Puan vermedi·208 syf.··
2026 30. kitabı
Salam Qədirzadə - “Kəndimizdə bir gözəl var" Yazıçıdan oxuduğum dördüncü kitabdır və qələminin şirinliyinə, doğmalığına bir daha heyran qaldım. Bütün kitablarını bezmədən, ard-arda oxuya bilərəm. Elə səmimi üslubu var ki, sanki 2026-cı ildə deyilsən, kitabın yazıldığı köhnə dövrlərdə yaşayırsan. Yazıçı məkanın ləhcəsini, dialektini əsərə o qədər təbii köçürüb ki, insan özünü hadisələrin içində hiss edir. Bu canlılıq oxucunun üzünə gah şirin gülümsəmə qondurur, gah da fərqli kədər bəxş edir. Yenə sevə-sevə oxuduğum, maraqlı bir Salam Qədirzadə kitabı oldu. Hər zaman dediyim kimi - "Xan Nəşriyyatı"nın bu seriya üçün hazırladığı üzlüklər möhtəşəmdir. Kənardan baxanda insanı cəlb edir, rəsmən kitab "məni oxu" deyir. Yazıçının qələmində belə bir xüsusiyyət var - demək istədiyi fikri və ya səhnəni üstüörtülü, amma çox anlaşıqlı çatdırır. Bəlkə hər oxucu birdən-birə anlamaz, amma başa düşəndə ayrı zövq verir. Müəllif səhnəni açıq yaza bilərdi, amma yazmayıb hər şeyi oxucunun ixtiyarına buraxır. Bu da Salam Qədirzadə qələminin özünəməxsus sirdir. Sevgini, eşqi şirin sözlərlə elə ifadə edir ki, oxuduqca insana çox xoş gəlir. Baş obraz Əkrəmin həyatı mənə çox təsir etdi və mənim üçün unudulmaz obrazlardan birinə çevrildi. Məncə, yazıçının ən təsirli, dramatik əsəri budur. Əkrəmin yaşadıqlarını oxuduqca insan sağlamlığının - əlinin, ayağının, gözünün qədrini bilməli olduğunu düşünür. Hər şeyimiz yerindədirsə şükür etməli, yerində deyilsə də "Allahın bir bildiyi var" deyib qane olmağı bacarmalıyıq. Qadın və qadın gözəlliyi böyük qüvvədir. Nə mənada dediyimi anlamaq üçün kitabı oxumaq lazımdır. Kitabda deyildiyi kimi: "Qadın gözəlliyi gənclik üçün hörümçək toruna oxşar tilsimdir". Çox gözəl cümlədir. Digər tərəfdən, hər şeyə kor-koranə inanmağı qəbul edə bilmirəm. İnsan bir az
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2024321 okunma
Puan vermedi·168 syf.··
2026 14. kitabı
·
2 saatte okudu
·
Okunma: 24 Mayıs 2026 16:13
Müəllifdən oxuduğum ilk kitab idi. Amin bəyin qələmi ilə bu kitab vasitəsi ilə tanış olmağım məni şad etdi. Kitabları müasir dövrlə, düşüncələrimlə sintez etməyi sevir və kitabı sevib-sevməməyimlə əlaqəli qərarımı məhz bu şəkildə verirəm. Azeli, düşüncələrini, onun sevgisini çox sevdim. Oxunmalı olan kitablardan olduğunu düşünürəm.
AzelAmin Oruc · Simurq Nəşriyyatı · 202288 okunma
Reklam
Puan vermedi·168 syf.··
2026 19. kitabı
Oruc Amin – “Azel” Müəllifdən artıq üçüncü kitabı oxuyuram. Yazıçı daha çox nağıl tərzinə üstünlük versə də, bu kitablar sadəcə uşaqlar üçün deyil məncə. Mən deyərdim ki, kitabların hər üçündə də böyüklərin də görüb-götürəcəyi, öyrənəcəyi çox şeylər var. Hər üç kitabda da hiss etdiyim ortaq cəhət odur ki, müəllif dostluq, sədaqət və sadiqlik mövzularını çox gözəl qələmə alır. "Azel" kitabında hadisələr həşəratların dilindən danışılsa da, oxuduqca öz həyatından, öz dostlarından nəsə tapırsan. İki parabüzənin - Azel və Gülcənin arasındakı o bağlılıq, bir-birini nəyin bahasına olursa-olsun yarı yolda qoymamaları insana qəribə təsir edir. Düşünürsən ki, insanların edə bilmədiklərini həşəratlar edir. Kitabın bəzi hissələrini "Qağayı Conatan Livinqston" kitabına bənzətdim. Oradakı kimi, burada da ümidini itirməmək, xəyalların ardınca getmək və ətrafın mənfi rəylərinə qulaq asmadan öz yolunla davam etmək fikri irəli sürülmüşdü. Bu kitabı həqiqi dostluğu yaşayan, içində o hissləri layiqincə daşıyan hər kəsə tövsiyə edirəm. Çox axıcı və gülümsəyərək oxuyacağınız bir kitabdır. Yazıçıya bir daha uğurlar arzu edirəm, növbəti kitablarını da mütləq oxuyacam..
1000Kitap
AzelAmin Oruc · Simurq Nəşriyyatı · 202288 okunma
Puan vermedi·72 syf.··
2026 23. kitabı
Akşin Xəyal – "Elianora" "Elianora" müəllifdən oxuduğum ikinci kitabdır. İlk əsərini çox bəyənmişdim, bu da məni yanıltmadı. Cəmi 72 səhifəlik kiçik bir hekayə olsa da, elə bil bir saata bütün müharibə ab-havasını yaşayırsan. Hekayə Şahin adlı bir oğlanın müharibədə yaralanması ilə başlayır, sağ qalması üçün nələr edəcəyi ilə davam edir və biz də hər şeyi elə onun öz dilindən oxuyuruq. Yazıçı müharibənin kənardan göründüyü kimi sadə bir şey olmadığını, əslində necə ağır bir travma və qorxulu bir oyun olduğunu çox real canlandırıb. Müharibənin insandan nələri qopardığını, yerinə isə nələri qoyduğunu anlamaq üçün bu 72 səhifə bəs edir. Məni ən çox düşündürən məqam isə "insanın geridə qoyduqlarını bircə dəfə də olsun görə bilmək ümidi ilə heyatda qalmaq üçün nələr edə biləcəyi" oldu. "Elianora" açıq şəkildə mübarizənin nə olduğunu danışır bizə. Eyni zamanda, cəbhədə çiyin-çiyinə vuruşan əsgərlərin bir-birinə olan canyanğısı, o ağır şəraitdə belə silahdaşı üçün nələrə hazır olması adamı həqiqətən duyğulandırır. Uzun sözün qısası, çox vaxtınızı almayacaq, amma sizi düşündürəcək bir kitabdır. Müharibənin amansızlığını və o mühitdə olan insanların daxili dünyasını hiss etmək istəyənlərə tövsiyə edirəm. Yazıçıya bir daha uğurlar arzu edirəm, növbəti kitablarını gözləyəcəm Akşin Xəyal
1000Kitap
ElianoraAkşin Xəyal · Portuqa Nəşriyyatı · 20255 okunma
Puan vermedi·128 syf.··
2026 12. kitabı
·
4 saatte okudu
·
Okunma: 03 Mayıs 2026 21:21
Salam, bu gün sizinlə Stefan Zweigin "Şahmat" əsərinin təhlilini bölüşəcəyəm . Əsərdə baş obrazın ağır psixoloji vəziyyəti çox aydın şəkildə işlənmişdir. Əsər insanlara tətbiq edilən mənəvi, psixoloji əzabın necə ağır bir əzab olduğu əks olunub. Bəzən psixoloji əzab elə ağır olur ki, fiziki əzab onun yanında heç nədir. Əsər də sırf bu psixoloji əzabın, insan beyninin nələrə qadir olduğunu görmək üçün çox yaxşı mənbədir. Əsərdə baş obraz Dr B-dir. Bu obraz nasist düşərgəsində əzab çəkir. Amma fiziki əzablar yox, mənəvi, psixoloji əzablar çəkir. Oxuyan insanı, düşünən beyni məhv etmək üçün ən yaxşı əzab psixoloji şiddətdir. Bu obrazı da tək olacağı, heç bir insanla ünsiyyət qura bilməyəcəyini bir həbsxanaya həbs edirlər. Əlinə təsadüfən keçən bir şahmat kitabını dəfələrlə oxuyur. O öz əsarətindən mənəvi cəhətdən xilas olur, amma şahmatın əsarətinə düşür. Onun bu əsarəti onu dəli edir. O qədər öz dünyasına çəkilir ki, artıq həbsxanada olanda belə öz-özünə iki insanla oynayırmış kimi oynayır. Heç şahmat daşları belə olmur, amma o xəyalında oynayır. Bu onun şəxsiyyət parçalanmasını çox gözəl əks etdirir. Əsərdə digər bir əsas obraz Çentoviç obrazıdır. Bu obraz şahmat çempionudur. Özü şahmat oyununu o qədər yaxşı bilir ki, bu artıq onun üçün mexaniki bir prosesdir. Oyun oynayarkən robot kimi oynayır. Dr B ilə də əsas fərqi budur. Çentoviç alışıb buna, illərdir bu şahmat oyunu ilə məşğuldur. Dr B isə oyuna məcbur qalır, xilas olmaq üçün bağlanır oyuna. Dr B daha çox duyğusal yanaşır oyuna. Əsərdə insan düşüncəsi, zehni fəaliyyəti çox gözəl işləmişdir. Müəllifdən oxuduğum ikinci kitab idi. Çox bəyəndim. Oxumağınızı tövsiyə edirəm .
ŞahmatStefan Zweig · Parlaq İmzalar Nəşriyyatı · 2020279,4bin okunma
8/10
·161 syf.··
2026 13. kitabı
Müəllifdən oxuduğum 3-cü kitabdır. Sözlərinə bəstələnmiş bir neçə mahnını bilirdim. Bu kitabı oxuyanda bilmədiyim mahnılarla da tanış oldum. Sonda olan bir neçə şeiri qədim sözləri anlamadığım üçün oxuya bilmədim, ancaq bu kitabı bəyənmədim demək deyil. Gözəl kitabdır.
1000Kitap
Bütün ŞiirleriSabahattin Ali · Yapı Kredi Yayınları · 201927,5bin okunma
Reklam
Reklam