Sizə gənc yazar Bəhram Əhmədin “Vorkuta əkizləri” kitabından bəhs etmək istəyirəm.
Əsər gənc polis Viktor İvanovun Moskvadan Vorkutaya sürgün olunması ilə başlayır. Viktor Vorkutaya çatar-çatmaz ard-arda cinayət hadisələri baş verir və baş qəhrəmanımız bu hadisələrin üstünü açmaq üçün əlindən gələni edir.
Kitab axıcı və başa düşülən dildə yazılıb. Obrazlar isə sanki xüsusi seçilib hər biri öz yerində və inandırıcıdır. Ən çox Mixaylov obrazına üzüldüm…
Amma kitabın sonluğu məni açıq-aşkar şoka saldı. Qatil heç düşünmədiyim biri çıxdı. Kitab mənə əsl tərs köşə etdi
Məncə bu hekayənin ikinci hissəsi mütləq olmalıdır.
Gənc yazara uğurlar arzulayıram
Əgər bütün insanlar hər axşam yatmazdan əvvəl gün ərzindəki əməllərini xatırlayıb,onların yaxşı və pisinə qiymət versəydilər,necə də xeyirxah və gözəl olardılar. Onda istər-istəməz gündən-günə yaxşılığa doğru gedib axırda nəsə əhəmiyyətli bir şeyə nail olacaqsan…