İlk olaraq qeyd edim ki, bir aydan uzun müddətə bitirməyimə səbəb, müəllifi çox sevməyimdir. Yazı tərzi mənə görə möhtəşəmdir. Bu səbəbdən də kitabı çox yavaş-yavaş həzz alaraq oxudum.
"Efsane" və "Genç Elitler" seriyalarından sonra "Warcross" seriyası da xoşuma gəldi. Düzdü mənə görə boşluqları da var idi. Xüsusən də kitabın fantistikanın zirvəsi olmağı, canlandırmağımda xüsusi çətinlik yaratdı. Amma film olsa çox gözəl olar deyə düşünürəm.
Bu janrın çox oxucular yərəfindən bəyənilmədiyini, qınanıldığını bilirəm. Amma mən elə düşünmürəm. Bəzən xəyallara dalmaq, yeni dünyalar oxumaq da gözəldir. Ümumiyyətlə hər tərzin öz yeri var mənim fikrimcə.
Tezliklə ikinci kitabı da aoxuyub seriyanı bitirməyi hədəfləmişəm. Oxumaq istəyənlər rahatlıq başlaya bilər. Warcross - Bir Sanal Gerçeklik OyunuMarie Lu
Görünürde her zaman gülümsüyor olsam da içeride çaresiz bir mücadeleyle debeleniyordum, bir ipte yürüyordum, ter içindeydim, onları eğlendirdikçe felaket ihtimali her an yaklaşıyordu.
İşlərimin çox olduğu bir zamanda kiçik həcmli kitablar oxumaq istirahət etməyimə olduqca kömək edir. Platon bu kitabında müəllimi Sokratesin ateistliklə və gəncləri yoldan çıxarmaqla təqsirləndirildiği məhkəmədə özünü müdafiə etdiyi çıxışını təsvir etmişdir. Düzdür, bu yazılanların həqiqətən mi Sokratesin sözləri olduğu və yaxud tarixdə belə bir şəxsin gerçəktən var olduğu məsələləri mübahisəlidir. Bunu qoyuram qırağa...
Gəlirəm Sokratesin düşüncələrinə... Bu fikirlər mənim həyat və insanlar barədəki görüşlərimlə həddindən artıq eynilik təşkil edirdi. İstər ölüm barədə, istər savadsız, ədalətsiz insanlar barədə... Həyatın mənası zənginlikdə ya da pulda deyil də, özünü inkişafda, özünə hörmətdədir deyir Sokrates.
Qısacası sevdim... Sonda da Sokratesin aqibəti əslində elə cəmiyyətin necə də gerçəklərə, ədalətə kor olduğunun birmənalı əksi oldu. Sokrates'in SavunmasıPlaton (Eflatun)