fromnarm

fromnarm
@narmhabil
Puan vermedi·143 syf.··
2020 45. kitabı
·
4 günde okudu
·
Okunma: 26 Aralık 2020 11:09
“İnsanlarla siçanlar heç vaxt xəyallarını reallaşdıra bilməzlər.” –Robert Burns, Danimarka şairi ⠀ George və Lennie. İstər fiziki, istərsə də əqli cəhətdən bir-birinə zidd iki insan. George çəlimsiz, zəif amma ağıllıdır. Lennie tam əksi, canlı-cüssəli lakin gücünün fərqində olmayan biridir, biraz da əqli geriliyi var. George hər dəfə yeni işlər tapır amma Lennie necəsə başlarına iş açır və ordan ayrılmalı olurlar. İkisi də ortaq xəyallarını gerçəkləşdirmək üçün çox çalışırlar. Özlərinə aid, heç kimin onlara qarışa bilmədiyi torpaq sahəsinə sahib olmaq. Təbii ki, bir neçə dovşanları olacaq. Çünki Lennienin yumuşaq şeyləri sığallamaq kimi qəribə bir xasiyyəti var, dovşanlar, siçanlar kimi. Amma gücünü idarə edə biləcək ağıla sahib olmadığına görə çox vaxt onları öldürür. ⠀ Sənaye inqilabından əvvəl fiziki güç dünyada daha üstün idi. İnqilabdan sonra ağıl fiziki güc üzərində üstünlüyə sahib oldu. Düşünsək ki, George ağılı, Lennie fiziki gücü təmsil edir. Kitabın sonunda da ağıl fiziki gücə “qalib gəlir”.
Fareler ve İnsanlarJohn Steinbeck · Varlık Yayınları · 1995211,7bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·112 syf.··
2019 4. kitabı
Əgər kitab oxumağa yeni başlamısınızsa, sizə bu kitabı oxumağı tövsiyyə etmirəm. Kitabın ilk cümləsində belə Santiagonun öləcəyi bəllidir, Pablo və Pedro qardaşları Santiagonu öldürəcəklərini hər kəsə bildirsələr də, heç kim onları dayandırmağa çalışmır. Sude çelik –nin bu kitab haqqında olan videosunda dediyi kimi “toplumun işlədiyi bir cinayətin hekayəsidir”.Əsəri mənim üçün çətinləşdirən obrazların çoxluğu oldu. Ən əsası bu kitabı oxuyanda uzun fasilələr verməyin , dediyim kimi adlar çox olduğundan tez yaddan çıxır. Kitab oxuma alışqanlığınız varsa, mütləq oxuyun.
Kırmızı PazartesiGabriel Garcia Marquez · Can Yayınları · 202595,4bin okunma
10/10
·184 syf.··
Beğendi
·
2020 14. kitabı
·
“Tanrım! Neden hayat bazıları için bu kadar zor?” Fikrimcə bu kitabı oxumaq üçün çox gecikmişəm. Kitabın əvvəlləri biraz sıxıcı gələ bilər amma davam etsəniz necə möhtəşəm olduğunu görəcəksiniz. Kitab dayanmadan nadinclik edib böyüklər tərəfindən daima döyülən Zezenin həyatından bəhs edir. Zeze demək olar ki, hər şeyi özü tək başına öyrənir, hətta oxumağı da. Bu kitabı oxuyanda yaşına görə təxəyyülü çox geniş uşağın gözündən dünyaya baxmış olacaqsınız. Atasının işləri pisləşdiyindən başqa evə köçməli olurlar. Orada Zezenin bacılarının hərəsi özünə böyük ağac sahiblənir və Zezeyə arxa bağçadakı kiçik portağal fidanından başqa heç nə qalmır. Zeze əvvəl bu vəziyyətdən narazı olsa da, zaman keçdikcə bu portağal fidanı Minguinho Zezenin ən yaxın sirdaşına çevrilir. Əsas hadisələr Zezenin Portugaya qarşı olan önyarğılarını aşdıqdan sonra baş verir. “Şimdi acının ne olduğunu gerçekten biliyorum. Ayağını bir cam parçasıyla kesmek ve eczanede dikiş atdırmak değildi bu. Acı, insanın birlikte ölmesi gereken bir şeydi. Kollarda, başta en ufak güç bırakmayan, yastıkta kafayı bir yandan öbür yana çevirme cesaretini bile yok eden şeydi.”
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022275,3bin okunma
8/10
·448 syf.··
Beğendi
·
2020 8. kitabı
Ən yaxın dostlarımdan biri demişdi ki, Amerikanın indiki vəziyyəti bizim hardasa 200 il sonraki vəziyyətimizdir. Əvvəllər bu fikrin həqiqəti əks etdirdiyini düşünürdüm. O zaman sadəcə bu fikrə bir prespektivdən: mentalitet cəhətdən yanaşırdım. Əslində bu belə deyil. ⠀ Roman Amerikanının Alabama əyalətində keçir amma bəhs edilən mövzu daha doğrusu problem isə bütün dünyaya aiddir. İnsanlar arasındakı sinif fərqi, cinsi, irqi ayrı-seçkilik və başqa problemlər balaca qızın dilindən danışılır. Kitabın ən gözəl tərəflərindən biri də elə onun uşağın dilindən danışılmasıdır. Ən saf halı ilə. Çünki insanlara ayrı-seçkilik içində olduğu mühit tərəfindən öyrədilir, anadangəlmə deyil. Dünyada hamımız bir arada yaşayırıq amma niyə birimiz digərimizi olduğu kimi qəbullana bilmirik? ⠀ “-Mister Reymond, niyə ağlamalıyam? + Ona görə ki, insanlar özləri də hiss etmədən bir-birini incidirlər. Ona görə ki, ağlar dərisi rənglilərə əzab-əziyyət verirlər, düşünmürlər ki, onlar da adamdırlar.” ⠀ Doğulduğumuz yeri, valideynlərimizi, cinsiyyətimizi, dərimizin rəngini– bunlardan hansını özümüz seçə bilərik? Bunların seçimi insanın öz əlində olmamasına baxmayaraq biri niyə bu “kriteriyalara” görə özünü digərindən üstün görür? Yaşadığımız həyatın nə qədəri tamamilə bizim seçimlərimizdən asılıdır? İndi siz təsəvvür edin, Amerikada doğulmusunuz. Amma amerikalı deyilsiniz, qara irqin nümayəndəsisiniz. ⠀ “Topluma bağlı olmayan tək şey insanın vicdanıdır.” ⠀ Attikus vəkildir və iki övladıyla Alabamada yaşayır. Kitabın əvvəllərində Alabamadakı həyatın necə olduğundan, Attikusun uzun müddətdir üstündə çalışdığı işdən və cəmiyyətin bu haqdakı fikirlərindən bəhs edilir. Kitabın ən gözəl tərəflərindən digəri isə Attikusun uşaqlarını ən doğru şəkildə böyütməyə çalışmasıdır. Uşaqlara empatiya öyrətməyin,
Edebiyat
Bülbülü ÖldürməkHarper Lee · Bakumoz Nəşriyyatı · 201788,7bin okunma
10/10
·72 syf.··
Beğendi
·
2020 10. kitabı
Ming Grand oteldə təmizlik işləri görür və bu zaman əsərin adını bilmədiyimiz qəhrəmanı ilə tanış olur. Təsadüfən həmsöhbət olurlar və məlum olur ki, Mingin 10 uşağı var. Amma belə bir şey mümkün deyil, çünki Çində yalnız 1 uşaq dünyaya gətirməyə icazə verilir. Qəhrəmanımız əvvəllər Mingin onu ələ saldığını düşünərək ona əsəbləşsə də, sonradan onun söhbətlərinə bağlanır və hər vaxt boş vaxtı olanda, Mingin yanına gedir. Hər görüşdə bir fərqli uşağın hekayəsi danışılır. Çox qısa olduğu üçün bir dəfəyə rahat oxuyub bitirə bilərsiniz.
Bayan Ming'in Hiç Olmayan On ÇocuğuEric Emmanuel Schmitt · Doğan Kitap · 20257,4bin okunma