Bugün 8 Martdır. Dünya Əməkçi Qadınlar Günü! Bilirsən, həm də bugünün mənim üçün travmatik bir əhəmiyyəti var. Böyüdüyüm yerdə qadınların o qədər də böyük arzuları olmur. Bunu ən son açıqlayacam. Bu travmam haqqında bəhs edim sənə. 8 mart günü xaricində də ilin bütün aylarında, günlərində, saatlarıda da iliyimə qədər hiss edirəm bunu. Bugün sahilə endim, gördüyüm hər qadını bağrıma basmaq, qucaqlayıb təşəkkür etməyi o qədər çox istəyirdim ki! Amma etmədim! Daha detaylı heçnə soruşma! Dinlə!
Hər şey dünən başladı. Dünən yuxuda oyananda bunu daha dərindən hiss etdim. Keçmişi birdən xatırlamağa başladım. Heç vaxt düşünməyə lüzum görmədiyim xatirələrim detaylarına qədər görünməyə başladı gözlərimin önündə. 1'ci kurda tanış olduğum Hüseyni birdən-birə xatirəmdə canlandırmağa başladım.O zaman 17 yaşım var idi. Universitetin ilk dərs günü səhvən onların sinifinə girmişdim və bilirsən, bir şeyi də deyim; əminəm ki, ən azı keçən bu bir ildə, bircə saniyə belə təsəvvürümə gətirməmişdim onu. Hüseyn Ankaradan idi. Bir kənddən! Orta boylu, əsmər, kirli saqqallı və 22 yaşından daha yaşlı görünümlü yanmış, alnının hər qırışı sanki taleyin sərt xətti kimi sadist, danışığında pəltəklik hiss olunan biri idi Hüseyn. Taleyə də bəsməkama da inanmıram bu arada. Cümləyə hava qatsın deyə bir şey yaratmağa çalışdım. Tanışlığımızın 2'ci ayında birdən-birə yoxa çıxdı. 1 il sonra öyrəndim ki, gedib məmləkətinə. Mənə coşğu dolu sevinclə, səsində hiss olunan acıyla, ümidsizliklə danışdığı sevgilisi və motorsikleti haqqında o gün bu gün ilk dəfədir ki, düşündüm. Görəsən Hüseyn indi nə edir?
Hüseyndən niyə yazdım bilirsən? Çünkü, bax O... O, insanlar haqqında yazmaq istəmədim. O insanlar ki, mənim həyatımı təşkil ediblər, edirlər. Bağışla Hüseyn səndən istifadə elədim. Xatirəmdəki səni,