Puan vermedi·173 syf.··
2026 17. kitabı
Bəhram Əhməd - “Paramneziya” Bu gün sizə Bəhram Əhmədin "Paramneziya" kitabı barədə danışacam. Bu, yazıçıdan oxuduğum ikinci kitabdır. İlk oxuduğum "Vorkuta əkizləri" pis deyildi, bəyənmişdim. Amma mənə görə, yazıçının bu kitabı birincidən qat-qat yüksək səviyyədədir. Sözsüz ki, zövqlər müxtəlifdir, amma mənim fikrim budur. Bu kitabı mənə hədiyyə edən dostuma təşəkkür edirəm bir daha. Bildiyim qədərilə hal-hazırda satışda yoxdur və tapılması bir az çətindir. Amma təhlilə başlamazdan öncə dərhal bir məqamı vurğulamaq istəyirəm: bu kitabı harda görsəniz, mütləq şəkildə alın və oxuyun. Bu il oxuduğum və sonunda rəsmən "vau" dediyim, heyran qaldığım ən yaxşı kitablardan biridir. Bunu öncədən deyim, biləsiniz. Kitabın mövzusuna gəlincə, qarşımızda kiçik həcmli, bir oturuşa, bir nəfəsə oxuyub bitirə biləcəyiniz hekaye var. Elə buna görə də mövzu haqqında çox ətraflı danışıb, spoiler vermək istəmirəm. Hadisələrin mərkəzində Nərmin adlı bir psixoloq, həyat yoldaşı və övladı dayanır. Kənardan hər şey olduqca normal görünür və standart, sakit bir ailə həyatı sürürlər. Lakin günlərin bir günü onun qəbuluna Sevda adında bir qadın gəlir. Məhz bu görüşdən sonra Nərminin bütün dünyası alt-üst olur. O, öz keçmişinin və yaşadıqlarının görünməyən tərəflərini, gizli qalan əsl həqiqətlərini öyrənməyə başlayır. Sevda xanımın nə danışdığını və bu görüşün Nərminin həyatını necə dəyişdiyini bilmək üçün isə bu kitabı mütləq oxumaq lazımdır. Ümumiyyətlə, mən bu tərz psixoloji triller kitablarını çox sevirəm. Müəllifin məni ustalıqla aldatmasına, kitab boyu ilk səhifədən son səhifəyə qədər böyük bir yalana inandırmasına heyranam. Çünki kitabin sonunda o yalanın əsl üzünü, gizlənən həqiqəti sənə elə çarpıcı ve heyratamiz şəkildə göstərir ki, donub qalırsan. Bir sözlə kitab "tərs köşə" - mən
ParamneziyaBəhram Əhməd · 048 okunma
10/10
·172 syf.··
Beğendi
·
2024 11. kitabı
·
3 günde okudu
·
Okunma: 26 Ağustos 2024 00:00
M.Ə.Talıbov 1837-ci ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Tiflisdə təhsil alıb. Rus, ingilis və fransız dillərini öyrənib. Təhsil aldığı dövrdə rus yazıçılarının fikirləri ilə tanış olub və onlardan təsirlənib. Azərbaycan və fars dilində yazıb. Bir xeyriyyəçi kimi Bakıda və Temirxan-Şurada qızlar məktəbinin açılması üçün maddi yardım edir. İranın birinci Milli Məclisinə deputat seçilsə də, bu vəzifəni icra etməkdən imtina edib. Bütün əsərlərini 55 yaşından sonra yazıb; Yazdığı son 2 kitabdan başqa bütün kitabları özü öz şəxsi vəsaiti hesabına çap etdirib; "Səfineyi-Talibi" və ya "Kitabi Əhməd" əsəri Azərbaycan ədəbiyyatında uşaqların həyatından bəhs edən ilk kitabdır. O bu əsəri Jan Jak Russonun "Emil və ya tərbiyə haqqında" əsərindən təsirlənərək yazıb; İlk orijinal bədii əsəri olan "Kitab yüklü eşşək" alleqorik romanında maarifçiliyi təbliğ edib. 1911-ci ildə vəfat edib. Bu roman XIX-XX əsr İran cəmiyyətindəki sosial-siyasi problemlərə işıq salan, həmçinin Məşrutə inqilabı dövrünün mütərəqqi fikirlərini əks etdirən əhəmiyyətli bir nümunədir. Romanda Coşşa adlı eşşəyin dilindən baş verən hadisələri oxuyuruq. Roman boyu onun başına gələn hadisələr, eşşəyin yaşadıqlarından, insanların ona verdiyi zərərdən çıxardığı nəticə öz dilindən nəql olunur. Romanın sonunda insan, cəmiyyət və insani keyfiyyətlər barəsində sual-cavab verilib. #aimraabooks
Kitab Yüklü EşşəkMirzə Əbdürrəhim Talıbov · Xan Nəşriyyatı · 202435 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
7/10
·68 syf.··
2026 6. kitabı
·
4 günde okudu
·
Okunma: 20 Şubat 2026 19:54
İlk olaraq qeyd edim ki, bütün dünyada sevilən bu müəllifin üslubunu bəyənməsəm də, problemin məndə, yoxsa müəllifdə olduğunu dəqiqləşdirmək üçün onun əsərlərini oxumağa çalışıram. Bu kitab digərləri ilə müqayisədə oxşar psixoloji xəttə sahibdir. Müəllif kitablarında sanki insanlara pessimistlik və ağır psixoloji problemlər aşılayır.Əsər oxucuya böyük bir sual buraxır: qadının hissləri həqiqi sevgidir, yoxsa təhlükəli bir obsessiya? Məncə, buna sevgi demək çətindir. 13 yaşından etibarən bir insana bağlanıb bütün həyatını bu hiss üzərində quran bir qadının taleyi çox düşündürücüdür.
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022266,9bin okunma
Puan vermedi·232 syf.··
2025 12. kitabı
bu kitabi herkese oxumagi şiddetle tövsiye edirem şexsi inkíşaf janrdinda yazilmiş bu kitab gündəlik həyatda insanın stressini azaltmaq, xırda problemlərə həddindən artıq önəm verməmək və daha rahat, balanslı yaşamağı öyrədir .çooooooox beyendim
Xırda Şeyləri Dərd EtməyinRichard Carlson · Qanun Nəşriyyatı · 20182,452 okunma
Puan vermedi·240 syf.··
2026 23. kitabı
Uzun müddətdir, şans vermək istədiyim bir əsər idi. Buna səbəb, əsər haqqında hər zaman müsbət rəylərlərlə rastlaşmam idi. Atalar demişkən, “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Əsərimizin baş qəhrəmanı Fransa, Parisdə yaşayan Azərbaycan əsilli bir gəncdir. Gəncimiz yazıçı olmaq istəyir, lakin heç cürə ilham tapa bilmir. O bunun üçün Fransadan Marselə doğru səyahət edir və burada təsadüfən “Əfşar” adında bir oğlanla tanış olur. Əsərin əsas hissəsi də məhz bu tanışlıqdan sonra başlayır. Qəhrəmanımız Əfşarın həyatına qulaq asdıqdan sonra, yazmaq üçün məhz onun həyatını seçir. Beləliklə onların dostluqları başlayır, günlər bir-birini əvəzləyir, Əfşar öz keçmişini danışır, baş qəhrəmanımız isə onu kağıza köçürür. Beləliklə biz eyni anda həm Əfşarın təsirli hekayəsinə, həmçinin də yazıçımızın öz həyatındaki problemlərə şahid oluruq. Məncə əsərin yazı dili çox sadə və oxunaqlı idi. Yazıçı vətən həsrətini, ailə dəyərlərini, azadlığ və sevgi hisslərini ən bəsit şəkildə, ya da digər bir adla desək, hamımızın bildiyi amma bildiyinin fərqində olmadığı bir tərzdə dilə gətirib. Oxuduqca sizi öz içinə çəkən bir əsərdir. Xüsusilə Xalid Hüseyninin əsərlərini bəyənən insanlar üçün, çox ideal bir seçimdir. Əsərin bu qədər az bilinmə səbəbi, birazda yeni yerli yazıçı qərəzidir məncə. Bu doqmaları yıxıb, bəzi əsərlərə şans versək, müasir ədəbiyyatda, heç də digər ölkələrdən geridə qalmadığımızı anlaya bilərik.
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202087 okunma
10/10
·103 syf.··
2026 6. kitabı
Kitaba keçməzdən öncə qeyd etməliyəm ki, müəllif sona yaxın həm əsərin adının, həm də üz qabığındakı təsvirin mahiyyətini elə bir dəqiqliklə açır ki, oxucu bu seçimin heç də təsadüfi olmadığını anlayır. Hətta deyərdim ki, kitabın bütün fəlsəfəsi məhz bu ana xətt üzərində qurulub. Povestdə həyatda edilən yanlış seçimlərin ətrafındakı doğru insanların taleyini necə alt-üst etdiyi böyük ustalıqla təsvir olunub. Əsərdəki obrazların hər biri( Hamlet, Liliya, Bulud, Türkay, Nazilə, Əli, Mirzə )o qədər canlıdır ki, onların heç birinin təsadüfi olmadığını, hər birinin taleyinə incəliklə toxunulduğunu hiss edirsən. Hekayə Türkayın yetimxanadakı acınacaqlı həyatı ilə başlayır. Türkayın timsalında biz günümüzün ən böyük ağrılarından birini ,valideynləri tərəfindən ya məcburiyyətdən, ya da məsuliyyətsizlikdən kimsəsizlər evinə atılan uşaqların acı taleyini görürük. Müəllif oxucuya çatdırır ki, o soyuq divarlar arasında tənhalığı iliklərinə qədər duyan bu uşaqlar üçün yad bir insanın kiçik bir nəvazişi belə ruhlarında böyük ümidlər cücərdə bilər.Əsərdə ailə daxili problemlər, xüsusən də Hamletin atası ilə olan münasibəti çox təsirli işlənib. Atasının, onun rus xanımla qurduğu xoşbəxt nikahına etiraz edərək onu övladlıqdan silməsi və çətin anında yanında durmaması bir övladın yaşaya biləcəyi ən ağır sınaqlardan biridir. Valideynlər övladlarının seçimlərinə hörmət etməli, onlar büdrəyəndə isə kürəklərini söykəyə biləcəyi bir dağ olmalıdırlar. Kitabda insana dair hər şey var: dostluq, sevgi, önyarğı və inam. Əsər o qədər axıcıdır ki, bir nəfəsə oxunur; geriyə boylananda qaranlıq qalan heç bir detal yoxdur. Mütaliə zamanı bəzən obrazlara qarşı önyarğı ilə yanaşdığım, onlara əsəbləşdiyim anlar olsa da, sona çatdıqda anladım ki, heç nə ilk təəssüratdakı kimi deyil və hər şeyə səbrlə
1000Kitap
Əl İşiNərimanlı · Adiloğlu Nəşriyyat · 20242 okunma