Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Beş manat
Ah! həyatdan əlini biryolluq üzmək nə qədər çətin, həm də nə qədər asan idi. Ya da necə də doyumsuz idik. Necə də bədbəxt və necə də xürrəm idik. Amma necə də nəfəssiz və bir o qədər də qüvvətli idik. Keçən dəfə bir şəxs ilə söhbət edərkən bir cümləsi diqqətimi çəkdi. Deyirdi ki, pisliyə can qurban. Bunu deyərək sözünə davam edir və səbəblərini izah edirdi. Üzümə baxaraq, -Bu yolun sonu onsuz alovlu torpaq və cəhənnəm vadisidir, belə olan halda yaxşılıqlarımla niyə vaxtımı boş yerə itirim,- bunu deyib cibindəki son pula içki aldı və məndən ayrılaraq öz yoluna davam etdi. Mən isə otuz qəpik puluma yoldaş olsun deyə əlimi bütün ciblərimdə gəzdirərək on qəpik axtarırdım. Məlum məsələdir ki, avtobus qırx qəpikdir və əgər o on qəpiyi tapmasam, xalqımın düşüncə tərzindən öz qabıma müəyyən qədər mən də qoyduğum üçün beş manatımın başını pozmaq istəmirəm. Və... mən o on qəpiyi tapa bilmirəm. Çantanın dibindən bir beş, bir də üç qəpik tapıram. Beynimdə iki variant var : 1.Pisliyə can qurban. 2.Beş manatın başını poz) Nəysə bir az yaxınlıqda olan mağazaya baxıb birinci variantı düşünürəm. Sonra müsəlman olduğum və içimdə hələ də vicdan duyğusunu axtarıb tapıram. Həmçinin on qəpikdən tez tapdığımı düşünüb sevinirəm. Ya da zəngin bir əhatəm olmadığı üçün nəticələrinə özüm dayanmalı olduğumu anlayıb, öz içimdən özümə, -Öl yerində, heç sənə lazımdır?! -deyirəm. Nəticə isə budur ki, o beş manat artıq yoxdur və nə olursa, o beş manatın başı pozulduqdan sonra olur....
"Həyatda xoşbəxt ola bilmək üçün nəsə etmək, nəyisə sevmək və nəyəsə ümid etmək lazımdır."
Sayfa 139 - Teas pressKitabı okudu
Reklam
Tamda bundan bahsediyorum nys bb(tovb(
Düşünürəm ki, pulun çoxluğu insanı həyasız və laqeyd bir məxluqa çevirir. Hər halda, pul xarakteri dəyişir və insanı korlayır. -Sizin həmişə o puldan imtina etmək imkanınız var. -Yox, artıq yoxdur. Pul tiryək kimidir. Pul haqqında narahat olmursan, o həmişə əlinin altındadır, bunu dərk etmək insana xoş gəlir. Mənə elə gəlir ki, azadlığın ən yüksək dərəcəsi elə budur. -Ancaq onu əldə etmək üçün çox şeyi qurban vermək lazım gəlir. -Mənimçün belə deyil. Mən yalnız varlığı barəsində heç vaxt bilmədiyim dayımı və onun ailəsini itirmişəm. Lakin ümumilikdə haqlısınız. Haqqında danışdığım azadlığı qazanmaq üçün insanlar çox şey itirir. Onları artıq heç nə sevindirmir. Daha doğrusu, sevindirə bilmir. Onlar belə bir imkanı- həyatda nəyəsə sevinmək imkanını itirirlər.
Sayfa 168 - XII FƏSİLKitabı okudu
23.04
Keçənlərdə yaxın dostumla söhbət edirdik(telefonda) Və həmişəki kimi, bir nöqtədən sonra bu söhbət mənim monologuma döndü(onunla bütün söhbətlərimiz belə bitir) Münasibətlərdən açıldı mövzu; Deyirəm ki, bilirsən də o qədim yunan əfsanəsini; Zevs’in yaratdığı insanlar əvvəl tək ruha sahib, 4 əlli, 4 ayaqlı, 1 başda 2 üzü olan, kürəkləri bir-birinə
Bu yazını çox bəyəndim. Yazar bizə müasir insanın məişət qayğılarını artıq öz canından qabaqda tutduğunu, bu qayğılar içində özünü unutduğunu, maddi şeylərdən artıq daha çox asılı olduğunu göstərir. Biz özümüzü unutmuşuq, həmişə nəyəsə tələsirik, harasa çatmağa çalışırıq. Geri çevrilin və baxın, gününüzün neçə saatını özünüzə sərf edirsiniz? Həmişə ya dərsləri çatdırmağa çalışır, ya işlə məşğul olur, ya da telefonda qurdalanırıq. Bir düşünün, nə vaxt sevimli musiqinizi qulağınıza taxıb sevimli kitabınızı götürüb yeriyişə çıxmısınız? Uzun zaman olar, hə? Belə... "Bu gün ölümcül xəstəliyə düçar olduğumu öyrəndim" bu xəstəlik nədir, özünüz tapmalısız. Yazar atıb, bizə tutmaq qalır. Hələlik.
Jalə İslam

Jalə İslam

@jaleislam_
·
18 Nisan 20:11
Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.
Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. Bir müddət susdum, sonra durum bir çay dəmlədim. İstər hava isti olsun, istərsə də soyuq ən qüvvətli ağrıkəsicinin çay olduğunu qəbul edəli ömürdən təsirli illər keçir. O çayın yanına mütləq şirniyyat olmalıdır və mənim tək sevmədiyim şirni qənddir. Hə... harada qalmışdıq?! Zənnimcə demişdim ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.... Axşama da yemək bişirməmişəm. Əslində, elə çox ac olduğumu da düşünmürəm. Bu evin polu və tavanı da çox köhnəlib. Mən də necə də mənalı danışıram, İlahi. Köhnələr də axı iyirmi ilin təmiridir. Belə... sözüm odur ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. Qonşum da lap adamı dəli edir. Bütün gün evdən tak-tak səslər gəlir. Gecə yuxumu da yata bilmirəm. Evim üçün aldığım televizorun üç gün sonra kreditini ödəməliyəm. Və mənim hələ də maaşım köçməyib. Üstəlik həkimə də getməliyəm.Nəysə...bu ay həkimə getməsəm də olar. Mən bayaq nə deyirdim? Bax yenə unutdum. Hə.... bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.
Reklam
Xoşbəxtlik nəyəsə sahib olmaq hissi deyil,çünki mənim heç vaxt heç nəyim olmamışdı,amma çox xoşbəxt idim
Sayfa 322Kitabı okudu
Eyni....
Bəzən fikirləşirəm ki, ümid insanda ən səfeh hisslərdən biridir. Nəyəsə qəti nöqtə qoymağımıza daim əngəldir.
...Amma düz deyirlər ki, həyatın ən aşağı nöqtəsinə enəndə, ən pis vəziyyətində olanda birdən dəyişirsən... Və nəyəsə nail olmağa başlayırsan. Hər bir insanın həyatında elə bir dönüş nöqtəsi, elə bir hadisə olur ki,bu onun bütün gələcək həyatını, həyata baxışlarını və hisslərini, düşüncələrini və inamını dəyişir...
Sayfa 4 - Əli və NinoKitabı okudu
938 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.