Bağımlılık yapan bir şarkı armağan ediyorum size 1K...günaydın :)
youtu.be/7vpil8WAqx4?si=... Durma qapı dalında, Gözüm qaldı xalında, Gedim anama deyim, Gəlim qalım yanında, Hadi gözəl yar :)
Hardasan, yolumu haradan salım? Hansı derdin ağır, hansını alım? Dağıt, viran ele, xaraba qalım Seninle küsülü qala bilmirem…
Şiir
Reklam
Şair deyir ki:
Ümidden danışma, onu üzmüşem Zamannan soruşma, tamam bezmişem Taliden küsmüşem, bahtdan küsmüşem Seninle küsülü qala bilmirem Hardasan, yolumu haradan salım? Hansı derdin ağır, hansını alım? Dağıt viran ele, xaraba qalım Seninle küsülü qala bilmirem...
1000Kitap
Tezliklə...
Hər insan bir cinayəti təsəvvür edə bilər. Amma çox az adam onu törədəcəyini düşünər. Daha azı isə törətdiyini qəbul edə bilər. Bəs sən cinayət törətmisən, amma bunu xatırlamırsansa? Bütün izlər səni göstərir, amma yaddaşın səni susqunluqla qarşılayırsa? Hətta cinayətlə bağlı yeganə şahid sənin öz beynindirsə? Onda sən özünə inanacaqsan, yoxsa faktlara?! Vicdanına, yoxsa qana batmış əllərinə?! Səninlə danışan səslərə, yoxsa susan yaddaşına?! Gördüklərinə, yoxsa görmədiyin amma hiss etdiyin bir şeyə?! İçində səssiz bir savaş başlayıb-həqiqətlə illüziya arasında. Və beynində donub qalan bir cavabsız sual: Mən qatiləm?! Ehtiram Babaşov
1000Kitap
Özümlə baş- başa qalım
Yuyum yuxulardan yorğun gözümü, Atım bir kənara dərdi, dözümü. İtirim bu yadlar içində özümü, Bir az da özümlə baş-başa qalım. ​Yuyum ürəyimi dünya tozundan, Qaçım bu şəhərin səs-küyündən Bir az dincimi alım öz-özümdən, Bir az da özümlə baş-başa qalım. ​Könül aynasından silim kədəri, Bağlayım üzümə gələn hər kədəri. Unudum taleyi, xeyri, şəri, Bir az da özümlə baş-başa qalım. ​Nə bir kəs səsləsin, nə mən dinim, Sakitcə dayansın çarxım, dövranım. Bu da mənim bəxtimdir, bu da mənim günüm, Bir az da özümlə baş-başa qalım. Xədicə Məcidova
Şiir
Musa Yaqub
Belə gül havalı, bülbül yuvalı, Belə xoş məqamda, sərxoş məqamda Bu dünya nə gözəl olur, Allahım, Əriyir nifrətim, ölür günahım. Məni bu məqama yaz, qalım belə, Bir gül yarpağından as, qalım belə; Könlümə mərhəmət dolurmu görüm, Bu maddi dünyada, adi dünyada Ruh kimi yaşamaq olurmu görüm... Bir Günah Sənindir, Bir Günah Mənim (səh.20)
Reklam
Reklam