Monarxiyaların olmadığı bir dövrdə Makiavellinin Hökmdar əsəri nə qədər vacibdir?
Nikolo Makiavelli 15,16- cı əsrlərdə yaşamışdır. Yaşadığı dövrdə öz dövləti də daxil olmaqla monarxiyaların sayı çox idi, və onun “Hökmdar” əsəri həmin dövr üçün olduqca əhəmiyyətli idi. Bəs indi necə, Makiavellinin “ Hökmdar” əsəri nə qədər vacibdir ?
Makiavellini digər filosoflardan fərqləndirən cəhət onun artıq 5 əsrdir ki fikirlərinin heç də birmənalı qarşılanmamasıdır. Makiavellinin sözügedən əsəri işıq üzü gördükdən bəri siyasətdə ikiüzlülüyü, xəyanəti və cəmiyyət içərisində mənfi olaraq qəbul edilən bir neçə xüsusiyyəti təbliğ edir. Bu məşhur intibah dövrü diplomatının yazdıqlarının günümüz üçün nə qədər önəm ərz etdiyini daha yaxşı anlamağımız üçün, gəlin biraz daha təfsilatlı danışaq.
Makiavelli deyir ki; insanlar hökmdar olmaq istəyirlərsə özlərindən qabaq yaşamış dahi şəxsiyyətlərin həyatına baxmalıdırlar, və onlardan ən ləyaqətlilərinin yolu ilə getməlidirlər.İnsanlar öz işlərini talehin hökmünə buraxmamalıdırlar, doğrudur insan bütün həyatını özü idarə edə bilməz amma bunun yarısı yaxud yarıya yaxın bir hissəsi insanın öz əlindədir və Florensiyalı dövlət xadimi bir daha vurğulayır ki, talehin ümidinə daha az bel bağlayanlar daim zəfər çalmışlar. Bu fikrlərin özü nəyinki günümüz üçün, bütün dövrlər üçün keçərli bir haldır, öz işlərini şansa buraxan insanlar və hökmdarlar, gec-tez məğlubiyyətə düçar olacaqlar. Makiavelli daha bir maraqlı mövzuya toxunaraq yazır ki, insanların yaxud xalqların başına pis işlər gəlməli, onlar uzun müddət əziyyət çəkməlidirlər ki, daha sonra xoş gün görsünlər. Makiavelli buna yetəri qədər nümunə göstərir. Bəni-İsrailin Misirdə zülm və əsarət altında yaşaması lazım idi ki, köləlikdən qurtulmaq üçün Musanın arxasınca getməyə razı olsunlar. Romul