"İnsanlar şehir gibiydi. Bazı kötü yönleri var diye bütün şehirden nefret etmezdiniz. Sevmediğiniz yanları, birkaç tane tehlikeli ara sokağı ve mahallesi olabilirdi ama bir şehri yaşanır kılan şey iyi yönleriydi."
Stefan ZweigXəyalə Ağayeva məsləhəti ilə bu kitabı oxudum və bir daha təşəkkürlərimi bildirirəm.
Zweigin qələmiylə öncədən tanış idim və yeganə 2-3 yazıçıdan biridir ki, tərəddüd etmədən kitablarını oxumağa başlayıram. Hər kitabında olduğu kimi bunda da önəmli bir mövzuya toxunulub.
Həddən ziyadə sevmək, sevilərək egoistləşmək və sərhədsiz sevgidən insanın bezməsi. Bu üç məsələ çox gözəl şəkildə vurğulanıb. Sevginin də bir həddi olmalıdır. Bu iki tərəf üçün də lazım olan bir amildi, çünki çox sevilən insan bundan boğula bilər. Və ya mənəviyyatsız biri özünü dağın başına qaldırar və sənin ondan asılı olduğun düşüncəsinə qapılar. Düşünmürəm ki, heyvan hisslərini göstərmək üçün it obrazı yaradıb Zweig. Əlbəttə hər bir oxucu bir cür qəbul edir bunu. Məncə elə bu cür insanların özündə heyvandan fərqsiz olduğu düşüncəsiylə yazıb yazıçımız.
İnsanlar qədirbilməzdi, buna görə də sevdiyin zaman belə bütün varlığını gərək ona həsr etməyəsən. O muydu?