Sənsiz
Dünyanı ləl edib versələr mənə Aldanıb eynimə almaram sənsiz. Cahan mülküm ola, aləm xəzinəm, Yadıma zər-ziba salmaram sənsiz, Ürəyi pak olan həyalı mələk, Nə fitnə bilmədin, nə hiylə, kələk... Gəl ayrı düşməyək bir gündə ölək, Əcəl vaxtsız gəlsə ölmərəm sənsiz. Payız gecəsində şöləli ülkər, Lalə yanağında xalına bənzər. Qailəm yanında olam qul, nökər, Nə sultan, nə də şah olmaram sənsiz. Sənlə el işinə qarışıb əlim, Zəhmət bəhrəsidir xeyir əməlim, Ömrümün yoldaşı, axır-əzəlim, Ağlamaram sənsiz, gülmərəm sənsiz. Olsa cənnət evi mənzil otağım, Hüsnünə baxmasam yanmaz çırağım, Hər yerdə səninlə gəlsin sorağım, Behiştə getmərəm, gəlmərəm sənsiz. Şəmşiri yetirdin sən halal paya, Ləkəsiz yaşayıb çıxdın ortaya. Qar kimi əriyib gedərəm çaya, Dəhrdə bircə gün qalmaram sənsiz.
Sayfa 143
Koşma
Çavên ji mishefê ra dergevan
Dergevan kor ;kor, li ber derî... Çev ji mishefan ra dergevan. Divê ev ferheng bê recimkirin. Divê ev ferheng devê xwe bixe qirika vê kitêbê. Go; qasid li ber beratê min digerin Beratê min ji wan ra heşirmîrazan Qaîlm.
Sayfa 25 - Payîz·Kitabı okudu
Dengbêjesk
Reklam
Hanı yer üzündə elə bir insan, Şəhriyar, sən ona arxalanasan? Qəlbi hünər dolu, özü mərd olsun, Səhər nəsimitək könlünə dolsun. Silsin ürəyindən qəmi-qüssəni, Qolundan yapışıb qaldırsın səni. Son qoysun ömründə bu müsibətə, Qədr-qiymət versin şerə, sənətə. Tənha bir guşədə yanım, məhv olum, Bir ovuc qum kimi yelə sovrulum.Yox! Mənim od qəlbim bir bulaq istər, Yaratmaq naminə yaşamaq istər. Mən atdan düşsəm də, şahiddir aləm: Yenədə atlanıb çapa bilərəm. Öz yatmış bəxtimdən agaham özüm, Uzaq üfüqlərə dikilib gözüm. Nə yaylı çarpayı, nə bağ istərəm Nədə zər-zibalı otaq istərəm. Mən aza qailəm, çoxda gözüm yox, Nəfsimin gözünə batırmışam ox.
Sayfa 333