Nəimi

Nəimi
@neimi2000
Hacızadə15》♡ Şübhesiz namaz, Allaha derinden saygı duyanlardan başkasına ağır gelir.
Müəllim
Hüquq
04.04
50 kütüphaneci puanı
497 okur puanı
Mart 2022 tarihinde katıldı
"Darmadağın" tezliklə rəflərdə...
"Qarmaqarışıq"( I hissə ) kitabını oxumaq istəyənlər ödənişsiz şəkildə pdf'ini əldə edə bilərlər. Qarmaqarışıq Nəimi
Reklam
Uzun zaman sonra hər kəsə salam...
"Qarmaqarışıq"ı artıq hər kəs tam rəsmi pdf formasında əldə edə biləcək. İstəyən şəxslər bu postun altında rəy yaza bilər. "Darmadağın"... İkinci kitab isə gecikdi, bunun üçün hər birinizdən üzr istəyirəm. Sadəcə nəşriyyatdakı texniki problemlər qarşımı kəsdi. Amma Şükürlər olsun ki, artıq nəşr olunub və bu günlərdə əksər kitab evlərində satışa çıxacaq. Yarıda qalmışdıq... qaranlıq divarlarla əhatələnmiş zavodda 17 yaşlı gənclərin üzləşdikləri bir xəyanət... Heç kəs, mən belə davamının necə olacağını bilmirdim... Sizləri yenidən və son dəfə Muradla Hümranın hekayəsinə dəvət edirəm. Qarmaqarışıq Nəimi
Kitap
Tezliklə rəflərdə... "DARMADAĞIN"
"Qarmaqarışıq"ı artıq hər kəs tam rəsmi pdf formasında əldə edə biləcək. İstəyən şəxslər bu postun altında rəy yaza bilər. "Darmadağın"... İkinci kitab isə gecikdi, bunun üçün hər birinizdən üzr istəyirəm. Sadəcə nəşriyyatdakı texniki problemlər qarşımı kəsdi. Amma Şükürlər olsun ki, artıq nəşr olunub və bu günlərdə əksər kitab evlərində satışa çıxacaq. Yarıda qalmışdıq... qaranlıq divarlarla əhatələnmiş zavodda 17 yaşlı gənclərin üzləşdikləri bir xəyanət... Heç kəs, mən belə davamının necə olacağını bilmirdim... Sizləri yenidən və son dəfə Muradla Hümranın hekayəsinə dəvət edirəm. Qarmaqarışıq İsmayıl Nəimi
Qarmaqarışıq

Nəimi

, 2025 okuma hedefini ekledi.
2025 OKUMA HEDEFİ
3/25 kitap - %12 tamamlandı
3 kitap okudu
25 kitap
512 sayfa
2 inceleme
4 alıntı
8/10
·70 syf.··
Beğendi
·
2024 18. kitabı
·
17 günde okudu
·
Okunma: 19 Aralık 2024 00:00
Hər kəsə salam. Uzun müddət idi ki, kitablardan uzaq qalmışdım. Gündəlik işlər, həyatımdakı müsbətə doğru dəyişikliklər imkan vermirdi. Hətta neçə səfər yeni bir kitaba başladım, seçimlərim uğursuz oldu deyə hər dəfə yarımçıq buraxdım. Əvvəl etməzdim... Sevimli yazıçım, Zweig isə məni yenə özünə bağladı və bu dəfəki kitabı sonacan oxuyub bitirdim. Qəlbimin bağlı olduğu birinin məsləhəti ilə başladım. Açığı bu səfər, Zweig möhtəşəm cümlələri və təsvir qabiliyyəti ilə deyil də, kitabı əhatə edən üç kiçik hekayə ilə özünə bağladı. İlki Rahel ananın Allah ilə hesablaşmasıdır ki, çox mənalı idi məncə. Tanrının mərhəməti və insanların vəfasızlığı ilə pərçimlənmiş axmaqlıqları çox gözəl nəsrə çevrilmişdi. İkinci hekayəmiz Nuhun üçüncü göyərçini barədə idi. Dünya nemətlərinə alüdəçi olub geriyə qalan önəmli məsələləri, mənəviyyatımızı unutduğumuz və insanların Tanrının bizə bəxş etdiyi bu fani dünyada, imtahanımızı vermək yerinə quru torpaq naminə bir-birimizi necə qırdığımız bizə Stefanın qələmiylə çatdırıldı. Son hekayədə isə bir unudulmuş şəxsin timsalında bir çox dərin məsələlərə dalıb düşündüm. Virata gah insanın qədərinə insanın qarışmamalı olduğu qənatəinə gəlir, sonra öldürməyin istər cihad, istər tamah məqsədiylə fərq etmir günah olduğunu düşünür. İnsanlarla ünsiyyətin onu istəmədən də olsa günaha qərq etdiyini anlaylr və hər ksəsdən uzaqlaşır. Sonda isə bunun da kimlərəsə təsir etdiyini, ən düzgününün vəzifəli, hakimiyyət sahibi və yaxud dahi, hikmətli biri olmaq yerinə sadə, kiçik bir adam olub da yaşamaq olduğunu anlayır və elə də ömür sürüb ölür. Bu hekayə hər oxucunun baxış bucağından fərqli qiymətləndirilə bilər. Rahel Tanrı’yla Hesaplaşıyor Stefan Zweig
Stefan Zweig
Rahel Tanrı’yla HesaplaşıyorStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202124,8bin okunma