Puan vermedi·552 syf.··
2026 7. kitabı
·
29 günde okudu
·
Okunma: 15 Haziran 2026 13:28
Həyat planladığın kimi getməyəndə bu, son deyil. Nell Sullivan həm işini, həm də münasibətini itirir.Eyni anda bunun olması həyatın bitməsi kimi səslənir bəlkə də. Amma bundan sonra baş verənlər, onun seçdiyi seçimlərin nəticəsi olur. Həyatda özünü, xəyallarını unutmamağı öyrədir bu hekayə. Ən önəmlisi isə xəyal qurmağın kifayət olmadığını, hərəkətə keçmək lazım olduğunu çox gözəl şəkildə ifadə edir.
1000Kitap
Sirrini Mənə AçMiranda Dickinson · Yay Kitab · 0902 okunma
Puan vermedi·316 syf.··
2026 3. kitabı
Anar - " Təhminə və Zaur" Zənnimcə, hamımız beşmərtəbəli binaya sığmayan altıncı mərtəbəyik. Və bu altıncı mərtəbədə dövrünün ən müasir qadını ilə ən qorxaq kişinin sevgi hekayəsi ilə tanış oluruq. Təhminə Zaura sevməyin və sevilməyin nə olduğunu öyrətdi. Ona hər şeyini versə də, bircə güvən verə bilmədi. Zaur isə ekzistensial bir obraz olaraq özünəməxsus qorxaqlığını və cəsarətsizliyini ortaya qoydu. Mənə görə, Zaurun ən böyük faciəsi Təhminəni itirməsi deyil, onu seçəcək qədər cəsarətli olmamasıdır. Çünki insan bəzən sevdiyini deyil, öz qorxularını seçir. Zaur da sevgidən çox "camaat nə deyər?" düşüncəsinə sığındı və bunun bədəlini ömrü boyu daşıyacağı bir peşmanlıqla ödədi. Bu əsər haqqında nə qədər danışsaq da, yenə də azdır. Amma mənim üçün bu, əvəzolunmaz bir şah əsərdir. Bir kitabın küncünə çəkilib ağlamağın nə demək olduğunu məhz bu kitabdan öyrənmişdim...
Təhminə və ZaurAnar Rızayev · Qanun Nəşriyyatı · 20191,851 okunma
Reklam
Agatha Christie yenə möhtəşəm bir kitab yazıb!
9/10
·215 syf.··
2026 1. kitabı
Bir, iki - ayaqqabımın toqqası kitabı həqiqətən çox ağıllıca düşünülmüş şəkildə yazılmışdı. Mən sona qədər qatilin kim olduğunu dəqiq müəyyən edə bilmədim. Erkül Puaro isə yenə yanılmadı. Agatha həqiqətən də çox gözəl əsərlər ortaya çıxardır və bu da onlardan biridir. Mövzu ilə maraqlananlar üçün: ↓ Bir diş həkimi olan Morley öz xəstəsini öldürdükdən sonra intihar edir. İlk başda bu sadə intihar hadisəsi kimi görünür ancaq həqiqətən elədirmi? Əminəm ki sizdə mənim kimi qatilin kimliyini sona qədər müəyyən edə bilməyəcəksiniz (12.06.2026 - 15.06.2026)
Bir, İki - Ayaqqabımın ToqqasıAgatha Christie · Qanun Neşriyyat · 20172,056 okunma
Puan vermedi·432 syf.··
2026 8. kitabı
Esmiralda… Təsirləndiyim, gözümü dolduran bir çox roman oxumuşam. Adətən kitablar haqqında incələmə yazmıram, hətta bu platformadan da çox aktiv istifadə etmirəm. Amma bu kitab məndə elə hisslər oyatdı ki, fikirlərimi yazmadan keçə bilmədim. Esmiraldanın acısını, sevincini, çarəsizliyini və bütün bunların içində ümidini itirmədən mübarizə aparmasını sanki onunla birlikdə yaşadım. Mələklə dostluğu, İlyasla qurduğu bağ məni ən çox təsirləndirən məqamlardan oldu. Qəzəbləndiyi anlarda qəzəbləndim, üzüldüyü anlarda üzüldüm. Xüsusilə Mələklə olan bəzi səhnələrdə çox duyğulandım. Onların arasındakı səmimiyyət, gerçəklik və bir-birlərinə olan sədaqət istər-istəməz göz yaşlarıma səbəb oldu. “Birlikdə edərik” kimi cümlələrin sadəcə söz olaraq qalmaması məni ayrıca təsirləndirdi. Bəlkə də buna səbəb bir zamanlar dostumla qurduğumuz bəzi planları həyata keçirə bilməməyimizin verdiyi hiss idi. Bu baxımdan onların bacarması həm kövrəltdi, həm də sevindirdi. Kitabda bəyənmədiyim yeganə məqam bəzi hissələrin mənə bir qədər uzun gəlməsi oldu. Bəzən artıq bildiyimiz və ya eşitdiyimiz fikirlərin təkrarını oxuyurmuş kimi hiss etdim. Buna baxmayaraq, ümumi olaraq əsər məndə çox xoş təəssürat yaratdı. Xüsusilə də içimi isidən sonluğu ilə uzun müddət yaddaşımda qalacaq kitablardan biri oldu.
GünahkarlarÜlviyyə Cəfər · Çardaq Nəşriyyat · 20253 okunma
Şah əsərə yaraşmayan yarımçıq sonluq
10/10
·58 syf.··
Beğendi
·
2026 23. kitabı
·
24 saatte okudu
·
Okunma: 13 Haziran 2026 15:30
Spoiler ola bilər. Sveyqin oxuduğum ən sürətli və sürükləyici əsərlərindən biridir. İnsanın tək qalanda öz beyninin içində necə itdiyini çox sadə dillə izah edib. Kitaba tam bal verirəm, çünki oxuyarkən adamı tamamilə içinə çəkir və bir nəfəsə oxunulacaq kitabdır. Tək tənqidim isə sonluğu ilə əlaqəlidir. O qədər gərginlikdən və böyük gözləntidən sonra sonluq mənə bir az məntiqsiz gəldi. Dr. B.nin o qədər əziyyətdən sonra belə asanlıqla geri çəkilməsi hekayənin böyüklüyünə tam olaraq yaraşmadı. Sanki yazıçı kitabı tələsik yazıb bitirməyə çalışıb. Yenə də oxumağa və xeyirli vaxt keçirməyə dəyər.
Düşünce
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2025279,3bin okunma
8/10
·220 syf.··
Beğendi
·
2026 3. kitabı
·
12 günde okudu
·
Okunma: 12 Haziran 2026 00:00
Kitabda Azərbaycanlı repressiya qurbanlarının haqqında yer almasa da mən oxuduqca o qurbanları, onların dostluqlarını, onların gördüyü işgəncə və həbs günlərini hiss edirdim. Dili çətin deyildi, lakin bəzi hissələr da da düşündürücü idi. Sona qədər hansı ideologiya haqlı, hansı haqsızdır anlamaq olmur. Çünki hər bir sonrakı nəsil digərindən daha da oyanmış, ayıq gəlir. Lakin keçmiş nəsilin gördükləri və təcrübələri də var. Bu səbəblə kitab sizi Stalin vaxtına, keçidlərə aparacaq.
Gözqamaşdırıcı ZülmətArthur Koestler · Xan Nəşriyyatı · 2020568 okunma
Reklam
Reklam