Bu kitabı oxuyanda tərəddüdlərim vardı, birincisi yazıçı mənə tanış deyildi, ikincisi kitabın adı bir o qədər diqqətimi cəlb etməmişdi. Bu kitaba bir dost məsləhəti ilə, doğrusu bir az da ağır, mənəvi cəhətdən məni yoran kitabların arasında nisbətən rahat, axıcı bir roman oxumaq üçün başladım. Amma, gözlədiyimin əksinə kitabın mövzusu heç də "yüngül" və ya "çərəzlik" deyildi. Ancaq onu qeyd edim ki, dili həqiqətən axıcı idi.
Kitabın adına baxanda bunun sadəcə hansısa bir kişi, onun həyatı yaxud həyatının hər hansı bölümü haqqında olduğunu düşünürsən. Lakin bu roman sadəcə bir kişi yox bir çox kişi haqqındadır. Həyatda özünü tapa bilməyən, öz qabığına çəkilən, uzunmüddətli münasibətlərdən, bağlanmaqdan qorxan və qaçan, ətrafına divarlar hörən, yaş olaraq nə qədər böyüsə də ruhən həmişə uşaq qalan, yaxud böyümək istəyib bunu bacarmayan, bunun üçün bir ata fiquruna ehtiyacı olan və sair və ilaxır kişilər haqqındadır. Amma, əlbəttə, əsərin demək olar ki, əsas iki kişi qəhrəmanı var, Vill və Markus. Müəyyən mənada Markusun atası Kliveni də qəhrəman saymaq olar.
Roman sadəcə kişilərdən bəhs etmir təbii ki. Yqadınskazıçı başqa bir çox mövzuya da toxunub. İl növbədə valideyn və övlad münasibətləri, daha sonra təhsil sistemi. Xüsusilə təhsil sisteminə yanaşması çox yerindədir.
Markus 12 yaşlı məktəbli bir oğlandır, anası ilə yaşayır, atası isə sevgilisi ilə başqa şəhərdədir. Markus bəzən həftə sonlarını onlarla keçirir. Anası Fiona bir az fərqli qadındır. Əlbəttə bu fərqlilik Markusa da yansıyıb. Nəticədə məktəbdə heç bir dostu yoxdur, daima digərlərini məsxərə obyektinə çevrilib. Bir tərəfdən bu çətinliklə başa çıxmağa çalışan Markus digər tərəfdən də daima depressiyada olan, hətta intihar təşəbbüsü göstərən anasına göz-qulaq olmağa çalışır. Atası desən heç bir