Bəla, müharibə kimi dəhşət hesab etdiyimiz işlər belə Yaradanın ədalətsizliyinə, baş verənlərin hikmətsiz olduğuna sübut deyil. Bu dəhşətləri Yaradan deyil, bizim kimi insanlar yaradıb. Mən sənin sadaladığın dəhşətləri gördükcə Yaradanın varlığına əminliyim daha da artır. Əmin oluram ki, bu cür zalımları cəzalandıracaq bir Tanrı mütləq olmalıdır. Onun yaratdığı gözəllikləri dağıdan, çirkinləşdirən günahkarlara layiqli cəzasını verəcək biri mütləq olmalıdır.
Sayfa 125 - Nəşriyyat: Qədim Qala, Obraz: Visam·Kitabı okudu
O, artıq anlamışdı ki, bəzi insanlar öz növündən olan digər insanları heyvan hesab edir və onlarla yola getməyin ən yaxşı üsulu gerçəkdən özünü heyvan kimi aparmaqdan ibarətdir. Təmiz qırxılmış üz və dik baxış şübhə doğurur ki, bunun da sonu cəza ilə qurtarır. Adam qərara gəlmişdi ki, insan zorakı əməl törədəndə öz vicdanının əzab çəkməyinə səbəb olur və buna görə də, o, kimisə mütləq cəzalandırmalıdır
Fikrimcə, bəzi problemləri danışaraq həll etmək mümkün deyil. İnsan mütləq həmin problemlərlə üzləşməlidir. Üzləşdikdə başa düşürsən ki, əslində, ortalıqda qorxulu bir şey yox imiş.