İçinde yaşadığımız dünyada yasal ve yasadışı tüm zanaatlar arasında yankesicilik en zor, en tehlikeli işlerden biridir, hatta büyük bir çaba gerektirdiğinden neredeyse bir sanat denmeyi bile hak eder….
Mən və yenə Stefan Zweig kitabı…
Məni tanıyanlar bilir ki, mini klassikləri daha çox sevirəm 🩷
Bu kitabı qısa zamanda oxuyub bitirdim. Axıcı olsa da, içində dərin mənalar gizlənir. Kitab bir-birindən maraqlı iki hekayədən ibarətdir.
Birinci hekayə Paris küçələrində baş verən maraqlı bir söhbətdən bəhs edir. Obrazımız uzun müddət sonra öz şəhərinə geri qayıdır, amma dost-tanışlarına zəng etmək əvəzinə küçədə tək oturub özü ilə vaxt keçirməyi üstün tutur. Hekayəmiz də buradan başlayır. Təsadüfən gözünə bir adam dəyir. Onun üstündə köhnə geyimlər, cırıq ayaqqabı var. İlk baxışda detektiv və ya polis olduğunu düşünür, amma elə deyil. Çünki oğru olması sanki üzünə yazılıb. Obrazımızın içində ona qarşı mərhəmət hissi baş qaldırır, kömək etmək istəyir. Amma nəticədə bu yaxşılıq cəhdi onu hüsrana uğradır…
İkinci hekayə isə sevgini hər gün bir başqasının yanında axtaran qadından bəhs edir. Burada qısa, amma dərin mənalı bir sevgi hekayəsi təqdim olunur: gənc biriylə yaşadığı münasibət qısamüddətli olsa da, çox düşündürücüdür…