Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nigar Oruc

Nigar Oruc
@nigoggh
Hukuk
ADA University
Baku
Azerbaycan, 19 Mart 2005
7 okur puanı
Ocak 2023 tarihinde katıldı
448 syf.
10/10 puan verdi
·
52 günde okudu
Çərpələng Uçuran
Çərpələng Uçuran
Çərpələng Uçuran
#
Khaled Hosseini
Khaled Hosseini
Səndən ötrü min yol..." Bu kitab vasitəsi ilə həyatın bir növ bumeranq olduğunu xatırlayırıq. Bəzən hətta uşaq ikən etdiyimiz səhvlərin üzərindən illər keçsə belə biz onları unutmuruq, davamlı şəkildə vicdan əzabı çəkirik.Zaman keçir, bəzən bu səhvləri öz qəlbimizdən silmək üçün Allah bizə yol göstərir, şans verir. Amma bu şansı əldə etmək üçün keçmişimizdə qarşımızdakı insana verdiyimiz əziyyət qədər bəlkə də daha çox əziyyət çəkirik. Buna məhz bu kitabda ki Əmirin Söhrabı dilə tutması və uzun müddət sonra onun heç bir məna ifadə etməyən üzündə bir gülüşü görməsini nümunə göstərə bilərik. Eyni zamanda kitab bizə ədalətsiz və yalançı dünyada hələdə bir yerlərdə bəzi insanların qəlbində qarşılıqsız olsa belə sevginin olduğunu göstərir. Kitab axıcı dildə , insanlara həyat dərsi vermək üçün yazılmışdır. Hadisələrin sürətlə inkişafı və sonlara yaxın baş qəhrəmanın bəzi gerçəklərlə üzləşməsi kitabı daha yadda qalan edir.
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011164,8bin okunma
Reklam
343 syf.
6/10 puan verdi
·
25 günde okudu
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə Yoxdur
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Bu kitabın adını uzun zamandır eşidirdim və indi oxumaq nəsib oldu. Bəlkə də ötən yaş dövrlərimdə oxusa idim, mənə çox oxucuda buraxdığı təsiri buraxmış olardı.Amma tam tamına sevəcəyim bir kitab olmadı.Açığı desək, kitabın bəyəndiyim və bəyənmədiyim yanları var idi. Bəyənmədiyim yanı bu kitab mənə yeni bir şey qatmadı. İdeyalar bizim ailələrin bizə ötürdüyü öyrətdiyi məsləhətlərlə üst-üstə düşürdü. Sanki kitabı oxuyanda ailəmin dediyi sözlərlə qarşılaşırdım. Eyni zamanda, kitabın orta hissəsində dinlə bağlı fikir ardıcıllığı o qədər çoxdur ki, bəzi oxucularda məhz bu hissələrdə kitabı yarımçıq qoyublar. Bəyəndiyim tərəfi isə, yazıçı pozitiv düşüncəyə sahib olmaq, ailə bağlarını qorumaq, Allahdan ümidi kəsilməmək kimi vacib məqamlara toxunur. Süjet xəttinin sonlarında hadisələr elə cərəyan edir ki, həyatdan ümidini kəsmiş oxucunun belə gözləri açılır. Düzdür,kitab yazmaq hər insanın işi deyil, amma fikrimcə, bu biraz daha inkişaf etdirilməlidir ki, kitab oxucunu təəccübləndirsin. #buşəhərdəkimsəyoxdur 6/10
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,692 okunma