Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
...Amma düz deyirlər ki, həyatın ən aşağı nöqtəsinə enəndə, ən pis vəziyyətində olanda birdən dəyişirsən... Və nəyəsə nail olmağa başlayırsan. Hər bir insanın həyatında elə bir dönüş nöqtəsi, elə bir hadisə olur ki,bu onun bütün gələcək həyatını, həyata baxışlarını və hisslərini, düşüncələrini və inamını dəyişir...
Sayfa 4 - Əli və NinoKitabı okudu
Bəlkə də, elə hər kəs bir-birindən nəyəsə görə istifadə edirdi.
Reklam
İnanki nəyəsə qurban getdik biz, Heç özümüzdə bilmədik nəyə, Birazca gecikərik çatmarıq deyə Deyəsən yaman surətli getdik Çatmaq istədiyimiz yerə çata bilmədik Surət bir işə yaramazmış demə, Biz baxmalıyıqmış qismətimizə Bizim bilmədiklərimiz,istədiklərimiz, Əvvəldən yazılıbdır taleyimizə. Nəyə tələsirik inan bilmirik, Bədbəxt olmaq bu qədər əzizimi bizə? İstəyimizi belə deyə bilmirik Siz özünüzdən soruşun bu dəyər dəyirmi sizə? (Nadya)
Böyük keçmişin alayarımçıq şəkildə dərk edilən bir abidəsinin ətrafında qeyri-adi bir canfəşanlıqla və bütpərəstəsinə və sanki "Baxın, gerçək və həqiqi sənət budur, nəsə yeni bir şey axtaranlara və nəyəsə can atanlara fikir verməyin!" demək istərcəsinə rəqs etdiklərində onların yoluna sədd çəkiləcək, onların havası qaraldılacaqdır. Göründüyü qədərilə, bu rəqs edən kütlə hətta "yaxşı zövq" imtiyazına da sahiblənib.
·
Puan vermedi
Diktaturaların qorxduğu iki əsas şey: ədəbiyyat və musiqi. İstər musiqidə, istərsə də ədəbiyyatda edilmiş istənilən yeniliyi despot quruluş özünə təhlükə olaraq görür. Ya atacağı addımları bu yeniliyə süni şəkildə uyğunlaşdırır, ya da bu yeniliyin səsini bir yolla batırmağa çalışır. Sözümün canı nədədir? Keçən yay Bulqakov qələmi ilə tanış
Köpek Kalbi
Köpek KalbiMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 201918,7bin okunma
·
Puan vermedi
Çox uzağa getməyək, cəmi 1 əsr öncə yaşamış, yazıb-yaratmış ədiblər öz həyatlarını hər hansı təhlükədən, dövlətdən və hakimiyyət orqanlarında çalışanlardan, radikal dindarlardan, bir sözlə, yazdıqlarını anlamayan və ya anlayıb da özlərinə və mövqelərinə sərf etməyən məqamlar aşkar edən kəsimdən qorumaq üçün müxtəlif ləqəblərdən istifadə edir, çox
Prens
PrensNiccolo Machiavelli · Remzi Kitabevi · 201414,7bin okunma
Reklam
150 syf.
10/10 puan verdi
Çox uzağa getməyək, cəmi 1 əsr öncə yaşamış, yazıb-yaratmış ədiblər öz həyatlarını hər hansı təhlükədən, dövlətdən və hakimiyyət orqanlarında çalışanlardan, radikal dindarlardan, bir sözlə, yazdıqlarını anlamayan və ya anlayıb da özlərinə və mövqelərinə sərf etməyən məqamlar aşkar edən kəsimdən qorumaq üçün müxtəlif ləqəblərdən istifadə edir, çox
Hökmdar
HökmdarNiccolo Machiavelli · Qanun Nəşriyyatı · 201814,7bin okunma
Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.
Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. Bir müddət susdum, sonra durum bir çay dəmlədim. İstər hava isti olsun, istərsə də soyuq ən qüvvətli ağrıkəsicinin çay olduğunu qəbul edəli ömürdən təsirli illər keçir. O çayın yanına mütləq şirniyyat olmalıdır və mənim tək sevmədiyim şirni qənddir. Hə... harada qalmışdıq?! Zənnimcə demişdim ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.... Axşama da yemək bişirməmişəm. Əslində, elə çox ac olduğumu da düşünmürəm. Bu evin polu və tavanı da çox köhnəlib. Mən də necə də mənalı danışıram, İlahi. Köhnələr də axı iyirmi ilin təmiridir. Belə... sözüm odur ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. Qonşum da lap adamı dəli edir. Bütün gün evdən tak-tak səslər gəlir. Gecə yuxumu da yata bilmirəm. Evim üçün aldığım televizorun üç gün sonra kreditini ödəməliyəm. Və mənim hələ də maaşım köçməyib. Üstəlik həkimə də getməliyəm.Nəysə...bu ay həkimə getməsəm də olar. Mən bayaq nə deyirdim? Bax yenə unutdum. Hə.... bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.
240 syf.
8/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
Sevgi fonunda azadlıq müharibəsi
Kitabı oxuyanda elə bildim ki, kitabı heç sevmirəm, sevməyərək oxuyuram. Ola bilsin ki, ilk dəfə tarixi-siyasi kitab oxuduğuma görə belə bir təəssürat yarandı məndə. Ancaq davam etdikcə kitabın nə qədər gözəl yazıldığını başa düşdüm. Böyük ehtimal bu kitabın səhifələrini çevirmək mənə bir də qismət olacaq. Çünki hələ tam dərk edə bilmədiyim məqamlar var. Kitab ,düzünə qalsa, bir az dərindir. Dili çətin olmasa da siyasi söhbətlər çoxdur. Bir çox oxuyucu kimi mən də oxuyana qədər elə bilirdim ki, kitab ən çox Əli və Ninonun sevgisindən danışacaq. Ümidlərim boşa çıxdı deyə bilərəm.Amma mənə görə Əli və Nino burada dövlətləri təmsil edir. SPOİLER VAR Sonda Əlinin ölməsi ilə birlikdə AXC də dağılır. Və Əlinin ölməsi məndə böyük hüzün yaratdı. İndi gələk kitabda sevmədiyim tərəflərə. Ən sevmədiyim tərəf Əlinin Avropalı bir qızla evləndiyini bəzən unutmasıdı. Düzdür, bir vaxtdan sonra Ninonun etdiyi heç bir avropalı hərəkətə qarşı çıxmır. Amma əvvəlcədən ona atasının anasına etdiyi kimi qul kimi, özünün tarlası kimi baxması məni həqiqətən çox əsəbiləşdirdi. Seyid Mustafanı bilmirəm sevdim yoxsa,yox. O hələ də düşüncəmdə sual altındadır. Dost olaraq çox sadiq və yardımsevər dostdur. Lakin ümumi baxış bucağı altından baxanda heç sevməyim gəlmir. Çox qatı şiə müsəlmanı olduğuna görə. Nəysə, məncə bu qədər bəsdir. Ümid edirəm tariximizi əks ettirən bu gözəl əsəri Azərbaycanlı yoldaşlarım sevərək oxuyar, ya da mənim kimi sonda sevməyi bacarar. Oxuduğunuz üçün təşəkkürlər
Əli və Nino
Əli və NinoKurban Said · Bakı, Altun Kitab Nəşriyyatı · 20102,439 okunma
Mən bu işdən bir məsələni öyrəndim. İnsanın içində bütün yaradılmış canlılar cəmləşib. Mələkdən tutmuş, yırtıcı heyvana, həşərata qədər. Bunların arasından nə olacağımızı özümüz seçirik və bu seçimimizdə kimsə bizi nəyəsə məcbur edə bilməz.
Sayfa 377 - Şon OnilKitabı okudu
Reklam
Yadında saxla, əgər bir səhv edirsənsə, və bunu səndən başqa kimsə ya da kimlərsə görürsə, sən əlindən gələnin ən yaxşısına da etsən nəyəsə nail ola bilmirsən.Milyon dənə yaxşılıq et, uğurlara imza at ya da nə bilim dünyanı fəth et, ürəyi kirli biri üçün sən hər zaman o səhv hərəkətinlə xatırlanacaqsan. Heç kim sənə inanmayacaq, çünki sənin yaxşı olma ehtimalın onları özlərinə daha günahkar hiss etdirəcək.Onlar əmin olmaq istəyirlər ki, dünyada özlərindən başqa günahkarlar var və onlar tək deyil.
Nə də olsa həyatımızın bir çox hissəsini özümüzü aldadaraq ya da zorla nəyəsə inandıraraq keçiririk.Başqa cürə necə qatlanmaq olar ki,bu həyata?
Sayfa 219Kitabı okudu
Bgn çk mtlydm çnk hrkstn uzkt svdğm yrdym nys bnun tatn çkrym ttlmn btmsne 10 gn vr drs yzü grmk istmyrm lakn hclrm sğlsn ödv vrdler el mcbr ypcğız dha ne kdr sğurm blmyrm nys cmltn ii gclr din kardeşlerim
- Fərəh, yadında saxla, əgər bir səhv edirsənsə və bunu səndən başqa kimsə ya da kimlərsə görürsə, sən əlindən gələnin ən yaxşısını da etsən nəyəsə nail ola bilmirsən. Milyon dənə yaxşılıq et, uğurlara imza at ya da nə bilim dünyanı fəth et, ürəyi kirli biri üçün sən hər zaman o səhv hərəkətinlə xatırlanacaqsan. Heç kim sənə inanmayacaq, inanmaq istəməyəcək, çünki sənin yaxşı olma ehtimalın onları özlərinə daha günahkar hiss etdirəcək. Onlar sənə inanmır, çünki əmin olmaq istəyirlər ki, dünyada özlərindən başqa da günahkarlar var və onlar tək deyil.Başa düşürsən nə demək istədiyimi? -Bəs ümid?Bəlkə o səhvi edən yaxın biridir və sən ən son ana qədər ümid edirsən ki, hər şey düzələcək? -Ümid tamam başqa hekayədir..
bazen aklıma düşüyor, kim bilir hakkımda daha kimlere ne yalanlar söyledi. nys güno
925 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.