8/10
·336 syf.··
Beğendi
·
2026 103. kitabı
·
4 saatte okudu
·
Okunma: 17 Haziran 2026 15:37
Sevdim də sevmədim də…. İçimdə qarışıq hislər yarandı. İvy mənə çatmadı məsələn. Ən sevdiyim Günahın Silinişi kiyabı oldu. Necə başladı necə bitti anlamadım. Amma sonu yaxşı idi.
Kalbin DirilişiA. Zavarelli · Prime Kitap · 2025131 okunma
Puan vermedi·300 syf.··
Beğendi
·
2026 45. kitabı
·
31 günde okudu
·
Okunma: 17 Haziran 2026 14:03
"Əgər insan ömrünün sonuna qədər öz uşaqlığını qoruyub saxlayırsa, deməli, o, yaxşı insandır." Mustay Kərim Müsahibələrinin birində Zahid Xəlil deyir ki, uşaq yazıçısı yaşlı uşaqdır. Mən 75 yaşlı uşaq olmağımla fəxr edirəm. Haqqında danışanda adətən adından əvvəl "uşaqların sevimlisi" deyirlər. Amma o, təkcə uşaq ədəbiyyatı yazmayıb. Elə bu kitabında da kifayət qədər böyüklərin də oxuyacağı hekayələr var. Uşaq ədəbiyyatı bəzən böyük əsərlərdə yazıla bilməyən məqamları çatdırmaq, bəzən bunu həm həcmi etibarilə, həm də adı ilə, yəni uşaq ədəbiyyatı adı ilə böyüklər üçün əsər yazmaq baxımdan əvəzsizdir. Zahid Xəlilin son vaxtlarda çap olunan kitablarından nəsr əsərlərinin(91 hekayə) yer aldığı "Kralın kreslosu" kitabındakı hekayələr uşaqların dünyagörüşünün formalaşmasında, əxlaqi və mənəvi tərbiyəsində və onlarda müsbət xarakter formalaşmasında, şübhəsiz, böyük rolu olacaqdır. Bəzi hekayələr də var ki, onları duymaq üçün Zahid Xəlillə şəxsi tanışlığınız olmalı, hekayələrin yaranma hekayəsini onun dilindən dinləməlisiniz. Bu cəhətdən özümü çox xoşbəxt hiss edirəm. Xüsusilə bəyəndiyim bir neçə hekayə var: "Kralın kreslosu", "İki parıltı", "Bağırmaq istəyən adam", "Quyunun dibindəki adam", "Güzgü", "Körpə nəğmənin nağılı", "Boz yalan", "Dünyanı özü ilə aparmaq istəyən Bəşir" və s. Bunlar heç şübhəsiz uşaq hekayələri deyil. Yazıçının yaşadıqları, öz şəxsi duyğuları, dostları haqqında, cəmiyyətdə gördüyü haqsızlıqlar uşaq hekayələrinin cibində gizlənmiş həqiqətlərdir. Bu yazını kitabı özüm oxuduğum vaxt qeyd etmişdim, burada da qalsın istədim. Bu dəfə isə oğluma oxudum bu kitabı, mənim Zahid müəllimim onun Zahid babası oldu.
Kralın KreslosuZahid Xəlil · 3 Alma · 202116 okunma
Reklam
10/10
·80 syf.··
2026 7. kitabı
Hadisələr 1960-cı illərdə Parisdə cərəyan edir. Baş qəhrəmanımız Moiz (Momo) adlı 11-12 yaşlı yəhudi bir oğlandır. Momonun həyatı çox kədərlidir: anası onu atıb gedib, atası isə soyuq, sevgisiz və depressiv bir adamdır. Evdə sevgi görməyən Momo vaxtını küçələrdə keçirir. Həmin küçədə hamının "ərəb" dediyi (əslində türk olan), küncdəki baqqal dükanını işlədən Müsyö İbrahim adlı müdrik bir qoca yaşayır. Momo hər gün bu dükandan nəsə alır, bəzən də gizlicə oğurluq edir. Müsyö İbrahim hər şeyi görsə də, uşağı mühakimə etmir, əksinə, ona sevgi və anlayışla yanaşır. Zamanla bu iki fərqli nəslin və fərqli dinin nümayəndəsi arasında çox dərin bir ata-oğul bağları və dostluq yaranır. Müsyö İbrahim sufizm fəlsəfəsinə inanan bir müsəlmandır. O, həyatda hər çətinliyə düşəndə, ya da Momoya bir nəsihət verəndə həmişə deyir: "Mən bunu Qurandan bilirəm." Müsyö İbrahim dini insanları ayırmaq üçün yox, birləşdirmək və Momoya həyatı sevdirmək üçün bir vasitə rənginə çevirir. Müsyö İbrahimin Momoya öyrətdiyi ilk və ən böyük dərs gülümsəmək olur. O, Momoya deyir ki, gülümsəmək sadəcə xoşbəxt olanda edilən bir şey deyil, o, insanı xoşbəxt edən bir "silahdır". Momo gülümsəməyə başlayanda ətrafındakı insanların, məktəbdəki müəllimlərin, hətta həyatın ona qarşı baxışının necə dəyişdiyini görür. Momonun atası intihar etdikdən sonra Müsyö İbrahim Momonu rəsmən övladlığa götürür. Onlar köhnə bir maşın alıb Parisdən çıxırlar və Müsyö İbrahimin gəncliyinin keçdiyi yerlərə — Türkiyəyə (Anadoluya) doğru uzun bir səyahətə başlayırlar. Bu səyahət əslində Momonun uşaqlıq travmalarından qurtulub mənəvi cəhətdən böyümə yoludur. Yol boyu fərqli ölkələrdən, kilsələrin, məscidlərin yanından keçirlər. Müsyö İbrahim Momoya hər dinin daxilində eyni mənəvi gözəlliyin olduğunu göstərir. Sonda Anadoluya
Müsyö İbrahim və “Quran”dakı çiçəklərEric Emmanuel Schmitt · Modern mini klassika · 20216,4bin okunma
Puan vermedi·128 syf.··
Beğendi
·
2026 2. kitabı
Lev Tolstoyun İvan İliçin Ölümü əsəri məni çox düşündürdü. Əsərdə İvan İliç adlı bir insanın həyatının son dövrləri təsvir olunur. O, ömrü boyu cəmiyyətdə yaxşı mövqe qazanmağa, insanların gözündə hörmətli görünməyə çalışır. Amma xəstələnib ölümə yaxınlaşdıqca anlayır ki, həyatını həqiqətən xoşbəxt və mənalı yaşaya bilməyib. Məncə, əsərin əsas ideyası odur ki, insan yalnız başqalarının fikrinə görə yaşamamalıdır. Həyatda vəzifə, pul və ya şöhrət vacib olsa da, sevgi, səmimiyyət və vicdan daha önəmlidir. İvan İliç ölüm qarşısında bunları gec başa düşür və bu, əsəri daha təsirli edir. Kitabı oxuyarkən bəzi hissələr mənə kədərli gəldi. Xüsusilə İvan İliçin ətrafındakı insanların onun vəziyyətinə biganə yanaşması diqqətimi çəkdi. Bu əsər mənə həyatın nə qədər dəyərli olduğunu və hər anın qədrini bilməyin vacibliyini xatırlatdı. Ümumiyyətlə, əsəri maraqlı və düşündürücü hesab edirəm. Oxuduqdan sonra insan öz həyatına və seçimlərinə fərqli gözlə baxmağa başlayır. Bu səbəbdən əsəri bəyəndim və başqalarına da oxumağı tövsiyə edərdim.
Düşünce
İvan İliçin ÖlümüLev Tolstoy · İqra Nəşriyyatı · 201361bin okunma
Həqiqətin "qəddarlığı" və onun ilkin dəyişimi.
Puan vermedi·88 syf.·
2026 42. kitabı
Həqiqətin paradoksundan çıxış ederək onun həll yoluna qarşı yaranmış vəziyyətlər silsiləsi. Yazıçı bu kitabında “qəddarlığı” sadist bir hərəkət kimi deyil, reallığın ən çılpaq və dəyişməz forması kimi müəyyən edir. Həyatın ən adi həqiqətləri belə, insanın rahatlıq zonasını pozduğu üçün bu prinsip altında qəbul edilir. İnsanın elə bir zaman dönümü olur ki, bəzən həmin "qəddarlıq" stiuasiyasından kənara çıxmadan həyatın mənasını dərk edir və ondan nəticə çıxarır. Bəzən isə belə bir nəticəni əldə etməyən insanlar vardır. Bu araşdırmada Clement Rosset, insanların həqiqətə göz yummağını və onunla üzləşməkdənsə, təsəlliverici yalanlara əl atmağı üstün tutduqlarını tənqid edir. Baxın, həmin o "qəddarlıq" stiuasiyasını özünə bəraət qazandıranların paradoksu tam şəkildə elə budur. Kitabın ilk girişində həmin bu mövzuya uyğun belə bir sitat verilmişdir; "Hakikatin zalimliğini, ger­çeğin pürüzlerini gidermeyi amaçlayan her şeyin kaçınıl­maz sonu; nedenlerin en muhteremi olarak girişimlerin en dâhiyane olanının saygınlığını yitirmesidir." səh.7 Bu fəlsəfi kitabı mən, Sigmund Freud-in Uygarlığın Huzursuzluğu əsərinə çox bənzətdim. Orada isə əksinə olaraq, ümitsizliyin paradoksu öz əksini tapır. Bir çox filozoflardan sitatlar gətirilən bu kitabda ən çox Paul Valery -nin sitatını bəyəndim, deyir ki; "Ruhumdan bir idol yarattığımı itiraf edi­yorum, lâkin başka bir idole hiç rastlamadım.” səh.40 Qısa amma dərin fəlsəfi mahiyyətini qoruyan bir kitabdır. Oxumanızı tövsiyyə edirəm.
Düşünce
Zalimlik İlkesiClement Rosset · Pinhan Yayıncılık · 201235 okunma
Puan vermedi·552 syf.··
2026 7. kitabı
·
29 günde okudu
·
Okunma: 15 Haziran 2026 13:28
Həyat planladığın kimi getməyəndə bu, son deyil. Nell Sullivan həm işini, həm də münasibətini itirir.Eyni anda bunun olması həyatın bitməsi kimi səslənir bəlkə də. Amma bundan sonra baş verənlər, onun seçdiyi seçimlərin nəticəsi olur. Həyatda özünü, xəyallarını unutmamağı öyrədir bu hekayə. Ən önəmlisi isə xəyal qurmağın kifayət olmadığını, hərəkətə keçmək lazım olduğunu çox gözəl şəkildə ifadə edir.
1000Kitap
Sirrini Mənə AçMiranda Dickinson · Yay Kitab · 0902 okunma
Reklam
Reklam