10/10
·672 syf.··
Beğendi
·
2024 6. kitabı
·
6 günde okudu
·
Okunma: 02 Mart 2024 00:00
Və gəldik mənim üçün Elatlı yaradıcılığının zirvəsi hesab etdiyim "Qan ləkəsi" romanına. Bu əsər mənim oxuduğum ən dəyərli kitablardan biridir. Qalın həcmli olmasına baxmayaraq, oxuduğum ən sürətli kitablardan biri oldu. Romanı cəmi dörd gün ərzində bitirmişdim və yaratdığı təsir bu gün də mənimlədir. Maraqlıdır ki, müəlliflə ilk görüşüm zamanı ona hansı kitabından başlamağın daha doğru olacağını soruşmuşdum və o, mənə məhz "Qan ləkəsi"ni tövsiyə etmişdi. Hərçənd mən əvvəlcə digər əsərlərini oxumağı seçdim, sonradan bu kitabın niyə tövsiyə edildiyini çox yaxşı anladım. Əsərin ən güclü tərəflərindən biri obrazların yadda qalmasıdır. Xüsusilə Ələmdar obrazı, onun vətənə bağlılığı, düşüncələri və mübarizəsi məndə böyük təəssürat yaratdı. Kitabın bəzi hissələri məndəki vətənpərvərlik hisslərini daha da gücləndirdi və hadisələri sadəcə izləməyə deyil, onları hiss etməyə sövq etdi. Roman boyunca gərginlik və maraq bir an belə azalmır. Hadisələr axıcı şəkildə inkişaf edir və oxucunu daim özündə saxlayır. Hətta düşünürəm ki, bu əsər əsasında uğurlu bir film və ya serial çəkmək mümkün olardı. Düzdür, kitabın həcmi hər oxucu üçün uyğun olmaya bilər. Buna görə onu hər kəsə tövsiyə etməsəm də, uzun romanlardan çəkinməyən və səbirli oxucuların mütləq tanış olmalı olduğu əsərlərdən biri hesab edirəm. Mənim üçün isə "Qan ləkəsi" sadəcə sevdiyim bir kitab deyil, illər keçsə də təsirini itirməyəcək nadir əsərlərdən biridir.
Qan LəkəsiElhan Elatlı · Qanun Nəşriyyatı · 2015890 okunma
6/10
·80 syf.··
2026 133. kitabı
Alvaro obrazı heç də sadəcə bir yazıçı deyil. O, ədəbiyyatın qaranlıq üzüdür. Bəs niyə mən ondan nifrət etmək əvəzinə, az qala ona acıdım? Çünki Cercas bu qəhrəmanı elə bir nöqtəyə qoyub ki, o, artıq reallıqla kitab səhifələri arasındakı o nazik pərdəni qırır. Alvaro qonşularını personaj kimi görməyə başlayanda mən düşündüm: "Bəs görəsən, mən də kiminsə romanında personajam?" Bu sual məni bir müddət universitet vaxtlarımda oxuduğum Borgesin labirintlərinə apardı. Amma etiraf edim ki, Cercas hələ bu meta-ədəbi oyunu tam cilalaya bilməyib. Bəzən hiss olunur ki, müəllif özü də Alvaronun dəliliyi ilə yazıçı sənəti arasında qalıb və bu qarışıqlığı o qədər də ustalıqla həll etmir. Kitabın ən güclü tərəfi, şübhəsiz ki, onun qısalığıdır. Bu saplantı uzansaydı, mən yəqin ki, boğulardım. Amma 60-80 səhifəlik bu novella məni sıxıcı bir fəlsəfi traktat kimi deyil, daha çox psixoloji triller kimi saxladı. Səhifələr çevrildikcə hiss edirsən ki, Alvaro əslində öz romanını yazmır, əksinə, həmin roman Alvaronu yazır. Bu, mənə obrazların müəllifə qarşı üsyanı kimi gəldi və bu fikir məni çox heyran etdi. Bəs zəif cəhətləri? Qonşu obrazları mənim üçün çox yastı qaldı. Onlar sadəcə Alvaronun güzgüsünə çevriliblər. Kölgə kimidirlər. Cercas onlara nəfəs verməyə, ya da heç olmasa bir az daxili aləm bağışlamağa tələsmir. Bu da kitabı bir qədər "laboratoriya təcrübəsi" səviyyəsində saxlayır. İkincisi, Alvaronun əxlaqi süqutu məni heyrətləndirsə də, bu süqutun psixoloji dərinliyi məni tam qane etmədi. O, niyə bu qədər asanlıqla manipulyator oldu? Cavabı "ədəbiyyat eşqi" ilə ötüşmək mənə bir az bəsit gəldi. Bu kitabı oxumaq mənə bir gənc rəssamın ilk kətanına baxmaq kim idi – fırça vuruşları qeyri-bərabərdir, rənglər hələ tam qarışmayıb, amma orada artıq böyük bir rəssamın gələcək qoxusu var.
SaplantıJavier Cercas · Everest Yayınları · 2016701 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
8/10
·416 syf.··
2026 62. kitabı
Avropa siyasəti barədə tənqidi baxışla yazılmış kitabdır. Müəllifin yaşadığı ölkənin niyə Avropa İttifaqına üzv olmadığı burdan bilinir. Müəllif bununla sanki vətəndaş mövqeyi göstərir. Tərcüməsində bəzi qüsurlar var
AvropalılarSimen Ekern · Qanun Nəşriyyatı · 20183 okunma
Tufanlı Yoxuşlar
Puan vermedi·500 syf.··
2026 7. kitabı
"Tufanlı Yoxuşlar" haqqında ilk təəssüratım budur ki, həqiqətən çox bəyəndiyim əsərlərdən biri oldu. İlk dəfə idi ki, bir qadın yazarın qələmindən çıxmış roman oxuyurdum və etiraf etməliyəm ki, personajlar böyük ustalıqla yaradılmışdı. Mənfi obrazlar nə qədər qıcıq doğururdusa, müsbət obrazlar da bir o qədər özünü sevdirirdi. Hekayənin axıcılığını xüsusilə bəyəndim. Hadisələr süni şəkildə uzadılmamış, hər şey öz yerində və qərarında təqdim edilmişdi. Heathcliffin yaşadıqları onun qəzəbini anlamağa imkan versə də, intiqamını yanlış insanlardan alması mənə həmişə düşündürücü gəldi. Xüsusilə də Edqar Lintonun. Məncə, Edqar romanın ən saf və məsum personajlarından biri idi. Final gözlənilən olsa da, məni qane etdi. Açığı, Lockwoodun hadisələrin həllində daha böyük rol oynayacağını düşünürdüm. Amma sonluq yenə də yerinə oturdu və hekayəni uğurla tamamladı. Bu kitabla bağlı yeganə peşmanlığım ona çox gec başlamağım oldu. Təxminən iki ay rəfimdə məni gözlədi. Amma nəhayət oxumağa başladıqdan sonra cəmi bir həftəyə bitirdim. Maraqlı, həyəcanlı və oxucunu özünə bağlayan bir əsər idi. Klassiklər arasında niyə bu qədər sevildiyini indi daha yaxşı anlayıram.
Duygu ve Düşünce
Uğultulu TepelerEmily Brontë · Martı Yayınları · 201258bin okunma
Puan vermedi·70 syf.··
2026 1. kitabı
"Qorxu" 1925-ci ildə Avstriyalı Stefan Şvayq tərəfindən qələmə alınmış bir novelladır. Bu əsərdə İrene adlı evli bir qadının xəyanətindən və bu xəyanətin üzə çıxacağı qorxusunun onda yaratdığı mənəvi böhrandan danışılır.İrene bunun üzə çıxmasından onsuz da qorxurdu,amma birdən-birə ortaya çıxan şantajçı qadın onun bu qorxularını pik həddə çatdırdı.Bu xəyanəti üzə çıxmasın deyə hər şeyi eləməyə hazır idi.Şvayq kitabın ortalarında İrene-in ruh halını elə ifadə elədi ki,bəzən hətta ona yazığım gəlirdi.Biz əsərdə bu hadisənin yaratdığı qorxudan əlavə İrene-in bəzi şeylərin fərqinə varmasını da görürük. Əsəri oxuduqda,əslində,məndə ən maraq doğuran hadisə İrene-in həyat yoldaşının ifadə etdiyi fikir olmuşdu: İnsanın illər əvvəl elədiyi səhvin cəzasını hazırdakı özü ödəməlidir mi?Axı,ikisi də fərqli insanlardır. Keçmişdəki biz və indiki biz,əlbəttə,müəyyən məqamlarda fərqlənirik.Ancaq həmin səhvi indiki bizin də etməyəcəyini necə qaranti verə bilərik?Ya da indiki bizin dəyişdiyini,səhvindən peşman olduğunu ətrafa necə sübut etmək olar? İrene-in həyat yoldaşı(adı tam yadımda deyil) öz müvəkkilini haqqında belə bir hadisə nəql elədi ki,həmin müvəkkil 3 il əvvəl oğurluq eləmişdi.Ancaq oğurluqdan sonra tutulmanın qorxusundan belə bir hadisədən artıq yayınmağa çalışmışdı.Bu hadisədən 3 il keçəndən sonra isə buna görə cəzalandırılır.Bu düzgündürmü?Bir tərəfdən düşünürəm ki,hamı öz səhvinin cəzasını çəkməlidir,ancaq digər bir tərəfdən də həmin obraz kimi düşünürəm.İnsan sırf illər əvvəl belə bir səhv elədi deyə,bu səhvindən peşman olduğu halda,onun cəzasını niyə indi çəkməlidir?Bilmirəm,bəlkə də,səhv düşünürəm.Əsas məsələyə qayıdaq indi,əsərin özünə.Əsər novella adlanır,novella da bildiyimiz kimi gözlənilməz sonluqla bitən hekayəyə,əsərə deyilir.Amma bunun sonu çox təxmin edilə
KorkuStefan Zweig · Türkiye İş Bankası Yayınları · 2022125,1bin okunma
Dini hekayələrə fərqli baxış
Puan vermedi·139 syf.··
2026 14. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Haziran 2026 10:00
Müqəddəs Tarixin Üsyankar Şahidi.     Jose Saramago "Qabil" Jose Saramago ilə Adəm və Həvvanın yaradılışına doğru səhayətə çıxıb, Nuh Peyğəmbərin insanlıq yox olarkən gəmi ilə xilas etdiyi seçilmişlərin hekayəsinə fərqli baxış bucağı ilə baxırıq. Jose Saramago sorğulayıb: Tanrı özü narsistlik edərkən, haqsızlıq edərkən, niyə yaratdığı bəndələrinin günahlarına göz yummur...?! Dini kitablardan bildiyimiz xarakterleri daha fərqli təsvir edib yazıçı və hətta bəzi yerlərdə təhqirdəndə istifadə edib... Tanrını, dini inancları, dini kitablardakı müqəddəs sayılan xarakterləri insest əlaqələr və pornoqrafiya üzərindən sorğulamaq insanların, müqəddəs inanclarına savaş açmaqdır. Kitabda sevdiyim və sevmədiyim qisimlər oldu. Kitabın əsas qəhrəmanı Qabil qardaşını öldürdükdən sonra Tanrı tərəfindən cəzalandırılır və zamanda səyahət edərək bir çox hadisələrə şahid olur. Qardaşını öldürərkən belə günahı Tanrıda görür. Hər bir insan azad iradəli olaraq yaradılıb və bu iradəmiz ilə etdiyimiz mənfi hərəkətlərin günahını Tanrının üzərinə atmaq məsuliyyətdən qaçmaqdır... Həqiqi iman kor-koranə inanmaqla deyil, sorğulamaqla başlayır. Amma nəyi və necə sorğulayırıq , ən əsas olan necə anlayırıq...?! İlahi ədalət ilə insani ədalət üst-üstə düşməyəndə, İnsan bəzən inandığı ilə mübarizə aparır. Bəsit və Ağrılara hesablanmış baxış prizmalardından baxdıqda, kimisə günahlandırmaq o qədər asan gəlir. Xüsusən də, "Tanrı və Şeytan"ı. Emosiya və Histeriyaya görə edilən hər hərəkətin, işlədilən hər ifadənin kvantik təsirləri və qarşılıqları var. İnsanın Tanrıçılıq oynamaq həvəsi, qarşisı alınmaz fəsadlara yol açıb daima. Hal-hazırda dünyada baş verən proseslər buna bariz nümunədir.
KabilJosé Saramago · Kırmızı Kedi Yayınevi · 201814,3bin okunma