Bir gün ölüm yox olsa, kimsə ölməsə, görəsən, dünyada nələr, hansı ağlagəlməz çaxnaşmalar baş verərdi? Ölüm mükafatdırmı? İnsan ölümə görə Tanrıya minnətdar olmalıdırmı? Niyə heç kəs ölmək istəmir? İnsan hansı səbəbdən ölümünü təsəvvür edə bilmir? Ölümün qaçılmaz olması insanın xarakterində, mahiyyətində hansı keyfiyyətləri yaradır? Əgər hansısa yollarla ölümdən qaçmaq mümkün olsaydı, həyat, ölümdən xilas yarışına çevrilməzdimi? İnsan bir ay, bir həftə öncə öləcəyini bilsəydi, özünü necə aparardı?