Şəhvani sevginin - əgər sevgidirsə - yeganə şərti budur: mən bütün varlığımla sevməliyəm və sevdiyimin varlığını dərinliklərinə kimi duymalıyam. Mahiyyətcə, bütün insanları bir-birinə bənzədirlər. Biz hamımız Bir olanın hissəsi, Bir olanın mahiyyətiyik. Əgər bu belədirsə, onda kimi sevəcəyimizə fərq qoymamalıyıq. Əslində, məhəbbət bir insanın öz həyatını bütövlüklə sevdiyinə həsr etmə qərarı daşıyan bir iradə aktı olmalı idi. Həqiqətən də, bu fikir nikahın qırılmazlığı ideyasının əsaslandırılması rolunu oynayır.