Puan vermedi·192 syf.··
2026 16. kitabı
Tolstoyun ilk qələmə aldığı əsərdir. Bu əsər insanın daxili aləmi haqda qəşəng kitabdır. Hekayə rus cəmiyyətindən bəzən bir rusun kazakların yanına köçüb burada kazaklar kimi sərbəst yaşamaq həvəsi ilə başlayır. Lakin kazaklar kimi sərbəst yaşamaq istəsə də bəzən insanı öz daxili aləmi onu buna qoymur. Başqa mühitə aid olmaq istəsən belə alınmır. Onun başqa cəmiyyətdən olması belə onun sevgisinə əngəl olur. Həyat da belədir biz istəsək istəməsək bəzi şeylərin mümkün olması ehtimalı çox aşağıdır. Həmçinin kazakların həyatı haqda maraqlı məlumatlar da əsərdə əks olunmuşdur. Nəticədə nə qədər qaçıb başqa bir mühitə aid olmaq istəsək də bu çox çətin olur və öz daxili mühitimiz buna imkan vermir.
KazaklarLev Tolstoy · Qanun Nəşriyyatı · 20195,3bin okunma
"Cemile"
5/10
Çingiz Aytmatovun "Cemile" əsərini bitirdim. Kitabın süjeti mənim üçün sadə gəldi və tam gözlədiyim təsiri bağışlamadı. Bəzi məqamlarda əsərin dərinliyi bir qədər çatışmadı, ona görə də tam olaraq "bəyəndim" deyə bilməyəcəyəm. Lakin bir məqamı xüsusilə vurğulamalıyam: Aytmatovun təsvir etmə qabiliyyəti möhtəşəmdir! ​Mütaliə zamanı təsvir olunan kəndin havasını, sonsuz tarlaların qoxusunu, göy üzünün genişliyini hiss etməmək qeyri-mümkündür. Təbiət mənzərələri o qədər canlı, o qədər qəşəng təsvir edilmişdi ki, sırf bu təsvirlərin xətrinə oxumağa dəyərdi. ​Bəzən hekayənin özü olmasa da, o hekayənin baş verdiyi mühitin rəsmi daha çox yaddaşımıza həkk olunur. "Cemile" də mənim üçün belə bir kitab oldu. Bəlkə də "Cemile" insanın öz azadlığını, hisslərini, xoşbəxtliyini cəmiyyətin qəliblərindən üstün tutmasına görə sevilə bilər. Cəmilə sevgi uğrunda hər şeyi riskə atan cəsarətli qadın obrazı kimi də xatırlana bilər Kitabı @xgcafekitabklubu ilə birgə oxuyub müzakirə etmişdik. ️ Bəs siz bu kitabı oxumusunuz? Fikirləriniz çox maraqlıdır.
CemileCengiz Aytmatov · Ötüken Neşriyat · 201944,6bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Puan vermedi·455 syf.··
2026 1. kitabı
·
17 günde okudu
·
Okunma: 23 Mayıs 2026 19:14
Xalid Hüseyninin qələmindən oxuduğum ilk kitabdır. Kitabı bitirən kimi boşluğa düşdüm sanki. Məryəmin Leyla üçün,Leylanın xoşbəxtliyi üçün özünü fəda etməsi,həyatını heçə sayması…Çox qəşəng kitab idi. Bura çox şey yazmaq istəyərdim,amma yazmıram. Məncə hər biriniz bu kitabı oxumalısınızzz. Çox yaxın zamanda “Çərpələng uçuran”ı da oxuyacam in şə Allah.
Alıntı
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,6bin okunma
Gedim bir az ağlayım gəlirəm.
Puan vermedi·355 syf.··
Beğendi
·
2026 18. kitabı
·
14 günde okudu
·
Okunma: 22 Mayıs 2026 13:40
Ehh, insan sadəcə anlamadığı şeydən qorxub ona qarşı amansız ola bilər... Düzü, ilk 90-100 səhifədə öz-özümə “bu qədər təriflənən kitabın mövzusu hardadı?”,- deyinirdim ammaa bu necə qəşəng kitab idiii. Kitab mənə bir şeyi çox dərin hiss etdirdi, həyatda bəzi insanlar pis olduğu üçün yox sadəcə fərqli olduğu üçün tək qalır... Scoutun uşaq saflığı, böyüklərin çirkli dünyası... İndi belə bunları yan-yana görmək adamın ürəyini sıxır həqiqətən. Atticus isə tam da ben, əsl həyatda necə insan olmaq lazım olduğunu göstərən bir obraz idi. Heç nəyi gözə soxmadan, sakitcə, vicdanlı qalmaq bu dünyada bəzən ən çətin şeydir. Hamı eyni tərəfə baxanda fərqli düşünmək, hamı susanda doğru olanı demək hər adamın bacardığı şey deyill. Uzun vaxtdır bir kitab mənə özünü bu qədər sevdirməmişdi. Oxuyun, oxutdurun.
Bülbülü ÖldürmekHarper Lee · Sel Yayınları · 201488,8bin okunma
6/10
·532 syf.··
2026 65. kitabı
·
22 saatte okudu
·
Okunma: 13 Mayıs 2026 16:13
Fərqli janrlara vaxt ayırmanın zamanı gəldi. Kitabı Yaş Farkı trope üçün kitab önerilerində çox görürdüm. Ən son oxuyum dedim. Pdf oxudum. Yaxşi da almamışam Oxuduğum kitablardan bir dərs alacağımı düşünərkən bu kitabdan heç bir dərs almayacağıml gördüm Yazarın yazım dili qəşəng idi. Daha doğrusu tərcümə axıcı idi. Sadəcə bu….
Gizli SaklıLucia Franco · Prime Kitap · 2025125 okunma
Cahiller için değil
Puan vermedi·250 syf.·
2026 17. kitabı
Adamın çox maraqlı dünya görüşü var. Bunu da çox gözəl şəkildə oxucusuna ötürüb. Bu qədər maraqlı birinin bu qədər qəşəng və dolu beyinə sahib olması normaldır. Amma bunları bir-birinə çox incə şəkildə bağlaması isə artıq onu yazar edir
Hayata Dair
Cahillik HakkıVolkan Sönmez · Kuartet Yayınları · 2025568 okunma