Birinci bölümdən təsirlənərək...
mən, anamdan(nənəm) - ana sevgisi, ata sevgisi, sevgisiz qalmamağı, saflığı, həyatı olduğu kimi yaşamağı, sevgini, üzüntünü, ağlamağı, sadə həyatı yaşamağı, yetərincə həssas olmağı, mərhəmətli, yardımsevər olmağı, xoşbəxtliyi, qarşılıqsız və sonsuz sevgini, içindəki allaha inanmağı, sadə geyinməyi, özünü bəyənmişlikdən qaçmağı, özünü hər şeydən çox sevməyi, fədakarlığı, sevdiklərimi qorumağı, ailəm səhv olsalar belə, onları qorumağı, qayğı göstərməyi, heç kimə ailədən çox güvənməməyi;
babamdan- ailəmi qorumağı, onları sonsuz sevməyi;
dayımdan- ailəni sevməyi, həyatı sevməyi, ağıllı olmağı, sevgini, qayğını, ata sevgisini, ailədən başqasının soyuq ev olduğunu, pulun önəmli olmadığını, sağlamlığın və başqalarına qarşılıqlı hörmətin vacib olduğunu;
özümdən- aşırı empatik olmağı, etinasız olmamağı, ailəni sevməyi, dürüstlük, sevdiklərimə qarşı sadiq olmağı, göstərişdən qaçmağı, daha çox həvəs və öyrənməli olduğumu;
haşiyə: bioloji ata və anamdan çox bir şey öyrənə bilməmişəm, amma nəyi öyrənməməli olduğumu bilirəm. uşaq xətrinə dünyaya uşaq gətirməyi, sevgisizliyi, saxta sözlər deməyi, davanın anlaşmadan üstün tutulması, qayğısızlıq, özünü daha çox önəmsəmək, sevginin pul sayılması, birini anlamaqdan və dinləməkdən yoxsul olma, uşaqlarına qayğı və sevgi verməmə;
bu mətnə həsr etdiyim mahnı: yıldızlar (deniz tekin)