Onlar belə deyirlər: bildiyimiz kimi, İslam dini son dindir və ondan sonra başqa şəriət gəlməyəcək. İslam geniş, insanın həyatının bütün yönlərini əhatə edən bir dindir. Bu dinin vəziyyəti buna dəlalət edir. Çünki o, bütün məsələlər barədə fikir bildirir. Onlar daha sonra belə deyirlər: görəsən, həzrət Peyğəmbərin həyatı o həzrətin insanlara İslam dinini tam şəkildə öyrətmək imkanı verib? Biz tarixi mütaliə edəndə görürük ki, həmin 23 ildə o həzrətin belə bir imkanı olmayıb. Düzdür, Peyğəmbər heç bir fürsəti fövtə verməyib, insanlara çox şey öyrədib, lakin o həzrətin həyatının Məkkə və Mədinə dönəminə, çoxsaylı çətinlik və vəzifələrinə baxanda görürük ki, şübhəsiz, qeyd edilən müddət insanlara İslamın bütün hökmlərinin bəyan edilməsi üçün yetərli olmayıb. (Digər tərəfdən,) bu dinin tam şəkildə bəyan edilməməsi mümkün deyil. Buna görə də həzrət Peyğəmbərin səhabələri arasında kimsə, ya kimlərsə olmalı, İslamı o həzrətdən kamil şəkildə öyrənməli, Peyğəmbərin tam hazırlıqlı şagirdi olaraq o həzrətdən sonra İslamı onun kimi izah etməlidirlər. Onlarla Peyğəmbərin fərqi bu olur ki, o həzrət dediklərini vəhyə istinadən deyirdi, onlar isə həzrət Peyğəmbərdən öyrənərək.
“Bildiyimiz kimi, hökmlər Quranda qısa və ümumi şəkildə bəyan edilib. Məsələn, namaza bu qədər təkid edən Quran onun barəsində "namazı bərqərar edin", "rüku və səcdə edin" cümlələrindən artıq bir şey deməyib, hətta namaz necə qılınmalıdır, onu da deməyib. Həmçinin barəsində bu qədər göstəriş olan və həzrət Peyğəmbərin yerinə yetirdiyi həcc barəsində Quranda elə də geniş izah yoxdur. Həzrət Peyğəmbərin sünnəsinin vəziyyəti də göz qabağındadır. İndi gör o olmasaydı, nə olardı! Məgər Peyğəmbərın halal-haramı bəyan etməyə nə qədər vaxtı oldu? On üç illik Məkkə dövründə çoxsaylı təzyiq və sıxıntılara baxmayaraq, İslamı qəbul edənlərin sayı, bəlkə də,heç dörd yüz nəfərə çatmırdı. Həmin sıxıntılar zamanı onlar həzrət Peyğəmbərlə gizlincə görüşürdülər. Bəlkə də müsəlmanların yarısını, ya yarısından da çoxunu təşkil edən yetmiş ailədən ibarət bir dəstə Həbəşistana hicrət etdi. Bəli, Mədinə dövrü bu baxımdan fürsət sayıla bilərdi, lakin həzrət Peyğəmbərin Mədinədə də çoxlu problemi var idi. Əgər Peyğəmbər həmin iyirmi üç ilin hamısını müəllimlik etsəydi, yəni sinfə gedib camaata ancaq dərs keçməklə məşğul olsaydı və İslam tarixində baş verən hadisələrin heç biri baş verməsəydi belə, bəlkə də, İslamın bütün sözlərini bəyan etmək üçün yenə kifayət etməzdi. Çünki İslamın insan həyatının bütün sahələri barədə hökmü var.”
Qolu boş idi. Soruşdum ki, saatın hanı?Çox etinasızlıqla dedi:"Uşaqların birinin xoşu gəldi, baxmaq üçün aldı, mən də dedim ki, sənin olsun"Hirslənib dedim:“Əli, o bizim əqd mərasimimizin hədiyyəsi idi. Məkkə təbərrükü idi. Atam onu çox həvəslə kürəkəninə almışdı. Orijinal rado idi".Başını yelləyib dedi:"Bu saatlardan o qədər olacaq, biz olmayacağıq. Nə qədər bacarırsan, könül al!"
Etimolojik çalışmalar, antik çağlardan beri bilinen Mekke-i Mükerreme'nin insanlık tarihinin ilk dönemleriyle ilişkisini doğrularken, Sebe ve Habeşlilerin mukaddes ibadet yerlerini "Macoraba" kelimesiyle ifade etmeleri ve aynı manaya gelen "mkrb" kelimesinin aslında sesli harflerin yazılmadığı Güney Arabistan yazısıyla "mekverab" kelimesinden türediği ve bu kelimenin de "kurb" kökünden gelen kurban yeri, mihrap veya mukaddes yer anlamındaki "makreb" kelimesinden türemiş olması, Macaroba'dan kastedilen yerin kutsal mabedin yer aldığı kutsal şehir olduğu hakkında hiçbir şüphe bırakmaz. Bazı dil bilimciler ise benzer şekilde "mkk" (ev) ve "rbb" (Rabb) kelimelerinin birleşimiyle Rabb evi anlamındaki "makreb" isminin türediği görüşündedir.