9/10
·236 syf.··
2026 104. kitabı
Mən illərdir elmi fantastika oxuyuram. Ulduz döyüşləri, qalaktik imperiyalar, yadplanetlilərlə əl sıxmaq… Bunların hamısı gözəldir, rahatdır. Çünki orada hər şey aydındır: pis var, yaxşı var, texnologiya var, sonunda ya qələbə var, ya da faciə. Amma Stanislaw Lemin “Solaris”i... bu kitab oxuduqdan sonra məni günlərlə susdurdu. Zahirən, sadə bir süjet: Kris Kelvin adlı psixoloq sirli “Solaris” planetinə göndərilir. Orada alimlər illərdir bu planetin üzərindəki nəhəng, düşünən okeanı tədqiq edirlər. Amma okean insanlara cavab vermir. Daha doğrusu, elə bir cavab verir ki, insan beyni bunu qəbul edə bilmir. Alimlərin başına gələnlər dəhşətlidir: okean onların yaddaşından, günahkarlıq hissindən, ən dərin travmalarından “qonaqlar” yaradır. Kelvinin yanına da illər öncə intihar edən sevgilisi Hari gəlir. O, canlıdır, qanı var, nəfəs alır – amma o, insan deyil. Okeanın Kelvinin beynindən “oxuduğu” bir layihədir. Əvvəla, tənhalıq. Elə bir tənhalıq ki, nəinki başqa planetdə, öz yaddaşının içində belə tək qalırsan. Kelvin Harini sevir, amma bu sevgi əslində özünə işgəncədir. O, hər dəfə Harini görəndə öz günahını, öz bacarsızlığını, öz insanlığının çılpaqlığını görür. Okean isə bunu vecinə belə almır. Okeanın heç bir pis niyyəti yoxdur. O, sadəcə olaraq “başqa cür”dür. Bəlkə də o, sənət əsəri yaradır, bəlkə də oynayır, bəlkə də sınaq keçirir. Amma bizi, insanları, onun vecinə deyil. Bu, ən ağır həqiqətdir: Kainatda elə bir ağıl ola bilər ki, biz onun üçün maraqlı deyilik. Lem, sadəcə, qorxulu hekayə danışmır. O, bütün elmi fantastika janrının əsas problemindən danışır: biz hər şeyi özümüzə bənzədirik. Yadplanetli axtarırıq? Onun da iki gözü, bir burnu olsun istəyirik. Onunla danışaq, əl sıxaq, bəlkə də vuruşaq. Amma “Solaris”dəki okean nə danışır, nə də əl sıxır. O, sadəcə
Bilim-Kurgu
SolarisStanislaw Lem · İletişim Yayınevi · 20181,597 okunma
10/10
·256 syf.··
Beğendi
·
2026 46. kitabı
·
5 günde okudu
·
Okunma: 18 Nisan 2026 08:16
Stanislav Lemin "Solaris" romanı, elmi-fantastika janrının sərhədlərini aşaraq insanın dərketmə imkanlarının limitlərini, şüurun ontoloji mahiyyətini və yaddaşın insanı izləyən kölgə kimi təsirini araşdıran dərin və fəlsəfi əsərdir. Hadisələr sirli Solaris planetinin orbitində yerləşən tədqiqat stansiyasında cərəyan edir və hekayəni psixoloq Kris Kelvinin subyektiv baxış bucağından izləyirik. Kelvin elə radikal və fərqli, qeyri-insani bir yad zəka ilə qarşılaşır ki, bu qarşılaşma insanın öz biliyinə və kainatı dərk etmə qabiliyyətinə olan inamının nə qədər kövrək olduğunu bütün çılpaqlığı ilə üzə çıxarır. Solaris adlı okean-planet elmin qarşısına hələ də həlli olmayan bir tapmaca qoyur. Onun bütün səthi mürəkkəb kolloid plazmadan ibarətdir. Bu maddə daim hərəkətdədir, sanki məqsədli, lakin bizim üçün anlaşılmaz strukturlar yaradır, eyni zamanda istənilən mənalı təmas cəhdinə inadla müqavimət göstərir. "Solarisçi"lərin nəsilləri bu planetin mahiyyəti haqqında bir-birinə zidd nəzəriyyələr quraraq bütöv bir elm sahəsi – "Solaristika" yaradırlar. Lakin zaman keçdikcə bu sahə yad fenomenləri dərk etməkdən çox, insan psixologiyasının labirintlərində azmağa çevrilir. Kelvin köhnəlmiş, dağılmaq üzrə olan stansiyaya gəldikdə, digər alimləri dərin psixoloji sarsıntılar içində tapır. Onların hər birini "qonaqlar" izləyir. Bu qonaqlar alimlərin ən dərin xatirələrindən, sarsıntılarından və peşmanlıqlarından doğulmuş, neyron izləri vasitəsilə fiziki olaraq qüsursuz şəkildə yenidən qurulmuş varlıqlardır. Solaris insan beynində yayılan dalğaları tutur və "qonaqları" insan yuxuda olarkən (beynin müdafiə mexanizmlərinin zəifləməsindən istifadə edərək) yaradır. Okean beynin şüuraltı qatlarına, yaddaşın gizli "adacıqlarına" nüfuz edərək oradakı emosional proyeksiyaları kəşf edir. Lakin
1000Kitap
SolyarisStanislaw Lem · Qanun Neşriyyat · 20181,597 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
7/10
·120 syf.··
2025 22. kitabı
·
3 saatte okudu
·
Okunma: 03 Aralık 2025 20:18
“İndi ki okean belə amansızdır, su qaranquşu kimi zəif quş niyə yaradılıb?” Necə gözəl bir metafordur. Dünya amansız və acımasız olduğu halda, zəiflər niyə doğulur? Bunun kimi daha bir çox düşündürücü və gözəl suallarla, fikirlərlə dolu bir kitabdır Qoca və Dəniz. Şişirdildiyini iddia edənlərə fikir verməyin, onlar sadəcə könül gözüylə görməyi, düşünən ağılla oxumağı bacarmırlar… tövsiyə edirəm, oxuyun
Duygu ve Düşünce
Qoca və DənizErnest Hemingway · Qanun Nəşriyyatı · 202141,1bin okunma
Zona romanı haqqında fikirlərim
8/10
·212 syf.··
Beğendi
·
2025 20. kitabı
·
1 saatte okudu
·
Okunma: 29 Ekim 2025 21:07
Gənc yazarlar ittifaqında tanış olduğum, dəyərli Samir Turanın “Zona” romanını bitirdim. Fikrimcə Samir Turanın “Zona” romanı Azərbaycan fantastikasında yeni nəfəs, fərqli düşüncə axını gətirən əsərlərdəndir. Hər nə qədər bu janra yad olsamda bu əsər məni bu fikrə gətirdi. Çünki, yazıçı oxucunu adi bir məkan təsvirindən çıxararaq, sirli və qeyri-realist bir aləmə salır. Əsər zahirən kosmik və mistik hadisələrdən bəhs etsə də, mahiyyət etibarilə insanın ruhi labirintinə, onun qorxularına və varoluş mübarizəsinə enir.Roman klassik elmi-fantastik başlanğıcla açılır: qəhrəman yad, anlaşılmaz bir yerdə gözünü açır, kim olduğunu və necə gəldiyini bilmir. Tomi ilə bərabər oxucu da yaddaşsız, istiqamətsiz bir səyahətə çıxır. Bu, oxucuda dərhal maraq oyadır. Ardınca isə hadisələr sanki “Survivor” atmosferində davam edir: mağara, ocaq, qəribə təbiət hadisələri, fırtına, sükut, sirli qaydalar... Çevrə və Zona adlanan yerlər təkcə coğrafi məkan deyil, həm də insan şüurunun sərhədlərini təmsil edir. Burada hər şeyin öz qanunu var, xüsusilə də “sükut qanunu” – danışmağın cəzalandırıldığı, səssizliyin hökm sürdüyü bir dünya diqqətimi çəkdi. Məncə bizim dünyada da buna ehtiyac var) Tomi və onun dostu Nelson həyatla ölüm arasında, ağıl ilə qorxu arasında sıxışıb qalmış insanın iki tərəfini simvolizə edir. Onların mübarizəsi təkcə sağ qalmaq üçün deyil, həm də özlərini dərk etmək, öz “zonalarından” çıxmaq üçündür. Hər addımda dəyişən təbiət – gah meşə, gah səhra, gah da okean – insanın ruh halının dəyişkənliyini əks etdirir. Samir Turan bu romanda psixoloji gərginliyi və fəlsəfi dərinliyi ustalıqla birləşdirir. Qaranlıq, soyuq və sükut içində yaşayan qəhrəmanlar vasitəsilə yazıçı oxucunu düşündürür: bəzən ən qorxulu yer, əslində, insanın öz beynidir. Həyatın mənası, xilas yolunun
Alıntı
ZonaSamir Turan · Alfacin Neşriyyat · 202513 okunma
"Satranç"
8/10
·70 syf.··
2025 50. kitabı
·
5 saatte okudu
·
Okunma: 15 Ağustos 2025 18:04
Stefan Zveyqin “Satranç” əsəri sadəcə şahmatdan bəhs etmir.Bu,insan zehninin necə həm güclü,həm də kövrək ola biləcəyinin hekayəsidir.Hadisələr okean ortasında hərəkət edən bir gəmidə baş verir.Burada iki ziddiyyətli xarakter qarşı-qarşıya gəlir:dünya şahmat çempionu Mirko Çentoviç və sirli,sakit görünən Dr. B. Çentoviç soyuq,riyazi dəqiqliklə oynayan bir usta,Dr. B. isə təsadüfən tapdığı bir şahmat kitabı ilə təcrid olunmuş,həbsdə öz zehnini inanılmaz dərəcədə məşq etdirmiş bir insan.Onların qarşıdurması sadəcə taxtadakı fiqurların savaşı deyil ,eyni zamanda bu, daxili dünyaların duelidir sanki. Zveyq oxucuya göstərir ki,insan beyni bəzən möcüzələr yarada bilir,lakin həddindən artıq gərginlik və tənhalıq bu möcüzəni dağıda da bilər. "Satranç” oyun kitabı deyil,bu,ağıl və hisslərin,dahilik və dəliliyin sərhədində baş verən sarsıdıcı bir hekayədir. Bəzən biz də həyatın şahmat lövhəsində hansı gedişi edəcəyimizi düşünürük… Amma unuduruq ki,hər gedişin arxasında həm zəka,həm də ürək dayanmalıdır.
1000Kitap
SatrançStefan Zweig · Bildiğin Kitap · 2018279,7bin okunma
7/10
·490 syf.·
2023 5. kitabı
Cek Londonun “Martin Eden” romanı fərdi inkişaf, sinfi mübarizə, təhsil və cəmiyyətin insan dəyərlərinə münasibəti kimi mövzuları əhatə edir. Əsərin əsas ideyası insanın öz istedadı və zəhməti ilə uğur qazanmağa çalışması və bunun nəticəsində yaşadığı daxili böhran üzərində qurulub. Martin Eden yoxsul və savadsız bir dənizçidir. O, təsadüfən zadəgan ailəsindən olan Ruf adlı bir qızla tanış olur və ona vurulur. Rufun intellektual dünyasına heyran qalan Martin təhsil almağa və yazıçı olmağa qərar verir. O, böyük çətinliklərə baxmayaraq öz üzərində çalışır, kitablar oxuyur və yazılar yazır. Ancaq uğur qazanması uzun müddət çəkmir və bu müddət ərzində cəmiyyətin onu qəbul etmədiyini hiss edir. Axırda Martin məşhur yazıçı olur, lakin bu dəfə də cəmiyyətin ona verdiyi süni dəyərlərdən iyrənir və həyat mənasını itirir. Martin Eden fərdi mübarizə və özünü yaratmağın simvoludur. O, həm də Cek Londonun öz həyatından ilhamlanmış bir obrazdır. Ruf burjua cəmiyyətinin və səthi mədəniyyətin simvoludur. Onun sevgisi ancaq Martin uğur qazandıqdan sonra gerçək olur. Dəniz və okean azadlığın və insanın təbiətə qarşı kiçikliyinin rəmzidir. Axırda Martin özünü dənizə ataraq həyatını sonlandırır. İnsanın özünü formalaşdırması və dəyişməsi əsərdə əsas ideyalardan biridir. Martin özünü tamamilə dəyişdirir, ancaq nəticədə daxili boşluğa düşür. Cəmiyyət yoxsul və savadsız olanda onu dəyərsiz görür, amma məşhur olduqdan sonra ona hörmət edir. Ruf başda ona dəyər vermir, amma uğur qazandıqdan sonra dəyişir. Bu, sevginin səmimiliyini sual altına qoyur. Martin əvvəl idealist və romantik düşüncələrlə yaşayır, amma axırda reallıq onu tamamilə dəyişir. Cek Londonun dili təsviri və realistdir. O, Martin Edenin daxili düşüncələrini və inkişafını çox detallı təsvir edir. Əsər təkcə bir insanın uğur
1000Kitap
Martin İdenJack London · TEAS Press · 0135,3bin okunma