeyi tayyibəsini duyurandır. O, Hz. Peyğəmbər ilə birlikdə ilk dəfə imandan sonra ən böyük həqiqət olan namaz üçün dergah-ı əhadiyətə yönələndir. O, Hz. Peyğəmbər'in ilk xanımı ve yoldaşı olma şərəfinə nail olandır. O, Hz. Peyğəmbər ilə on beş il peyğəmbərlikdən öncə, on il də peyğəmbərlikdən sonra olmaq üzrə tam iyirmi beş il eyni yastığa baş qoyandır. O, Hz. Peyğəmbər'in evinə ikisi oğlan, dördü qız tam altı övlad hədiyyə edəndir. O, Hz. Peyğəmbər'in Əhl-i Beyt nəslinin kökü olan Hz.Fatimə'ni doğuran və Hz. Əli'yə isə analıq edəndir. O, tüm varlığını, malını, mülkünü, sərmayəsini Allah yolunda fəda etməkdən bir an geri durmayandır. O, Hz. Peyğəmbər'in lisanı ilə ilk cənnətlə müjdələnən bəxtiyar bir İslam xanımıdır. O, cahiliyyənin zifiri qaranlığında kirlənmədən, Məryəm misalı pak və təmiz qalan, bu özəlliyi ilə də Tahirə ismini qazanan bir anamızdır. O, firavunları çox olan bir şəhərin Asiyəcə, isyanını davam etdirərək, şirkə bulaşmadan vəhyə çatan İslam'ın Kübrasıdır. O, on il peyğəmbərliyin və risalətin məqsədinə bir ana kimi sahib çıxaraq, varlığını məqsədinə adayan bir anamızdır. Və O, xanımlar âləminin sultanı olan Hz.Xədicə validəmizdir... Möminlərin anneleri olan Peyğəmbər xanımlarını tanınmalıyıq. Onları tanıdıqcaa, onlar haqqında məlumatlandıqda bu önəmli nəticələri əldə ederik: İdeal Müsəlüman xanım kimliyinin və şəxsiyyətinin necə olmalı olduğunu, xanımların peyğəmbərlik mədrəsəsindəki mövqeylərini, dəyər, vəzifə  və rollarını öyrənərik. Xanımların hayatı ile; Hz. Peyğəmbər'in özəl həyatındakı əxlaqını öyrənərik. Hz.Xədicə validəmizin şəxsiyyətinin dörd əsas açarı bunlardır: ədəb, sədaqət, fədakarlıq, vəfa.
Hz. Hatice (Radiyallahu Anha)Muhammed Emin Yıldırım · Siyer Yayınları · 20203,379 okunma
9/10
·608 syf.··
2021 31. kitabı
·
23 günde okudu
·
Okunma: 29 Ağustos 2021 15:59
Dinlə bağlı məlumatsızlığım səbəbilə oxumaqdan çəkinsəm də, nəhayət, oxumağa başladım. • Giriş hissədə yazıçı, Din və Tanrı ilə bağlı olan düşüncələrini necə formalaşdırması barədə yazıb. Bunu oxuyan zaman həqiqətən, daha öncə heç bilmədiyim terminlərlə qarşılaşdım, buna görə də, tez-tez dəftərə qeydlər və wikipedia'dan istifadə etdim (bunlar bir az zamanımı aldı). Və içimdə qorxu da yarandı ki, yəqin, kitabda sona qədər bilmədiyim terminlərdən istifadə olunub. Nəysə ki, belə deyilmiş. • Başlanğıcda. Kitabda dinlər yox, adından da məlum olduğu kimi, Tanrı, tanrı fikrinin yaranması, inkişafı, formalaşması, bir tanrının yeni bir tanrı ilə əvəz olunması, çox tanrıçılıq və həmçinin, müxtəlif bölgələrdə müxtəlif tanrılara ibadət edilməsi və s. barədə danışılır. Wilhelm Schmidt'in 1912-ci ildə yayımlanan “ Tanrı İdeyasının Mənşəyi” adlı kitabında qeyd etdiyinə görə, insanlar bir çox tanrıya ibadət etməməmişdən öncə, tək tanrıçılıq mövcud olmuşdur. Zaman keçdikcə isə insanlar müxtəlif tanrılara ibadət etməyə başlamışdır. Eyni zamanda ilk sivilizasiya mərkəzlərindən biri olan Mesopotamiyada yaranan Şümer, Akkad, Assur və Babil dövlətləri və Enuma-Eliş dastanından bəhs edilir. Hansı ki, bu dastanda üç tanrı müqəddəs bir palçıqdan peyda olur. Daha sonra bu tanrıların çoxalması, onların bir-biri ilə mübarizəsi, məşğuliyyətləri barədə danışılır. Ən sonda qalib gələn Günəş Tanrısı Marduk dünyamızı yaradır və mərkəzini və Babil edir. Sonra Kingu adlı bir tanrının qanının torpağa qarışmasından İlk İnsanı yaradır. Bu da onu göstərir ki, əslində, insanla tanrı arasında bir uçurum yoxdur, tanrısallıq insanda mövcuddur. Tək fərq tanrıların ölümsüz olmasıdır. Yazıçı daha sonra Kitab-i Müqəddəs'in ilk beş bölümü ilə bağlı fikirlər bildirir; İbrahim, Yaqub və Musa ilə bağlı
Din
Tanrı'nın TarihiKaren Armstrong · Pegasus Yayınları · 20202,012 okunma
Aşkın Şehidi
10/10
·470 syf.··
2020 9. kitabı
Ara-sıra rahatlamaq üçün oxuduğum, əyləndiyim və yeni kitaba keçə bilmək üçün bir an öncə sonuna gəlməsini istədiyim kitablardan olmadı "Aşkın Şehidi"...     Həyatım boyu oxuyarkən bu qədər çətinlik çəkdiyim, mənəvi yükü ilə ruhuma ağır gələn, yalnız bütün düşüncə və duyğularımı içindəki mesajları ala bilmək üçün səfərbər etdiyim zaman əsərə bağlı qala bildiyim, ona görə də hər istədiyimdə deyil, özümdə bu gücü gördüyüm və konsantre ola bildiyim zamanlarda oxumağa davam etdiyim və indiyə qədər oxuduqlarımdan fərqli olaraq hadisələrin gedişatını və yaşanacaqları öncədən bildiyim halda bir möcüzə ilə fərqli sonlanmasını istəmək kimi utopik bir xəyala qapıldığım, məntiqimin mənə dirətdiyi gerçəklərə görə isə kitabın sonuna gəlmək istəmədiyim, sanki oxuduqca o sonu gətirməkdə günahkarlardan biriymişəm kimi qəribə bir ruh halına büründüyüm, bütün bu səbəblərə bağlı olaraq da kitabı bitirməyimin 2-3 ay sürməsi, bu dövrdə isə başqa heç bir kitaba yönələ bilmədiyim ilk və tək kitab oldu "Aşkın Şehidi"...     Peyğəmbər oğlu, Hz.Əli ilə Hz.Fatimənin ciyərparası, cənnət gənclərinin ağası Hz. Hüseynin son 99 günü və Kərbəla hadisəsi... Əsərin mövzusu budur...     Mədinədən Məkkəyə, oradan isə Kərbəlaya uzanan bir yolçuluq, əslində yazıçının özünün də qeyd etdiyi kimi həm irfani, həm də texniki mənada bir yolçuluq, seyri-sülukdur hadisələrin ana xəttində...     Və bu səyahət boyu Peyğəmbər oğlunun dilə gətirdiyi ayələr, onlara, bizə və bütün insanlığa verilən mesajlar və bu mesajları öz düha süzgəcindən keçirən peyğəmbər ailəsi...     Hər birisinin hadisələrə, söhbətlərə özünəməxsus baxışı... İsrarla haqqın nahaqqa, saf imanın batilə, bir növ mələyin şeytana beyətinin istənməsi...     Bu beyətlə babasının min bir əziyyətlə gətirdiyi, atasının həyatı bahasına qoruduğu gerçək
Edebiyat
Aşkın ŞehidiAhmet Turgut · Paradoks Yayınları · 20121,901 okunma