Fobiya- Wulf Dorn kitab tehlili
Puan vermedi·436 syf.··
2026 3. kitabı
·
31 günde okudu
·
Okunma: 02 Mayıs 2026 18:39
Wulf Dorn – "Fobiya" Kitab haqqında fikirlərim bir az qarışıqdır. Bir tərəfdən o qədər axıcı idi ki, hadisələrin gərginliyi adamı buraxmır, amma sonuna gələndə sanki nəsə yarım qaldı... Müəllif sanki hekayəni tam bağlamadı, daha fərqli bir nöqtə qoya bilərdi deyə düşünürəm. Amma Saranın yaşadığı o ağır travmalar, özünü itirmə qorxusu və sonda hər şeyə rəğmən ayağa qalxması çox təsirli idi. Bəzən insan həyatın həqiqətən nə olduğunu anlamaq üçün şəkillərdə də altını cızdığım kimi "ağır zərbələr" almalı olur. Saranın aldığı bu dərs bəlkə də onun üçün ən ağır sınaq idi, amma həm də yeni, daha güclü bir həyata başlamasına kömək etdi. Bu tərəfi mənim üçün çox gözəl və mənalı bir mesaj oldu. Şəkillərdəki sətirlərə mütləq baxın: "İnsanların çoxu həyatlarının dəyərini ancaq sona yaxınlaşarkən anlayır." Həqiqətən də elədir, bəzən xoşbəxtlikləri ayağımızın altına alıb tapdalayırıq, fərqinə belə varmadan... Ümumilikdə maraqlı bir təcrübə idi. Bəlkə sonu tam istədiyim kimi bitmədi, amma içindəki o psixoloji təhlillər və altı cızılacaq cümlələr üçün oxumağa dəyərdi. Kitabı 8/10 kimi qiymətləndirirəm. Fobiya Wulf Dorn
1000Kitap
FobiyaWulf Dorn · Yay Kitab · 20214,847 okunma
İslam!
10/10
·208 syf.··
Beğendi
·
2024 12. kitabı
·
15 günde okudu
·
Okunma: 22 Temmuz 2024 23:31
Kitabın 47ci səhifəsindəyəm. Oxuduqlarım o qədər təsir etdiki fikirlərimi tez bir zamanda paylaşmaq istədim. Hər cümləni oxuduqca daha çox utandım. Nədənmi? Ətrafımdan utanıram, yaşadığım dövrdən utanıram... Elə insanlar, elə hadisələr görürəmki həqiətən utanıram. Allahım biz sənin qarşına necə çıxacağıq, etdiklərimizin hesabını necə verəcəyik? Bəlkədə yazacaqlarım üçün qınanacam amma izah edəcəm artıq anlamaq istəyən anlayar. Nəzərdə tutduqlarım hər kəsə aid deyil əlbəttəki əxlaqını qoruyan insanlar çoxdur Allah saylarını artırsın İnşallah. İnsanlar müasirləşməklə əxlaqsızlığı səhv salıblar. Sosial medyaya baxılası deyil. Yarı çılpaq qadınlar, yoldaşlarıyla, sevgililəriylə aralarında olan şəxsi, məhrəm münasibətləri paylaşanlar, söyüş söyənlər, lgbt üzvləri(onları vücudlarında olan problemlərə görə qınamıram sadəcə o problemlə başa çıxmaq əvəsinə ondan istifadə edərək insanlara pis örnək olmalarını qınayıram). Həqiqətən bu dövr üçün gözlərini zinadan qorumağı bacaranlar çox dəyərlidirlər. Bunlara yol açanlar kimlərdir? Saylarını artıran, məşhur edən kimlərdir? Bəli bizlər... Sırf bir neçə dəqiqə gülüb, əylənəcəyik deyə məşhur edirik onları. Müasirlik budurmu? Mən müasirliyi elm və texnikanın inkişafında, yeni kəşflərdə, tibbin inkişafında vəs. görürəm. Tez-tez qarşıma çıxan paylaşımlardan biridə "avropada marsa uçurlar(robot yaradırlar, tibb inkişaf edir...) müsəlmanlar təsəttür, dəstəmaz, namaz vəs. söhbəti aparırlar hələdə. Cahillik görürlər inancımızı və bir çox islamdan xəbəri olmayan müsəlmanlarda onlara haqq qazandırır, dediklərini bir növ təsdiq edirlər. Qeyd edimki müsəlmanların elə bir dövrü var idiki müasir elmin bir çox əsaslarını məhz onlar qoymuşlar. Tarixini araştıran əlbəttəki bunları bilir. Ancaq indi yoxdur. Çünki indi müsəlmanlar çoxdur amma İslamı
Din
İslam'ın Kızınaİhsan Şenocak · Hüküm Kitap · 20165,2bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
7/10
·250 syf.··
2024 1. kitabı
Höte demiş, bütün yazarlar öz yazdıqları əsərlərdə, hətta bəzən özləri istəmədən belə, müəyyən mənada özlərini, öz düşüncələrini, hadisələrə baxışlarını təsvir edirlər. Bu isə bəzilərində tamamilə şüurlu prosesdir. Xüsusən siyasi ədəbiyyatda bu, nəzərəçarpacaq dərəcədə aydın bir reallıqdır. Sən əgər Azərbaycanda siyasətlə maraqlanırsansa, üstəlik geniş oxucu kütləsi olan yazıçısansa, sənin yazdıqların, şübhəsiz ki, söz yığını deyil, ədəbi lokomotivdir. O lokomotiv isə ya şər tərəfə aparır, ya da xeyir tərəfə. Bir ay əvvəl yazıçı Kəramət Böyükçöl Elmlər Akademiyası yaxınlığında “Səs” romanını satarkən ona yaxınlaşan qara geyimli, şərfini gözünə, papağını qaşına kimi çəkmiş gənci tanımadı, amma “Tələbəsən?” sualına təsdiq aldıqdan sonra gülümsəyib kitablardan birini seçdi, həmin gəncə sarı uzadıb “Al, hədiyyəmdir. Oxuyub tənqid edərsən.” dedi və üzünü çevirib yanındakı ağsaqqalla yarımçıq qalmış söhbətinə davam etdi. Bu kitab barədə sosial şəbəkələrdə çoxsaylı təriflər görmüşdüm, amma bir dənə də olsun, tənqidi mühakimə çıxmamışdı qarşıma. Yox, bir əsər bu qədər mükəmməl ola bilməzdi. Bu ya ədəbi hipnoz, ya da, həqiqətən də, xariquladə fenomen idi. Hansına aid olduğunu dəqiqləşdirmək üçün oxumalı idim. Kəramət Böyükçölün əvvəlki əsərlərində bu xalqın elə layiq olduğu şəkildə idarə edildiyi fikrini oxucunun şüuruna yeritməsini çox eşitmişdim. Yaxşı analiz bacarığına malik Facebook istifadəçisi kitabı yox, elə müəllifin Facebook statuslarını oxuyub da müəyyən qədər bu qənaətə gələ bilərdi. Amma dediyim kimi, ədəbiyyat fərqli və ciddi məsələdir. Hökumətlər Facebook statuslarından daha çox ədəbiyyatdan çəkinirlər. Ədəbi əsərdə əksini tapmış ideya şüurlarda kök salıb zamanla cücərə, böyüyüb boy ata və proseslərə yön verə bilər. Odur ki, hökumətlər həmişə ədəbiyyat sahəsini
SəsKəramət Böyükçöl · Kerazon · 202346 okunma
Puan vermedi·96 syf.··
2023 31. kitabı
Sadiq Hidayət-Kor Bayquş kitabının təhlili İlk dəfədir bir kitab təhlilinə necə başlayacağımı bilmirəm.Bu kitabı təhlil etmək üçün mütləq şəkildə yazarını tanımalı,necə bir həyat yaşadığını anlamalıyam deyə düşünürəm.Buna görə də əvvəlcə" Sadiq Hidayət kimdir?" onu deyəcəm. S.Hidayət 1903-cü il fevralın 17-də Tehranda anadan olub və bu şəhərdəki Fransız liseyində təhsil alıb. 1925-ci ildə təhsilini davam etdirmək üçün Avropaya gedib. Bir müddət stomatologiyaya maraq göstərsə də , stomatologiyadan imtina edərək mühəndislik təhsili alıb. Dörd il Fransa və Belçikada olduqdan sonra İrana qayıdıb və qısa müddət ərzində müxtəlif işlərdə çalışıb.Varlı bir ailənin oğlu olmasına baxmayaraq cuzi maaşlı katib vəzifəsində işləyib. İlk hekayələrini Parisdə olarkən yazıb.Sadiq Hidayət İran dili və ədəbiyyatını beynəlxalq müasir ədəbiyyatın bir parçası edən yazıçı hesab olunur . Sonrakı illərdə dövrün ictimai-siyasi problemlərinin təsiri altında İranın tənəzzülünə səbəb kimi gördüyü monarxiya və ruhaniləri tənqid etməyə başlayıb . O, əsərləri ilə bu iki qurumdan sui-istifadənin İran xalqının karlıq və korluğuna səbəb olduğunu göstərməyə çalışmışdır. Sadık Hidayet ən məşhur əsəri 1937-ci ildə Bombeydə nəşr olunan “Kor bayquş” dur .Hidayətin bu əsəri Hindistanda çap olunan zaman 50 ədəd əlyazma nüsxəsi var imiş.Və kitablar üzərində "İranda satışı qadağandır" cümləsi ilə çap edilib.Bu Hidayətin istəyi ilə bu cür olub.Çünki yazıçı kitabının öz ölkəsində qadağan olunacağından əmin imiş.Beləliklə, Hidayət bir dəfə daha həmkarları tərəfindən tənqid atəşinə tutulur.Və tarixə kitabını öz ölkəsində qadağan edən yazıçı kimi qara mizahla yazılır)Siyasi vəziyyətin düzəlməyəcəyini anlayan Hidayət yenidən Parisə qayıdır....Və ölür... İyirmi beş illik dostu Bozorg Alevi onun ölümünü belə izah edir: "
Duygu ve Düşünce
Kör BaykuşSadık Hidayet · Yapı Kredi Yayınları · 202636,7bin okunma
Hər kəsin oxumalı olduğu o kitab..
9/10
·430 syf.··
Beğendi
·
2023 34. kitabı
·
33 saatte okudu
·
Okunma: 16 Kasım 2023 23:03
“Bu kentin ne çatısını aydınlatan ayları sayabilirsin, Ne de duvarlarının gerisine gizlenen bin muhteşem güneşi” Kitabın səhifələrini oxuduğum hər an, həyatıma o qədər şükür etdim ki. Məncə hamımız bir dəfə də olsa naşükürlülük etmişik. Kitab boyu dedim ki, nə həyatlar, nə acılar varmış. Coğrafiya baxımından bir az daha şərqdə doğulsa idim. Hal-hazırda olduğum bu həyata sahip deyildim. Xülasə, əgər kiçik problemləri böyük dərd kimi görürsünüzsə, bu kitabı oxuyun. Kitabın yazıçısına gələcək olarsaq, Khaled Hosseini dən oxuduğum ilk kitabdı. Həqiqətən yazıçı əsəri çox gözəl işləyib. Dili çox anlaşıqlıdır. Və hadisələr o qədər bir-birinə bağlı irəlləyir ki, kitabı əlinizdən buraxmaq istəmir, sonunu görmək istəyirsiniz. Hər kəs Uçurtma Avcısı dan başlamağımı istəyirdi. Amma mən qadın həyatına daha düşgün birisiyəm. Ona görə ilk bu kitabından başladım və çox da sevdim. Kitabın mövzusu isə, bir tərəfdə haram uşağı (harami) adlandırılan, çox kasıb bir daxmada atasından ayrı böyümüş, anasından hər zaman mənfi cümlələr eşitmiş, məktəbə getmək arzusunda olan amma icazə verilməyən, atasına dərin məhəbbətlə bağlı olan, 15 yaşında özündən 25-30 yaş böyük istəmədiyi bir yaşlı kişiynən zorla evləndirilən, çox günahsız, saf, sevgi dolu Məryəm ilə, digər tərəfdə atası müəllim olan, atası və anasının qayğısı ilə böyüyən, məktəbə gedən, tək arzusu univeristet olan, atası tərəfindən sevgi ilə böyüdülən, sevdiyi oğlanla böyüyən Leylanın yollarının kəsişməsini və dostluqlarını oxuyuruq. İki fərqli həyat eyni yolun yolçusu olan Məryəmlə Leylanın acı dolu həyat hekayəsidir. Kitabın başında nə qədər də Məryəmin anasına əsəbləşsək də, kitab boyu görürük ki, necə də haqlı imiş. Anasının o cümləsi hər an ağlımdadır: “Hep kuzeyi gösteren
Hayata Dair
Bin Muhteşem GüneşKhaled Hosseini · Everest Yayınları · 2026119,6bin okunma
Bir S O N daha. Mutlu mu mutsuz mu ona qərar verə bilmədim mən....
9/10
·372 syf.··
Beğendi
·
2023 4. kitabı
·
10 günde okudu
·
Okunma: 24 Ekim 2023 00:00
Uzun zamandır kitab oxuya bilmirdim, daha sonra isə əvvəlki kimi həvəslə kitaba odaklanıb oxuya bilmirdim. Artıq bir kitab qurdu olmadığımı düşünüb üzülürdüm amma elə deyilmiş mən yenə də həmin kitab qurduyam. Bu il həyatımda ən az kitab oxuduğum il olduğunu görəndə tamamilə təəccübləndim bu belə getməz, il bitməmiş daha çox kitab oxumalıyam deyib yenə daldım kitablarla dolu o möhtəşəm dünyama. Oxuduqca yenidən əvvəlki həvəsimi geri qazandım. İnşAllah belə də davam edər... İndi isə keçək kitaba) Corc Oruell hər nə qədər qələmini sevdiyim bir yazar olsa da, ətrafımda kitab sevər hər kəs 1984 kitabını mütləq oxumalısan desə də niyəsə bu kitabı çox siyasi, tarixlə bağlı hesab edirdim, düşünürdüm ki sıxılaram. Düzü başlarda və siyasətlə bağlı bir çox yerində mənə çətin gəlmişdi kitab ama Uinstonun həyat hekayəsini, o dövrlərdə insanların yaşadıqları çətinlikləri, ədalətsizlikləri oxuduqca çox üzülmüşdüm. Sonlara doğru daha çox üzmüşdü kitab məni. Ən çox da kitabda Hakimiyyət nə desə o mütləq elə olmalıdır, yalan da olsa elə qəbul olunmalıdır fikrini vurğulayırdı. Məsələn, 2+2 bəzəm 5, bəzənsə hakimiyyət neçə istəsə o qədər edə bilərmiş. Təəssüf edirəm ki belə baxanda vəziyyət bir az yumşalsa da yenə də demək olar bu fikir olduğu kimi qalıb. Məncə Corc Oruellin hər kitabı kimi bu kitab da hər kəsin kitablığında olmalı, hər kəs oxumalıdı. Oxuduğunuz zaman əsərin başlarında çox sıxılsanız belə davam edin çünki artıq hekayə ilərlədikcə maraqlı gəlir oxuyucuya. Məncə şans verin deyirəm. Bəzən düşünürəm ki Corc Oruell bu qədər qısa olan həyatında belə gözəl əsərlər yazıbsa bir az daha çox yaşasaydı kim bilir daha nələr nələr yazardı... Özünüzə yaxşı baxın kitabla qalın♡
1984George Orwell · Teas Press Nəşriyyatı · 2023200,4bin okunma