Dante Alighieri – The Divine Comedy
Puan vermedi
Bəzi əsərlər var ki, onları sadəcə oxumaq olmur; onları anlamağa, hiss etməyə və üzərində düşünməyə çalışırsan. “The Divine Comedy” mənim üçün məhz belə əsərlərdən biri oldu. İlk baxışda bu əsər Cəhənnəm, Əraf və Cənnətə edilən mistik bir səyahət kimi görünə bilər. Lakin oxuduqca anlayırsan ki, Dante yalnız axirət dünyasını təsvir etmir. O, insanın qorxularını, günahlarını, ümidlərini və mənəvi axtarışını poetik bir dillə qələmə alır. Əsər eyni zamanda insanın qaranlıqdan işığa doğru olan daxili səyahətidir. Dantenin yaratdığı dünya son dərəcə təfərrüatlı və təsirlidir. Xüsusilə Inferno hissəsində qarşılaşdığı obrazlar və onların taleləri uzun müddət yadda qalır. Hər cəza, hər məkan və hər personaj müəyyən bir simvol daşıyır və əsəri sadəcə bir hekayədən daha artıq bir şeyə çevirir. Kitabı oxuyarkən məni ən çox təsirləndirən məqamlardan biri onun yüzilliklər əvvəl yazılmasına baxmayaraq, insan təbiəti haqqında söylədiklərinin bu gün də aktuallığını qoruması oldu. Günah, vicdan, ədalət, sevgi, peşmançılıq və ümid kimi mövzular əsərin hər səhifəsində hiss olunur. Bu baxımdan The Divine Comedy yalnız orta əsr ədəbiyyatının deyil, dünya ədəbiyyatının ən böyük əsərlərindən biri hesab olunur. Əsər bəzən mürəkkəb və çoxsaylı istinadlarla zəngin olduğu üçün diqqətli oxu tələb edir. Lakin göstərilən səbr öz bəhrəsini verir. Çünki kitab yalnız bir dövrün düşüncə tərzini deyil, insanın özünü anlamaq cəhdini də əks etdirir. The Divine Comedy mənim üçün sadəcə bir klassik deyil, həm də insan ruhunun və mənəvi axtarışının möhtəşəm poetik təsviri oldu. Bəzi kitablar zamana məğlub olur, bəziləri isə əsrlər keçsə də öz gücünü qoruyur. Dante Alighierinin bu əsəri məhz ikinci qrupdandır. 8/10
İlahi KomedyaDante Alighieri · Alfa Yayınları · 2021239 okunma
Sahil kənarında etiraf
9/10
·196 syf.··
2026 13. kitabı
Həm hekayənin daha da dərinləşməsi, həm də obrazların hisslərinə nəzər salması məni olduqca şad etdi. Bu səbəbdən əslində qiymətim 4.5☆-dur. Lakin burda yarım bal vermək olmur, təəssüf ki. Obrazımız ölü bir bədənə keçən bir canlı olsa da, artıq insani dəyər və duyğuları anlamağa, iliklərində hiss etməyə başlayıb. Bunu son bölümdə görmək mümkündür. Yoshiki ilə danışanda sevgidən bəhs etməsi elə bunun ən böyük nümunəsidir. O bir hissə sahibdir ki, ona zərər verməkdən çəkinir və beləcə dağlara geri qayıtmaq istəyir. Biz də eynilə Hikaru kimi sevdiklərimiz üçün daha yaxşısı oldusun deyəv ya qorumaq məqsədli özümüzü uzaqlaşdırırıq. Bu nə qədər ağrılı bir prosses olsa da, bəzən edəcək başqa bir seçim şansı qalmır insanın əlində. -"An' I— well, being with you has been so much fun... I might just be subatitute fer Hikaru but— you've done so much fer me. I love you, Yoshiki. I don't know what this feelin' is, if it's romantic love or platonic love. But no matter what, that's how I feel."—Hikaru
光が死んだ夏 5 [Hikaru ga Shinda Natsu 5]Mokumokuren · 角川 [Kadokawa] · 202439 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
8/10
·220 syf.··
Beğendi
·
2026 3. kitabı
·
12 günde okudu
·
Okunma: 12 Haziran 2026 00:00
Kitabda Azərbaycanlı repressiya qurbanlarının haqqında yer almasa da mən oxuduqca o qurbanları, onların dostluqlarını, onların gördüyü işgəncə və həbs günlərini hiss edirdim. Dili çətin deyildi, lakin bəzi hissələr da da düşündürücü idi. Sona qədər hansı ideologiya haqlı, hansı haqsızdır anlamaq olmur. Çünki hər bir sonrakı nəsil digərindən daha da oyanmış, ayıq gəlir. Lakin keçmiş nəsilin gördükləri və təcrübələri də var. Bu səbəblə kitab sizi Stalin vaxtına, keçidlərə aparacaq.
Gözqamaşdırıcı ZülmətArthur Koestler · Xan Nəşriyyatı · 2020568 okunma
Puan vermedi·328 syf.··
2026 22. kitabı
·
13 günde okudu
·
Okunma: 10 Haziran 2026 17:02
McFadden oxuyanda artıq heç kimə inanmıram. Çünki onun kitablarında görünənlə həqiqət heç vaxt eyni olmur. "İş yoldaşı" İtkin düşən bir iş yoldaşı, tapılan e-poçtlar, şübhəli yazışmalar və hamının ittiham etdiyi tək bir nəfər — Natali. Hər səhifədə fikrinizi dəyişəcək, hər detal sizi başqa istiqamətə aparacaq. Mən sonluğu təxmin etdiyimi düşünürdüm, amma McFadden yenə öz oyununu oynadı. Bu kitab bir daha sübut etdi ki, insanları tanımaq heç də asan deyil...
İş ArkadaşıFreida McFadden · Olimpos Yayınları · 20251,848 okunma
Özgürlük
Puan vermedi·200 syf.··
2026 5. kitabı
·
6 günde okudu
·
Okunma: 09 Haziran 2026 16:50
Osho çərçivələrdən kənar düşünmə bacarığını bu kitabda da nümayiş etdirir. Oshoya görə azadlıq anlayışı heç bir dindən, ideologiyadan asılı deyil. Azad insan özünü heç bir qrupa, cəmiyyətə, dövlətə aid hiss etməməlidir, çünki bütün bunlar insan üçün məhdudiyyətlər yaradır. Osho deyir ki, insan yeni doğulanda müsəlman, xristian, yəhudi, hindu və s. kimi doğulmur, hətta adı belə olmur, bunların hamısı insana sonradan proqramlaşdırılır. Əsl azadlıq elə bunlardan azad olmaqla başlayır, amma sadəcə bu mərhələ ilə bitmir. Nələrdənsə azad olduqdan sonra əldə etdiyin azadlığı yaradıcılıq üçün istifadə etməlisən, deyir Osho. Yaratmaq üçün istifadə edilməyən azadlıq insana kədər gətirir. Həmçinin, sənin azadlığın digər insanların azadlığına mane olmamalıdır. Deyir ki, nə vaxt ki, davranışlarının, fikirlərinin proqramlaşdırılmış olduğunu, sənin robotdan fərqlənmədiyini başa düşsən, elə o gündən azadlıq üçün ilk addımı atmış olacaqsan. Maraqlı kitab idi, tez-tez düşündüyüm mövzulara toxunulub deyə yorulmadan oxudum.
Özgürlük - Kendin Olma CesaretiOsho · Butik · 2021773 okunma
Puan vermedi·80 syf.··
2026 17. kitabı
İnsanın daxilində olan şeytan ilə mübarizəsinə həsr olunan maraqlı bir əsərdir. Əsərin qısa məzmunu daxilində şeytana təslim olan bir insanın öz nəfsinə sahib çıxa bilməməsi nəticəsində baş veren bədbəxt sonluq haqdadır. İnsan öz nəfsinə sahib çıxmalı və içindəki həmin şeytanı öldürməlidir. Lakin bu çox zaman belə olmur. Şeytan insanı içdən məhv edir və insan uduzur. Bu məğlubiyyət isə çox bədbəxt sonluq ilə insanı məhv edir. Nəticədə insan daima özü ilə mübarizədə olmalı və o şeytana qarşı özünü qorumalıdır.
ŞeytanLev Tolstoy · Qanun Nəşriyyatı · 04,500 okunma