"İnsanoğlu başka dünyalar, başka uygarlıklar bulmak için yola düşmüştü ama, karanlık geçitlerde gizli bölmelerden oluşan kendi öz labirentini tanımamış, kendi mühürlediği kapıların ardında neler yattığını bulup çıkaramamıştı.
Dəlixana - həmişə əsrin ruhi vəziyyətinin, sanki, suyunun sıxılıb çıxarıldığı yerdir. Bütün əyintilər, bütün ruhi kənaraçıxmalar və əcaiblik normal cəmiyyətin içində elə əriyib itib ki, onu aşkara çıxartmaq çətindir. Yalnız burada, necə deyim, qəliz yerdə onlar öz dövrlərinin cizgilərini dəqiq çəkirlər. Bax, ruhlar muzeyi...
İnsan mənə bax belə bir mənzərəni xatırladır: sanki, kimsə yüzlərcə əsrin ağır əməyinin nəticəsində məftunedici, çox gözəl qızıl heykəlin səthinin hər bir santimetrinə qəribə formalar verərək onu kəsib. Susan melodiyalar, miniatür divar naxışları, bütün dünyanın gözəlliyi və bütün bunlar minlərlə sehrli qanunun təsirinə tabe olaraq tam halında bir yerə yığılıb. Bu qədd-qamətli heykəli peyin horrasını qarışdıran maşının içərisinə yerləşdiriblər. Bax bu da sizə insanın həyatdakı təxmini yeri. Necə də dahilik, necə də zərif icra edilmə! Orqanların gözəlliyi. Fikirlərin dayanıqlığı sayəsində dəmir məntiqlə hər tərəfə qaçışan atomları, elektronların yüngül tüstüsünü, vəhşi hissəcikləri bir yerə yığmaq və bədəni qılafda dustaq eləyərək onlara yad olan tapşırıqları yerinə yetirməyə məcbur eləmək mümkün olub. Hüdudsuz səbirlə oynaqların sadə mexanizmlərinin, dizlərin üslubunun, dairə üzrə axan qanın labirintlərinin, əcaib optik cihazların, əsəb sisteminin arxitekturası, minlərlə və minlərlə bir-birini qarşılıqlı surətdə cilovlayan, öz mükəmməllikləri ilə bizim təsəvvür eləməyə qadir olduqlarımızı belə üstələyən cihazın planlaşdırılması. Bütün bunlar tamamilə faydasızdır!
Biz azadlığa müxtəlif üsullarla nail oluruq. Bəziləri özgə hesabına - bu olduqca nalayiq hərəkətdir, əvəzində isə əlverişlidir. Digərləri isə vəziyyətdən sürüşüb keçə bilməyin mümkün olduğu çat axtarırlar. "Ağılsızlıq" sözündən qorxası olmayacağıq. Mən təsdiq eləyirəm ki, öz azad hərəkətlərimi nümayiş elətdirmək üçün, əlbəttə, ağılsız hərəkət eləyə bilərəm.