Pandalar

Pandalar
@pandadaninciler
Nigi will overcome this depression thing
6/10
·296 syf.··
Beğendi
·
2026 1. kitabı
·
27 günde okudu
·
Okunma: 18 Mart 2026 23:32
Bir super ideya necə yaxşı dəyərləndirilməyə bilərdir bu kitab. Əla ideya, maraqlı başlanğıc və sıxıcı son. Mənə vermək istədiyi mesajla yanaşı, kitabın irəliləməsi, sonu, hadisələrin baş vermə təsviri və s. maraqlıdır. Yazıçı elə bir axrını tələsik yazıb. Özümdən tapdığım çox şey oldu, amma bu kitabdakı mənfiləri gözardı edə bilmərəm. 6 bal vermə səbəbim sonluğu xoşuma gəlməməsinə görədir.
1000Kitap
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202598,1bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Bu kitab bu qədər uzadılmamalıydı.
9/10
·528 syf.··
2025 2. kitabı
·
33 günde okudu
·
Okunma: 18 Temmuz 2025 04:19
John Verdon oxumaq həmişə zövq verir. Mizahı, yazım tərzi, Dave-in ailəsini bu qədər həngamə içində o hüzurlu təsviri və s. Amma hər kitabda cinayətlərin eyni yolla aşkar edilməsi, təkrarlanması məni yorur. 4-cü kitabıdır ki oxuyuram, amma yenilik görmürəm. Həmişə hardansa məlumatlar toplayır və son anda qatili üstünə salıb özünü təhlükəyə atanda ona Vəhy gəlir və beynində sarı lampalardan yanır. Bu kitabına gəldikdə isə Peter Pan niyə belə axmaqcasına öldü axı? Belə professional kirayə qatilin üstündə necə bir silah yoxdur axı? Bundan əlavə Peter çox asanlıqla Davidi öldürə bilərdi, durub xoruzu öldürüb xəbərdarlıq edir. Bro, seriously? Yəni bilmirəm fikirləşirəm daha dramatik bir yolla daha tülkücəsinə bir planla nəsə eləmək olardı. Maraqla oxumadım deyə bilmərəm ÇÜNKİ DAVİD ARTIQ MƏNİM KÖHNƏ DOSTUM KİMİDİR. Və əgər bir kitabdakı obraz mənə varlığını inandıra bilirsə deməli nə qədər tənqidi yazsam da həmin kitab yaxşı bir bala layiqdir.
Peter Pan ÖlmeliJohn Verdon · Koridor Yayıncılık · 20149,5bin okunma
Yaxşıdır
Puan vermedi·336 syf.··
2024 4. kitabı
·
5 günde okudu
·
Okunma: 04 Eylül 2024 17:32
Kitabı almazdan əvvəl çox vaxt onlar barədə rəyləri oxuyuram. İnsanların oxuduqları haqqındakı fikirləri maraqlı gəlir. Amma deyəsən buna son verməliyəm artıq, çünki çoxluğun ortaq qərara gəldiyi düşüncələrlə kitabı oxuduqdan sonra olan düşüncələrim heç vaxt üst-üstə düşmür məndə. Ola bilər o fikirləri səhv çıxartmaq istəyim də var, bilmək olmaz. Nəysə. Demək istədiyim odur ki, çox adam kitabı qorxulu, tük ürpərdirici dərəcədə gərginlik olan, həyəcan verici adlandırmışdı. Heç bir qorxu, narahatlıq və ya başqa hiss keçirmədim kitabı oxuyarkən, oxunulması asan, axıcı kitabdır bu qədər. Kitabın axrına təxminən 20 vərəq qalmış məni maraq bürüdü ki, sonluq necə olacaq, amma heç məmnunluq hissi duya bilmədim. Çox suallarım cavabsız qaldı, bəzi hissələr isə məntiqsiz gəldi. Davam kitabı olduğunu öyrəndim, bəlkə də orda cavablar var, amma bunu oxumağa heç bir hərəs yaratmadı bu ilk kitabı. Filmi də var Bird box adlı, təbii ki orda dəyişikliklər var, elə ona görə də ancaq 20 dəqiqə dözə bildim. Anlamıram niyə dəyişiblər, bəzi obrazlar yoxdur, bəzilərinin adı dəyişib və s. Öz beynimdə yaratdığımla uyğunlaşmadı deyə baxa bilmədim. Məncə kitabı daha yaxşıdır, hər nə qədər filmini bitirməsəm də belə fikirləşirəm. Çox neqativ oldu bu şərhim amma buna bir məna yükləyib oxumamazlıq etməyin, oxumaq olar, maraqlıdır.10 üzərindən 7 olacaq dərəcədə maraqlıdır hətta. Ps: Başı dumanlı şəkildə yazmışam bu rəyimi, bəlkə sonradan silərəm.
2024 Okuma Raporları
KafesJosh Malerman · İthaki Yayınları · 201814,7bin okunma
Puan vermedi·479 syf.··
2024 1. kitabı
·
192 günde okudu
·
Okunma: 24 Mayıs 2024 00:20
Mən anlamağa çalışdım səni, Hikmət və anladım da öz nəzərimdə, anlaya biləcəyim bütün mənliklərimdə. Necə də əsəbləşirdim bəzi hərəkətlərinə, hansı ki yalnız düşüncələrinlə etdiklərin idi onlar. Sən bilmirəm bu dünyada məni necə var olduğuna inandırdın amma inandım və kədərliyəm. Xoşbəkliklərlə özünü aldadanları sevirəm mən, bu qədər oyunlara rəğmən qaramsarlığını qoruyanları yox amma sən yıxdın sərhədləri və inandım hər ‘xoşbəxt’ adamlarda belə bir tam mində bir Hikmət olduğuna. Və qatılıram sənə ensiklopediyaya ehtiyac duyuram mən, sən öz oyunlarında söz açdığını (hansı ki o yalnız sənin düşüncələrində mövcuddur) borc versən də olar, borc hansı ki bir ömür sonra qaytaracağam. Bilmirəm ay adam əsəbləşdirdin məni, nə dediyinini anlamadığım anlarda hələ lap kefimi də pozdun hansı ki o da hər vaxt ən az sənin insanlığa inancın qədər olur. Nəysə, bir şey qaraladım səni tanısınlar deyə. Tanımadığım adamı tanıdıram.
2024 Okuma Raporları
Tehlikeli OyunlarOğuz Atay · İletişim Yayınları · 202538,8bin okunma
8/10
·480 syf.··
2023 3. kitabı
·
204 günde okudu
·
Okunma: 21 Şubat 2023 16:21
Franz Kafkanı yaxından tanımağınıza kömək olan kitabdır. Bu kitab haqqında deyiləcək o qədər söz var ki, o ifadələr, hislər, səmimilik.. Mən onları bura sığışdıra bilmərəm, düzü heç onları bura yazaraq təhlil edib o sehri pozmaq istəmirəm. Əslində ilk 250 səhifəsini özümü məcbur edərək oxusam belə ardını acgözlüklə, maraqla, yazılan hisləri dərk edərək və hörmət edərək oxudum. Hər nə qədər bu məktublar Kafkaya şöhrət gətirsə də mən həmişə K-nin bu şöhrəti bilsə belə(əmin olsa belə) məktubların nəşr olunmamasını, gizli qalmasını istəyəcəyini düşünürəm və ona buna görə haqq verərdim. Bu məktubları oxuyanda məni bir çox şey narahat edirdi. Həm Milenayla, həm də Kafkayla bağlı. Axı Milenaya Kafkanın gündəlik o 'sıxıcı' həyat tərzi niyə maraqlı olmalıydı deyə düşünürdüm. İndi də düşünürəm, amma məni əvvəlki qədər narahat etmir. Mən artıq Milenanı Milenanın Max Broda yazdığı məktublardan nə etdiyini anladığıma görə, Kafkanın psixologiyasını və niyyətini anladığıma görə(ən azından bu mənə elə gəlir) oxumağa davam edə bildim. Bir növ kitaba da alışdım.
Düşünce
Milena'ya MektuplarFranz Kafka · Martı Yayınları · 202165,8bin okunma