Mütləqqq!!!!
9/10
·132 syf.··
2025 4. kitabı
Cəmiyyətdə baş verən izdihamlardan azad edib hüzur verdiyi qədər, ölümü yada salıb təşvişə salan bir fəlsəfə dili… Oxuduqca varoluşumu davamlı şəkildə düşünməyə vadar edən Marcus dediyi hər cümlədə insan şüuruna yenilik və fərq qatır. Bəzən nəfsani güclərə qapıldığımız zaman əslində bəsit və sadə bir təfəkkürlə yaranan hər bir problemə həll yolu tapmaq olduğunu dəfələrcə vurğulayır əsərin müəllifi…. Təsirləndiyim və özümü əsas qınaq obyektinə çevirdiyim çox nüansla qarşılaşdım. Bu səbəbdən oxusanız olar deyil, oxumalısınız. Bir cəmiyyət, bir şəxsiyyət kimi formalaşmaq üçün buna məcburuq. Bu səbəbdən bunu istək yox ehtiyac kimi görməyinizi çox istərəm…
Kendime DüşüncelerMarcus Aurelius · Türkiye İş Bankası Kültür Yayınları · 202428bin okunma
10/10
·136 syf.··
Beğendi
·
2025 2. kitabı
·
175 günde okudu
·
Okunma: 22 Ocak 2025 18:18
Və növbəti dəyəri hesaba gəlməz olan şəhid həyatını oxudum. Bütün pak şəhidlər kimi bu şəhidin həyatından düzgün şəkildə bəhrələnməklə uca məqamlara yüksəlmək olar ALLAHın iznilə. Həm hərbi sahədə,həm də mənəvi cəhətdən özü üzərində işləyən şəxsiyyətin həyat hekayəsindən bəhs edir. Oxuyanda bir növ insan motivasiya alır, işlərindəki ilahi uğur,Allaha sonsuz bağlılığı bu şəhidin səciyyəvi xüsusiyyətlərindəndir. Həmçinin bu əziz və dəyərli şəhidin məzarının olmaması mənə daha fərqli təsir bağışladı. Hər kəsin mütləqqq şəkildə oxumalı olduğu möhtəşəm bir kitabdır. Allah hər birimizin aqibətini şəhadətlə sonlandırsın inşəAllah
Şəhadət
Eşqin TəcəllasıNəsibə Əbdüləlizadə · 012 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Bu kitab Mükemmell
10/10
·496 syf.··
Beğendi
·
2023 25. kitabı
·
25 saatte okudu
·
Okunma: 15 Temmuz 2023 18:53
İpi̇ Kopuk Kuklalar Almina Taner bu kitab mənim üçün ilin ilk 3 yerinə girər. İlk öncəliklə Almina Taner mənim ənn sevdiyim yazar və youtuberdir. 4 ildən çoxdur ki onu takib edirəm, və mənim kitab oxuma həvəsimi o qazandırıb. Kitab distopik, gənc tərzindədir. Çox basqın olmasa da kitabda sevgi də var ancaq əsas fonda dostluq tutulub. Sonu ilə birlikdə şoka düşdüm və bir an öncə ikinci kitab gəlməlidir! Ən sevdiyim obraz Amber və Bera oldu. Və şok edici bir şey daha: kitabda sevmədiyim heçç bir hissə olmadı, 10/10 mütləqqq bu kitabı oxumalısınız!
2023 Okuma Raporları
İpi Kopuk KuklalarAlmina Taner · Martı Yayınları · 2023461 okunma
Rövşən Abdullaoğlu: "KorAmal"
10/10
·250 syf.··
Beğendi
·
2023 7. kitabı
·
6 günde okudu
·
Okunma: 27 Şubat 2023 00:00
KorAmal - Kor amal. "За родину" şüarının bəzəkli təntənəsi altında nə uğrunda döyüşdüklərini, can verdiklərini bilməyən sadə insanlar. Qırmızı imperiyanın yamaqlı manipulyasiyasına boyun əymiş yuyulmuş beyinlər, xəyanətlər, siyasi oyunlar vəəə bütün bunların qarşısında əyilmədən duruş gətirən Gizli Qəhrəmanlar - Mehdilər, Əliyarlar, Xudayarlar, Albertlər... "Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da" söyləyən yazıçı romanda 1-ci və 2-ci Qarabağ müharibəsini bir-biri ilə əfsanəvi şəkildə sintez edərək seçdiyi qəhrəmanları hələ azad olunmamış Şuşa üçün, Dəmir Yumruq əməliyyatı üçün hazırlayır. Qanlı oraq və çəkicin bir gün mütləq sapından qırılacağını hiss etdiyi, hətta buna əmin olduğunu bilsə də, kapitan yenə də əsir düşdüyü əfqanlara qarşı çıxır, Qırmızı imperiyanın bütün dünyaya sülh və əmin-amanlıq gətirəcəyinə inanır. Qarabağ savaşından bəhs edən, həyatımda oxuduğum ən mükəmməl roman olduğunu dünyaya bağırmaq istəyirəm. Oxuduqca hisslərimə hakim ola bilmədiyim, yeri gələndə səsli gülüb, səsli duyğulandığım, ikinci dəfə oxumağıma rəğmən eyni səhnələrdən təsirləndiyim möhtəşəm romandır. Mütləqqq oxuyunnn.
Kurtuluş Savaşı
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0204 okunma