Habil Yaşar, “Ədəbiyyat və incəsənət” Qardaş Türkiyə ədibləri ilə müsahibələrimiz davam etməkdədir. Bu dəfə sizləri Türkiyədə öz qələmi ilə adından söz etdirən Yıldız Tek Gamlı xanımla tanış edəcəyəm. Buyurub oxuya bilərsiniz… -Salam Yıldız xanım ! Necəsiniz? Zəhmət olmasa öncə azərbaycanlı oxuculara özünüz haqqında məlumat verərdiniz. -Salam, mən uşaq hekayələri yazıçısıyam və eyni zamanda keçmiş pedaqoqam, baxmayaraq ki, hazırda aktiv vəzifədə deyiləm. Ankarada doğulmuşam, böyümüşəm və oxumuşam. Əslən Nevşehirdənəm. Hazırda Bursada yaşayıram. Mühasibat uçotu, Xəstəxana menecmenti, Səhiyyə menecmenti, Uşaq inkişafı üzrə təhsil almışam. Hazırda Arxeologiya fakültəsinin ikinci kurs tələbəsiyəm. İngilis və bir az da alman dilini bilirəm. Həyatım boyu öyrənməyə və öyrətməyə davam edirəm. -Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı. -Özümü tanıyandan oxumağı, yeni insanlar və dünyalar tanımağı sevirəm. Orta məktəb illərində hər bir yeniyetmə kimi mən də üsyankar şeir və esselər yazmağa başladım. Oxuduqca, böyüdükcə yazılarım, dünyaya baxışım dəyişdi. Xərçənglə rəqs edərkən həyatın çox da uzun olmadığını anladım və gələcəyi əmanət edəcəyimiz uşaqlara çatmaq istədim. -Əsərləriniz haqqında məlumat verə bilərsinizmi? -Çıxdığım yolda müxtəlif yaş qrupları üçün 11 kitabım və jurnalda bir köşəm var. Yaşadıqca yazmağa davam etməyi planlaşdırıram. “Gökçe və Göksu” seriyası 7 kitabdan ibarətdir. Onların hər biri 3-6 yaş qrupunda olan uşaqlara sevməyi, özünü sevməyi, paylaşmağı, bir-birinə kömək etməyi, fərqli olanlara hörmət etməyi, təbiəti, heyvanları və ətraf mühiti qorumağı öyrətmək məqsədi daşıyan sadə, axıcı hekayələrdən ibarətdir. “Cemil Han'ın Maceraları” xüsusilə kitab oxumağı sevməyən, qızların da həvəslə oxuduğu 9 yaşdan
Edebiyat
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Hörmət və Dəyər
Mənim bir neçə həyat fəlsəfəm var. Bunlardan biri də, heç kimə vəzifəsinə, işlədiyi yerə, geyiminə, maşınına, qazandığı pulların məbləğinə və bu kimi şeylərə görə dəyər verməmək, əksinə, onun Şəxsiyyətinə, İnsanlığına, Dürüstlüyünə və bu kimi keyfiyyətlərinə görə dəyər vermək! Bunu da işlədiyim, getdiyim hər bir yerdə, kollektivdə demişəm. Buna inanmayanlar da olub, inananlar da. Bu günə qədər çox Menecerləri, Direktorları, Supervayzerləri, şirkət Rəhbərlərini, Mühafizəçi yoldaşlarımın bir çoxunu, Növbə Rəislərini, Xidmət Rəislərini və digər vəzifələrdə işləyən bir çox İnsanları silmişəm! Hansı ki, bir zamanlar onların bir sözü ilə az qala dünyaya meydan oxuyurdum, dağı yerindən oynadırdım. Təbii ki, bəlkə də bunun onlar üçün heç bir əhəmiyyəti yoxdur, necə ki, onların da artıq mənim üçün heç bir əhəmiyyətləri olmadıqları kimi?! Mən dəyər verdiklərimi sahiblənirəm, dəyərdən düşənlər isə əhəmiyyətsiz kimsələr olurlar! Bu inanmayanlar, sonda dediklərimin söz yığınağı olmadığını, ciddi və iddialı olduğumu anlayırlar, ancaq sonrakı peşmançılıq fayda verməz! Əgər həmin İnsanlar bütün körpüləri özləri yandırıb və bütün dəyərləri özləri məhv ediblər isə, sonrakı peşmançılığın nə faydası? Dəyər qazanmağa çalışın, istifadə etməyə deyil! Nə edirsiniz isə edin bu həyatda, amma unutmayın ki, etdikləriniz mütləq qarşınıza çıxacaq! Mənim qarşıma çıxıb, çıxır və çıxacaq da, həmçinin sizin də qarşınıza çıxacaq, sadəcə geci-tezi var. Vay o günə ki, pisliklərinizin cəzası bu dünyada verilməsin, o biri dünyaya saxlanılsın. Baxın o zaman, sözün əsl mənasında, eşşəyiniz öldü!
Felsefe-Düşünce
Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub:
Hörmətli müəllim, oğlumu sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Amma hər alçağa qarşı bir qəhrəman, şəxsi mənafeyini güdən siyasətçiyə qarşı isə özünü ölkəsinə fəda etmiş bir lider mütləq var. Hər düşmənin əvəzinə bir dost mütləq var. Vaxtınızı alacaq, bilirəm, amma imkan olsa, ona öyrədin ki, qazanılan bir dollar, tapılan beş dollardan daha dəyərlidir. İtirməyi də öyrədin ona, həm də qazanmaqdan həzz almağı. Onu qısqanclıqdan uzağa yönəldin. Ona səssiz gülüşün sirlərini öyrədin. Qoyun, zorakılığın zahirən qalib olduğunu öyrənsin. Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir şey olduğunu öyrədin. Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin. Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir.  Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin. Hamı bir-birindən yapışıb gedəndə, kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma. Bütün insanlara qulaq asmağı, qulaq asdıqlarını həqiqət ələyindən keçirib, ancaq yaxşıları özünə götürməyi, bacarsanız, kədərlənəndə belə necə gülə biləcəyini öyrədin ona. Ağlamağın utandırıcı bir şey olmadığını, gücünü və beynini ən yüksək qiymət təklif edənə satmağı, ancaq ürəyinə və ruhuna qiymət etiketi qoymamağı, ulayan insan kütləsinə qulaqlarını tıxamasını və əgər özünün haqlı olduğuna inanırsa, dimdik dayanıb mübarizə aparmağı öyrədin ona. Ona qarşı mehriban olun, amma qucaqlamayın. Çünki ancaq odun qığılcımı poladı saflaşdırır. Qoyun, səbirsiz olacaq qədər cəsarətə sahib olsun. Qoyun, cəsur olacaq qədər səbri olsun. Ona həmişə özünə inanmağı öyrədin. Beləcə bəşəriyyətə də inamı daim olacaq. Bu, böyük
A.Linkolnun oğlunun müəlliminə yazdığı məktub
Hörmətli müəllim. Oğlumu sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. — Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Amma hər alçağa qarşı bir qəhrəman, şəxsi mənafeyini güdən siyasətçiyə qarşı isə özünü ölkəsinə fəda etmiş bir lider mütləq var. — Hər düşmənin əvəzinə bir dost mütləq var. Vaxtınızı alacaq, bilirəm, amma imkan olsa, ona öyrədin ki, qazanılan bir dollar, tapılan 5 dollardan daha dəyərlidir. —İtirməyi də öyrədin ona, həm də qazanmaqdan həzz almağı. — Onu qısqanclıqdan uzağa yönəldin. — Ona səssiz gülüşün sirlərini öyrədin. — Qoyun, zorakılığın zahirən qalib olduğunu öyrənsin. — Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir şey olduğunu öyrədin. — Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin. — Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir. — Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, Nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin. — Hamı bir-birindən yapışıb gedəndə, kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma. — Bütün insanlara qulaq asmağı, Qulaq asdıqlarını həqiqət ələyindən keçirib, ancaq yaxşıları özünə götürməyi, Bacarsanız, kədərlənəndə belə necə gülə biləcəyini öyrədin ona. — Ağlamağın utandırıcı bir şey olmadığını, gücünü və beynini ən yüksək qiymət təklif edənə satmağı, ancaq ürəyinə və ruhuna qiymət etiketi qoymamağı, ulayan insan kütləsinə qulaqlarını tıxamasını, Və əgər özünün haqlı olduğuna inanırsa, dimdik dayanıb mübarizə aparmağı öyrədin ona. — Ona qarşı mehriban olun, amma qucaqlamayın. Çünki ancaq odun qığılcımı poladı saflaşdırır. — Qoyun, səbirsiz olacaq qədər cəsarətə sahib olsun. Qoyun, cəsur olacaq qədər səbri olsun. — Ona həmişə: Özünə inanmağı öyrədin.
İntihar...
Son günlərdə Azərbaycanda artan intiharlara görə "Libraff" mağazası gözəl bir addım atıb. Mağazalara yaxınlaşaraq "Mett Heyq - Sağ Qalmaq üçün Səbəblər" adlı kitabını pulsuz əldə edə bilərsiniz. Unutmayın, intihar çıxış yolu deyil. Qarşısını sadəcə siz ala bilərsiniz. Əgər özünüzdə psixoloji olaraq zəiflik hiss edirsinizsə, mütləq oxumağınızı tövsiyə edəcəyim bir kitabdır. Salamat qalın, özünüzə yaxşı baxın.
İntihar