Bu kitab sadə görünsə də, içində elə dərin mənalar gizlənib ki, oxuduqca nəfəsin daralır…
Əvvəlcə düşünürdüm ki, bəlkə də bəzi cinayətlər üçün edam cəzası ədalətlidir. Amma bu kitabdan sonra fikrim tam dəyişdi.
Bir insanın, ölümə aparıldığını bilə-bilə, o son günü o çarəsiz gözləntini yaşaması… Bu hissi anlamaq belə ağırdır. Məhkumların düşüncələri, yaşadıqları qorxu, içlərindəki peşmanlıq və susqunluq məni çox sarsıtdı.
İstər kürek cəzası, istər edam hər ikisi də özlüyündə bir əzabdır. Bir tərəf yaşamağı bir cəza kimi görür, digər tərəf ölməyi bir qurtuluş kimi… Amma əslində, hər iki tərəf bir-birinə “şanslı” gözü ilə baxır.
Kitabdakı qəhrəmanın ölümə gedərkən tək düşündüyü isə qızıdır…
Qızının saçına kim sığal çəkəcək?
Ona hər axşam nağıl kim oxuyacaq?
Və ən çox kimə “ata” deyəcək?..
Bu sətirləri oxuyanda göz yaşlarımı saxlaya bilmirdim. Kitabı yolda ağlaya-ağlaya oxuyub bitirdim…
Amma ən təsirli hissə sonudur
Qızının onu tanımaması, atasının “Qərar” kağızını oxuması, danışdığı insanın öz atası olduğunu bilməməsi… Bu səhnə ürəyi parçalayır.
Hər hekayə xoşbəxt sonla bitməz. Bəzən ən böyük dərs, ən acı sonluqda gizlənir…